Əgər kimsə deyirsə...
«Siz nə üçün qurban kəsmirsiniz?»
Belə demək olar: «Əgər Allaha ibadət edən insan, həqiqətən də, Onu razı salmaq istəyirsə, o, Allahın bütün əmrlərinə əməl etməyə çalışır. Sizcə, Allahın gözündə nə daha çox qiymətlidir: Onun əmrlərinə tabe olmaq, yoxsa müəyyən günlərdə heyvan qurbanı kəsmək? [Cavab verməsinə izin ver.] (1 Şam. 15:22; Sül. məs. 21:3; Mik. 6:6—8)». (Əgər insan səmimi maraq göstərərsə, ona 262—265-ci səhifələrdəki materialı göstərmək olar).
Yaxud belə demək olar: «Bəzən insanların Allaha ibaədətində müəyyən şeylər vərdiş halını alır. Eyni şeyi heyvan qurbanlarına da şamil etmək olar. Sizcə, bu qurbanları kəsməkdə məqsəd nədir? [Cavab verməsinə izin ver.]» Sonra əlavə etmək olar: «Müqəddəs Kitabı araşdırarkən mən qurbanlarla bağlı vacib məlumata rast gəlmişəm. İcazə verin, bəzi məqamları sizinlə də bölüşüm. [Cavab verməsinə izin ver.] (264-cü səhifədəki «Allah bu gün qurban kəsməyi tələb edirmi?» başlığı altındakı məlumatdan istifadə edə bilərsən.)»