Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mwbr19 mart s. 1—4
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr
  • «Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
  • Başlıqlar
  • 4—10 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ROMALILARA 12—14
  • «Məsihi məhəbbəti nə deməkdir?»
  • it-1-E s. 55
  • Məhəbbət
  • Hikmət xəzinəsindən incilər
  • lvs s. 76, 77, abz. 5, 6
  • Rm 12:1. Bu ayənin mənası nədir?
  • SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN
  • w11-E 1/9 s. 21, 22
  • Vergiləri ödəmək lazımdırmı?
  • Vergi və vicdan
  • 11—17 MART
  • Hikmət xəzinəsindən incilər
  • w89-E 1/12 s. 24, abz. 3
  • «Məhəbbətinizin səmimiliyini sınamaq istəyirəm»
  • it-1-E s. 858, abz. 5
  • Əvvəlcədən bilmə, əvvəlcədən müəyyənləşdirmə
  • 18—24 MART
  • Hikmət xəzinəsindən incilər
  • it-2-E s. 1193, abz. 1
  • Hikmət
  • 25—31 MART
  • ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 KORİNFLİLƏRƏ 4—6
  • it-2-E s. 230
  • Maya
  • it-2-E s. 869, 870
  • Şeytan
  • «Həmin adamı Şeytana təslim edin ki, cismani təsir məhv edilsin» sözlərinin mənası nədir?
  • it-2-E s. 211
  • Qanun
  • lvs s. 241, «Yığıncaqdan kənaredilmə» adlı əlavə
  • 1Kr 5:9—11. Yığıncaq tövbə etməyən günahkarla münasibət saxlamamalıdır
  • YIĞINCAQDAN KƏNAREDİLMƏ
  • lvs s. 44
  • 4 BİZ İLK NÖVBƏDƏ YEHOVAYA SADİQ OLMALIYIQ
«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr 2019
mwbr19 mart s. 1—4

«Məsihi həyatı və ibadəti. İş dəftəri» üçün mənbələr

4—10 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | ROMALILARA 12—14

«Məsihi məhəbbəti nə deməkdir?»

it-1-E s. 55

Məhəbbət

Məsihi yığıncağının bütün üzvləri arasında qardaşlıq məhəbbəti (filadelfia, hərfən «qardaşa məhəbbət») olmalıdır (Rm 12:10; İb 13:1; həmçinin bax: 1Bt 3:8). Deməli, ailədə olduğu kimi, yığıncaqda da hamının bir-birilə yaxın, möhkəm və mehriban münasibəti olmalıdır. Yığıncaq üzvləri artıq bir-birinə qardaşlıq məhəbbəti göstərsə də, bu sahədə yenə də inkişaf etməyə təşviq olunurlar (1Sk 4:9, 10).

Yunan sözü filostorqos «zərif hisslər bəsləmək» mənasını verir və kiminləsə məhrəm münasibəti olan insana aid işlənir. Bu mürəkkəb sözün tərkib hissəsi olan sterqo sözü çox vaxt doğmalıq hissini, məsələn, ailə üzvlərinin bir-birinə duyduğu hissi bildirmək üçün işlədilir. Həvari Bulus məsihiləri özlərində bu keyfiyyəti yetişdirməyə təşviq edirdi (Rm 12:10). Bulus həmçinin axırzamanda yaşayacaq insanlardan danışarkən onları «doğmalarını sevməyən» insanlar kimi səciyyələndirmiş və ölümə layiq olduqlarını demişdi.

Hikmət xəzinəsindən incilər

lvs s. 76, 77, abz. 5, 6

Rm 12:1. Bu ayənin mənası nədir?

5. Biz Yehovaya necə ibadət etməliyik?

5 Həyatda etdiyimiz hər şey ibadətimizə təsir edir. Bulus məhz bu fikri izah etmək üçün demişdi: «Bədəninizi diri, müqəddəs və məqbul qurban kimi Allaha təqdim edin» (Romalılara 12:1). İsa da demişdi: «Allahın Yehovanı bütün qəlbinlə, bütün varlığınla, bütün ağlınla və var gücünlə sev» (Mark 12:30). Biz Yehovaya sahib olduğumuz şeylərin ən yaxşısını vermək istəyirik. Qədimdə israillilər Yehovaya sağlam heyvan qurban gətirməli idilər. Qurbanda qüsur olanda Yehova onu qəbul etmirdi (Lavililər 22:18—20). Bu gün də elə ola bilər ki, Yehova ibadətimizi qəbul etməsin. Buna nə səbəb ola bilər?

6, 7. Əyləncə ibadətimizə necə təsir edir?

6 Yehova deyir: «Müqəddəs olun, çünki Mən müqəddəsəm» (1 Butrus 1:14—16; 2 Butrus 3:11). İbadətimiz yalnız müqəddəs, yəni təmiz olduğu halda, Yehova onu qəbul edəcək (Qanunun təkrarı 15:21). Biz Yehovanın nifrət etdiyi, məsələn, əxlaqsız, zorakı və ya cindarlıqla bağlı əməllər ediriksə, ibadətimiz təmiz ola bilməz (Romalılara 6:12—14; 8:13). Həmçinin bu cür şeylərlə əylənsək, bu, Yehovaya ağır gedəcək. Belə şeylər ibadətimizi natəmiz edəcək. Yehova bu cür ibadəti qəbul etməyəcək. Nəticədə, Onunla münasibətlərimiz pozulacaq.

SƏRİŞTƏLİ MÜJDƏÇİ OLUN

w11-E 1/9 s. 21, 22

Vergiləri ödəmək lazımdırmı?

Tək-tük adam olar ki, vergi ödəməkdən xoşu gəlsin. Çoxları fikirləşir ki, ödədikləri pullar səriştəsizlik ucbatından it-bat olur, yaxud da bu pullar kimlərinsə cibinə gedir. Bir başqaları isə mənəvi dəyərlərə görə vergi verməkdən imtina edirlər. Yaxın Şərqdə yerləşən bir şəhərin sakinləri vergi verməmək qərarlarına belə aydınlıq gətirmişdilər: «Biz razı olmarıq ki, verdiyimiz pulla güllə alsınlar, sonra da övladlarımızı tələf etsinlər».

Bu fikirlər nə yeni deyil, nə də tək-tük adamlarda yaranan fikirlər deyil. Hindistanın rəhbəri olmuş Mohandas Qandi öz mövqeyini belə açıqlamışdı: «Hərbi qüvvələrin dayaq olduğu hökuməti dəstəkləyən hər kəs bilavasitə və ya dolayısıyla günah edir. Yaşlı və ya cavan olmasından asılı olmayaraq, hər bir şəxs belə bir dövlətə vergi verdiyi üçün günaha batır».

XIX əsr filosofu Henri Deyvid Toro başqa şeylərlə yanaşı müharibə üçün də xərclənən vergiləri ödəməkdən imtina etməsinə bir neçə dəlil gətirmişdi. O soruşmuşdu: «Vətəndaş qanun naminə bir anlıq, yaxud az da olsa, öz vicdanına zidd davranmağa məcburdur? Belə isə onda nəyə görə hər kəsin vicdanı var?»

Bu məsələ məsihilər üçün maraqlıdır, çünki Müqəddəs Kitabda deyilir ki, onların vicdanı hər məsələdə təmiz olmalıdır (2 Timutiyə 1:3). Digər tərəfdən, Müqəddəs Kitabda deyilir ki, hökumətin vergi yığmağa səlahiyyəti çatır. Orada yazılıb: «Qoy hər kəs hökumətə tabe olsun, çünki Allahın izni olmadan heç bir hökumət mövcud ola bilməz. Bu hökumətlər Allahın onlara ayırdığı yeri tuturlar... Beləliklə, siz yalnız bu qəzəbin qorxusundan yox, həmçinin vicdanınıza görə tabe olmalısınız. Vergiləri də bu səbəbdən ödəyirsiniz. Axı onlar Allahın xidmətçiləridir, insanlar üçün çalışırlar və daima bu məqsədə xidmət edirlər. Beləcə, hər kəsə haqqını verin: vergidirsə — vergini, bacdırsa — bacı» (Romalılara 13:1, 5—7).

Bu səbəbdən, birinci əsrdə məsihilərin vergiləri canla-başla verdiyi hamıya məlum idi, baxmayaraq ki, həmin pulun xeyli qismi ordu üçün xərclənirdi. Müasir dövrdə Yehovanın Şahidləri vergi məsələsində eyni cür davranır. Bəs ilk baxışdan ziddiyyət kimi görünən bu məqamı necə izah etmək olar? Vergiyığanlar gələndə məsihi vicdanını boğmalıdır?

Vergi və vicdan

Maraqlıdır ki, birinci əsrdə məsihilərin verdikləri vergilərin bir qismi orduya xərclənirdi. Məhz bu vicdan məsələsi sonralar Qandini və Toronu vergi ödəməkdən imtina etməyə sövq etmişdi.

Diqqət yetirin ki, məsihilər Romalılara 13-cü fəsildə yazılan əmrə sadəcə cəzadan qaçmaq istədiklərinə görə yox, həm də vicdanlarına görə tabe olmalı idilər (Romalılara 13:5). Bəli, hətta vergilər məsihinin rədd etdiyi işləri dəstəkləsə də, məsihinin vicdanı ondan vergiləri ödəməyi tələb edir. İlk baxışdan ziddiyyət kimi görünən bu məqamı başa düşmək üçün biz bir əsas faktı qəbul etməliyik. Bu, vicdanımızla, yəni hərəkətimizin düzgün və ya yanlış olduğunu söyləyən daxilimizdəki səslə bağlıdır.

Toronun qeyd etdiyi kimi, hər kəsdə daxili səs var, amma bu o demək deyil ki, ona etibar etmək lazımdır. Allahı razı salmaq üçün bizim vicdanımız Onun əxlaq qaydalarına uyğun gəlməlidir. Biz çox vaxt öz düşüncəmizi və baxışlarımızı Allahın fikirlərinə uyğunlaşdırmalı oluruq, çünki Onun fikirləri bizimkindən üstündür (Zəbur 19:7). Buna görə də biz Allahın insan hökumətlərinə olan baxışını başa düşməliyik.

Biz görürük ki, həvari Bulus insan hökumətlərini Allahın xidmətçiləri adlandırmışdı (Romalılara 13:6). Bu o deməkdir ki, onlar cəmiyyətdə asayişi qoruyur və digər vacib işləri həyata keçirirlər. Hətta ən pis hökumət belə çox vaxt vətəndaşlarını təhsil ocaqları ilə, poçt, yanğınsöndürmə xidmətləri ilə, hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə təmin edir. Allah bu hökumətlərin qüsurlarından tam agahdır, buna baxmayaraq, onların müvəqqəti mövcud olmasına yol verir. Allah buyurur ki, əgər O bu hökumətlərin bəşəriyyəti idarə etməsinə izin veribsə, biz də buna hörmətdən irəli gələrək vergiləri ödəyək.

Lakin Allah insan hökumətlərinin idarə etməsinə müvəqqəti olaraq yol verir. Allah onları səmavi Padşahlıqla əvəz edəcək və insan hakimiyyətinin əsrlər boyu vurduğu bütün zərərləri aradan qaldıracaq (Dənyal 2:44; Mətta 6:10). Ancaq hələlik Allah məsihilərə icazə vermir ki, vergi verməkdən imtina etməklə, yaxud başqa üsullarla iğtişaşlarda iştirak etsinlər.

Bəs əgər Qandi kimi, siz də müharibəni dəstəkləməyə xərclənən vergiləri ödəməyin günah olduğunu düşünürsünüzsə, onda necə? Hündür yerdə duranda mənzərə daha aydın göründüyü kimi, biz də Allahın nöqteyi-nəzərinin bizimkindən nə qədər üstün olduğu barədə düşünsək, düşüncəmizi Allahın düşüncəsinə uyğunlaşdıra bilərik. Allah Əşiya peyğəmbər vasitəsilə demişdi: «Göylər yerdən nə qədər ucadırsa, Mənim yollarım sizin yollarınızdan, Mənim fikirlərim, sizin fikirlərinizdən o qədər ucadır» (Əşiya 55:8, 9).

11—17 MART

Hikmət xəzinəsindən incilər

w89-E 1/12 s. 24, abz. 3

«Məhəbbətinizin səmimiliyini sınamaq istəyirəm»

Sözsüz ki, başqa xalqlardan olan məsihilər varı-yoxu talanan Yerusəlimdəki qardaşlarına kömək etməli idilər. Axı onların bu məsihilərə xüsusi borcu var idi. Məgər müjdə başqa xalqlara Yerusəlimdən yayılmamışdı? Həvari Bulus yazırdı: «Başqa xalqlar onların ruhani nemətlərindən bəhrələniblərsə, indi zəruri maddi nemətlərlə onlara xidmət etməyə borcludurlar» (Romalılara 15:27).

it-1-E s. 858, abz. 5

Əvvəlcədən bilmə, əvvəlcədən müəyyənləşdirmə

Məsih vəd olunmuş Övlad olmalı idi. Onun vasitəsilə yer üzünün bütün xalqlarından olan saleh insanlar nemətlər alacaqdı (Qt 3:8, 14). İlk dəfə bu övlad haqqında Ədən bağında üsyan baş verəndən sonra, Habil isə doğulmazdan əvvəl xəbər verilmişdi (Yr 3:15). Bundan təxminən dörd min il sonra həmin «övlad»ın kim olduğu aydın bilindi və bununla da müqəddəs sirr aşkara çıxdı. Beləliklə, bu sirr, doğrudan da, uzun müddət gizli qaldı (Rm 16:25—27; Ef 1:8—10; 3:4—11).

18—24 MART

Hikmət xəzinəsindən incilər

it-2-E s. 1193, abz. 1

Hikmət

Dünya öz hikmətinə güvənərək Allahın Məsih vasitəsilə gördüyü tədbiri cəfəngiyat sanıb rədd etdi. Dünyanın rəhbərləri idarəçilik məsələsində nə qədər bacarıqlı və ağıllı olsalar da, «şanlı Ağanı» edam etdilər (1Kr 1:18; 2:7, 8). Amma Allah Öz qarşısıalınmaz niyyətini həyata keçirmək üçün «Allahdan gələn» və «ağılsız» görünən bir şeydən, o cümlədən ağılsız, zəif, adsız-sansız sayılan insanlardan istifadə edərək dünyanın hikmətinin axmaqlıq olduğunu göstərdi (1Kr 1:19—28). Bulus Korinfdəki məsihilərə xatırlatdı ki, bu dövrün və onun rəhbərlərinin hikmətinin sonu yaxındır. Buna görə də həvarinin danışdığı ruhani sözlərdə bu cür hikmətə yer yox idi (1Kr 2:6, 13). O, Kolosdakı məsihiləri xəbərdar edirdi ki, «insan ehkamlarına əsaslanan fəlsəfə [filosofias, hərfən, hikmətə sevgi] ilə, puç və yanlış fikirlər vasitəsilə» tora düşməsinlər (Kl 2:8; 20—23 ayələrlə müqayisə et).

25—31 MART

ALLAHIN KƏLAMINDAKI XƏZİNƏ | 1 KORİNFLİLƏRƏ 4—6

it-2-E s. 230

Maya

Həvari Bulus Korinfdəki məsihi yığıncağına əxlaqsız adamı yığıncaqdan kənar etməyi əmr edəndə eyni rəmzdən istifadə etmişdi: «Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? Yeni xəmir olmaq üçün köhnə mayadan təmizlənin. Axı Pasxa quzumuz Məsih artıq qurban verildiyi üçün siz mayasızsınız». Sonra o, «maya» deyəndə nəyi nəzərdə tutduğunu aydın şəkildə göstərmişdi: «Buna görə də gəlin köhnə maya, yaxud pislik və yamanlıq mayası ilə yox, mayasız səmimiyyət və həqiqət çörəkləri ilə bayram edək» (1Kr 5:6—8). Bulus burada Pasxadan dərhal sonra gələn Mayasız çörək bayramının daşıdığı məcazi mənaya istinad etmişdi. Azacıq maya tez bir zamanda bütün xəmiri acıtdığı kimi, onlar da bu əxlaqsız adamın pozucu təsirini aradan qaldırmasaydılar, bütün yığıncaq bir bədən kimi, Yehovanın gözündə natəmiz olardı. Necə ki, israillilər Mayasız çörək bayramı vaxtı evlərində maya saxlaya bilməzdilər, onlar da dərhal aralarından mayanı çıxarmalı idilər.

it-2-E s. 869, 870

Şeytan

«Həmin adamı Şeytana təslim edin ki, cismani təsir məhv edilsin» sözlərinin mənası nədir?

Korinfdəki yığıncağa atasının arvadı ilə yaşayan adama qarşı ölçü götürməyi buyurarkən həvari Bulus yazmışdı: «Həmin adamı Şeytana təslim edin ki, cismani təsir məhv edilsin» (1Kr 5:5). Bu o adamı yığıncaqdan qovmaq, onunla bütün münasibətləri kəsmək əmri idi (1Kr 5:13). Onu Şeytana təslim etmək yığıncaqdan kənar etmək, allahı və hakimi Şeytan olan dünyaya qovmaq demək idi. Azacıq maya bütün xəmiri acıtdığı kimi, bu adam da yığıncağa cismani təsir göstərirdi, bu əxlaqsız adamı qovmaqla ruhani düşüncəli yığıncaq öz içindəki cismani təsiri məhv edəcəkdi (1Kr 5:6, 7). Buna bənzər tərzdə, Bulus Himeney və Aleksandrı da Şeytana təslim etmişdi, çünki onlar imanı və təmiz vicdanı rədd etmiş, imanları gəmi kimi qəzaya uğramışdı (1Tm 1:20).

it-2-E s. 211

Qanun

Mələklər üçün. İnsanlardan üstün olan mələklər Allahın qanun və buyruqlarına tabedirlər (İb 1:7, 14; Zb 104:4). Yehova düşməni olan Şeytanın da fəaliyyətini məhdudlaşdırır. Şeytan da Yehovanın əmrindən çıxa bilməz (Əy 1:12; 2:6). Baş mələk Mikayıl Şeytanla mübahisə edərkən: «Qoy Yehova səni məhkum etsin» deməklə Yehovanın Ali Hakim mövqeyini qəbul etmiş və Onun bu mövqeyinə hörmət etmişdi. (Yd 9; Zk 3:2 ayəsi ilə müqayisə et.) Yehova Allah bütün mələkləri yüksək mövqeyə ucalmış İsa Məsihə tabe etdirib (İb 1:6; 1Bt 3:22; Mt 13:41; 25:31; Fp 2:9—11). Beləliklə, İsanın əmrilə bir mələk Yəhyanın yanına gəlmişdi (Vh 1:1). Ancaq 1 Korinflilərə 6:3 ayəsində həvari Bulus Məsihin ruhani qardaşlarının mələkləri mühakimə edəcəyini deyir. Görünür, onlar şər mələklərə çıxarılan hökmün icrasında müəyyən dərəcədə iştirak edəcəklər.

lvs s. 241, «Yığıncaqdan kənaredilmə» adlı əlavə

1Kr 5:9—11. Yığıncaq tövbə etməyən günahkarla münasibət saxlamamalıdır

YIĞINCAQDAN KƏNAREDİLMƏ

Ciddi günah edən məsihi tövbə etməyəndə və Yehovanın normalarına uyğun yaşamaq istəməyəndə o, artıq yığıncağın üzvü olaraq qala bilməz. Onu yığıncaqdan kənar etmək lazımdır. Biz yığıncaqdan kənar edilən adamla heç bir münasibət qurmuruq və onunla daha danışmırıq (1 Korinflilərə 5:11; 2 Yəhya 9—11). Yığıncaqdan kənaredilmə tədbiri Yehovanın adını və yığıncağı qoruyur (1 Korinflilərə 5:6). Bu cəza həmçinin insana kömək edir ki, tövbə edib yenidən Yehovaya geri dönə bilsin (Luka 15:17).

lvs s. 44

4 BİZ İLK NÖVBƏDƏ YEHOVAYA SADİQ OLMALIYIQ

«Düzdür, cəza o anda insana sevinc yox, ağrı gətirir. Sonradan isə... salehliyin sülh bəhrəsini yetişdirir» (İbranilərə 12:11).

Yaxın dostun Yehovadan üz döndərərsə, nə etməlisən?

1 Korinflilərə 5:11—13; 2 Yəhya 9—11

Dostun pis əməllərdən əl çəkmirsə və köməyi rədd edirsə, bununla daha yığıncağın üzvü olmaq istəmədiyini göstərir.

1 Butrus 1:15, 16

Günahkarı yığıncaqdan kənar etməklə Yehovaya, Onun adına və qanunlarına məhəbbət göstərilir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş