Nümunə üçün təqdimələr
Yehovanın Şahidləri Amerika dinidir?
Belə cavab vermək olar: «Biz bu şər dünyadakı hansısa bir xalqın siyasi, iqtisadi, yaxud sosial sisteminin yox, Allahın Padşahlığının tərəfindəyik».
Yaxud belə demək olar: «Düzdür, Yehovanın Şahidlərinin müasir tarixi Birləşmiş Ştatlardan başlayır. Onların baş idarəsi orada yerləşir. Bunun sayəsində Müqəddəs Kitaba əsaslanan nəşrləri çap etmək və dünyanın bir çox ölkəsinə göndərmək mümkün olur. Ancaq Yehovanın Şahidləri bir xalqı o birindən üstün tutmurlar. Onların arasında, demək olar ki, hər xalqın nümayəndələri var. Həmçinin dünyanın bir çox ölkəsində Yehovanın Şahidlərinin filialı var və bu filiallar həmin ərazidə onların fəaliyyətini idarə edir».
Başqa üsul: «Fikir verin: İsa Məsih Fələstində doğulmuşdu. Amma demək olarmı ki, məsihilik Fələstin dinidir? İsanın harada doğulması vacib rol oynamır. Məsih insanlara onu göndərən Allahın dediyi şeyləri öyrədirdi. Allah isə xalqların arasında ayrı-seçkilik etmir, hamıya eyni cür yanaşır» (Yəh. 14:10; Həv. 10:34, 35).