Əgər kimsə deyirsə...
«Adəmin günah işlətməsi Allahın iradəsinə daxil idi, Allahın planı bundan ibarət idi».
Belə demək olar: «Çoxları belə deyir. Ancaq gəlin belə götürək: əgər siz məndən nə isə xahiş etsəydiniz və mən sizin istədiyinizi etsəydim, siz buna görə məni ittiham edərdiniz? ... Əgər Adəm Allahın iradəsi ilə günah işlətmişdisə, onda nəyə görə Allah onu Eden bağından bir günahkar kimi qovdu? (Yar. 3:17—19, 23, 24)».
Yaxud belə demək olar: «Bu, çox maraqlı fikirdir və əslində, Allahın necə bir Varlıq olduğu barədə çox şey deyir. Əgər siz bir nəfərin bütün işlərini qabaqcadan planlaşdırsaydınız, sonra da onu gördüyü işlərə görə ittiham etsəydiniz, bunu ədalətli və məhəbbətli bir hərəkət adlandırmaq olardı?» Sonra əlavə etmək olar: 1) «Yehova məhəbbət Allahıdır (1 Yəh. 4:8). Onun bütün yolları haqdır (Məz. 37:28; Qanun. t. 32:4) Adəm Allahın iradəsi ilə günah işlətmədi. Allah onu günah işlətməməsi üçün xəbərdar etmişdi (Yar. 2:17)». 2) «Allah, bizim kimi, Adəmə də seçim azadlığı vermişdi, o, necə istəyir, elə də hərəkət edə bilərdi. Kamil olmaq o demək deyildi ki, insan iradə azadlığından itaətsizlik etmək üçün istifadə edə bilməzdi. Adəm hərəkətinin ölümlə nəticələnəcəyinə dair xəbərdarlıq alsa da, o, Allaha qarşı üsyan etməyi seçdi». (Həmçinin 389-cu səhifəyə bax.)