Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • wp20 №  3 s. 4—5
  • Yaradan bəndələrini sevir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaradan bəndələrini sevir
  • Gözətçi qülləsi (kütləvi) 2020
  • Başlıqlar
  • Oxşar material
  • 1. GÜNƏŞİ DOĞURUR
  • 2. YAĞIŞ YAĞDIRIR
  • 3. RUZİ-BƏRƏKƏT VERİR
  • Padşahlığı hər şeydən üstün tutun
    Gözətçi qülləsi 2016
  • Hər şeyi yaradan Şəxs
    Böyük Müəllimdən öyrən
  • Cavabı bilmək vacibdir
    Oyanın! 2021
Gözətçi qülləsi (kütləvi) 2020
wp20 №  3 s. 4—5
Günəş dağların arxasında doğur.

Yaradan bəndələrini sevir

1. GÜNƏŞİ DOĞURUR

Təsəvvür edirsiniz, Günəş Yer üzünə işıq saçmasaydı, həyat necə olardı? Günəş enerjisi sayəsində ağaclar yarpaqlayır, çiçək açır, mer-meyvə gətirir, toxum verir. Həmçinin bu enerji sayəsində ağacın kökü torpaqdan suyu sovurub yarpaqlara ötürür, oradan da su havaya buxarlanır.

Dağın döşündə çay plantasiyasının yuxarıdan görünüşü.

2. YAĞIŞ YAĞDIRIR

Yağış Allahın nemətidir. Bunun sayəsində torpaq bizə qida yetirir. Allah göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qidalar verir, ürəyimizi şadlıqla doydurur.

Budağa qonmuş quş giləmeyvəni tutmaq istəyir.

3. RUZİ-BƏRƏKƏT VERİR

Adətən atalar ailəsinin yemək-içməyi, əyin-başına görə narahat olur. Amma görün Müqəddəs Yazılarda nə deyilir: «Quşlara fikir verin. Onlar nə əkir, nə biçir, nə də anbara məhsul toplayırlar. Bununla belə, sizin göydəki Atanız onları yedizdirir. Məgər siz onlardan qiymətli deyilsiniz?» (Mətta 6:25, 26).

«Zanbaqların necə boy atdığına fikir verin... Bunu bilin ki, heç Süleyman da bütün cah-calalında bunlardan biri kimi geyinməmişdir. Əgər Allah bu gün var olub sabah ocağa atılacaq çöl otunu belə geyindirirsə,.. məgər sizi geyindirməyəcək?» (Mətta 6:28—30).

Əgər Allah bizim ruzimizi, geyimimizi yetirirsə, deməli, başqa zəruri tələbatlarımızı da təmin etməyə kömək edə bilər. Əgər Allahın dediyini etsək, korluq çəkməyək deyə, əlimizin zəhmətinə bərəkət verəcək və ya bizə iş tapmağa kömək edəcək (Mətta 6:32, 33).

Günəşi, yağışı, quşları, çiçəkləri seyr edəndə, məgər, qəlbimiz Allah sevgisi ilə dolmur?! Növbəti məqalədə görəcəyik ki, Yaradan Öz bəndələrilə necə ünsiyyət qurur.

«O, günəşə əmr edir ki,.. doğsun. Yağışa əmr edir ki,.. yağsın» (MƏTTA 5:45).

Yaradan bizi sevir, bizə qayğı göstərir. O, bir Ata kimi bəşər ailəsinin qeydinə qalır. Müqəddəs Yazılarda deyilir ki, Allah «nəyə ehtiyac duyduğunuzu Ondan istəməzdən əvvəl bilir» və səxavətlə verir (Mətta 6:8).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş