İlk sözlərimizdən çox şey asılıdır
1 «Müqəddəs Kitab əsasında söhbət» broşürasındakı və ya «Bizim Padşahlıq Xidmətimiz»in axırıncı saylarındakı təqdimələrdən istifadə edirsən? Əksər təbliğçilər bildirirlər ki, təqdimələrin ilk sözlərini çap olunduğu kimi, sözbəsöz deməklə uğurlu nəticələr əldə etmişlər. Digərləri isə, bir az vaxt sərf edib, çap olunan təqdimənin quruluşunu saxlamaq şərtilə, təqdiməni öz sözləri ilə necə deyə biləcəklərinə hazırlaşırlar.
2 Bir fakt danılmazdır: təbliğ etmək üçün kiməsə yaxınlaşmazdan öncə deyəcəyin sözləri ağlında hazırlamısansa, özünü daha sərbəst və əmin hiss edəcəksən. Sənin sözləri necə ifadə etməyindən xoş xəbəri səmimi olaraq bölüşmək istədiyin görünəcək. Yaxşı hazırlaşmaq yaxşı nəticələr gətirdiyi üçün xidmətdən zövq alacaqsan. Əsas odur ki, qurban kimi təqdim etdiyimiz xidmətin keyfiyyətini günbəgün artıraq (İbr. 13:15; 1 Pet. 2:5).
3 Buna görə də hazırlaşmaq üçün vaxt ayır. Sahəndə necə insanlarla qarşılaşa biləcəyin üzərində düşün. Onları nə maraqlandırır, nə narahat edir? Baş verən hansı hadisələr onların həyatına təsir göstərir? Bu sualların üzərində düşündükdən sonra «Müqəddəs Kitab əsasında söhbət» broşürasından və ya «Bizim Padşahlıq Xidmətimiz»dən bir neçə təqdiməni nəzərdən keçir. Həmin təqdimələrdə dəyişiklik etməyə və ya sənə rahat olacaq şəkildə ifadə etməyə çəkinmə. Növbəti addım hazırladığın təqdimənin yaddaşında möhkəm qalması üçün onu əməkdaşınla birgə məşq etməkdir. Ola bilsin, bu, digərləri üçün öz təqdimələrini yaxşılaşdırmağa təkan olacaq. Hər bir halda, siz bir-birinizi ruhlandıracaq və bir-birinizi yaxşı işlər görməyə təşviq edəcəksiniz.
4 Təqdimələr hazırlamaq üçün sərf etdiyin vaxt və gücün hədər getməyəcək. Ola bilsin, sən indi həyata keçirilən biçin işində daha uğurlu nəticələrlə xeyir-dualanacaqsan.