Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 yanvar s. 10—11
  • Yaşıdların təzyiqinə necə qarşı durmalı?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaşıdların təzyiqinə necə qarşı durmalı?
  • Oyanın! 2014
  • Başlıqlar
  • Oxşar material
  • PROBLEM
  • Ey gənclər, həmyaşıdlarınızın təzyiqinə qarşı durun!
    Gözətçi qülləsi 2010
  • Yaşıdlarımın təzyiqinə necə qarşı durum?
    Gənclərin 10 sualına cavab
  • Təhriklərə necə müqavimət göstərə bilərəm?
    Gənclərin sualları
  • Yadınızdadırmı?
    Gözətçi qülləsi 2010
Oyanın! 2014
g14 yanvar s. 10—11
Yeniyetməyə siqaret təklif edirlər

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Yaşıdların təzyiqinə necə qarşı durmalı?

PROBLEM

Yuxarı sinif şagirdi həmyaşıdının onu idarə etməsinə yol verir

«Aşağı siniflərdə oxuyanda uşaqların çoxu məndən uzaq gəzirdi. Bu da mənə pis təsir edirdi. Yuxarı siniflərdə isə başladım xarici görkəmimi və baxışlarımı dəyişməyə, amma yaxşı tərəfə yox. Dost sarıdan əziyyət çəkirdim, nədir-nədir məktəbdəki uşaqların məndən xoşu gəlsin deyə onların təsiri altına düşmüşdüm» (Cenifer, 16 yaş)a.

Yaşıdlarının təzyiqi ilə üzləşirsənsə, bu məqalə sənin üçündür.

Həmyaşıdlarının təsiri altına düşəndə şüursuz robota oxşayırsan, çünki başqalarının səni idarə etməsinə yol verirsən. Onlara niyə belə ixtiyar verirsən? (Romalılara 6:16).

BUNU BİLSƏN YAXŞIDIR

Yaşıdların təzyiqi yaxşı insanı pis əməllərə təhrik edə bilər.

«Pis dostlar yaxşı vərdişləri korlayır» (1 Korinflilərə 15:33).

«Bəzən hansısa vəziyyətlə qarşı-qarşıya qalanda səhv olduğunu bildiyimiz şeyi edirik. Hisslərimiz bizə üstün gəlir və başqalarının istədiyini edirik!» (Səbinə).

Təzyiq təkcə həmyaşıdlar tərəfindən göstərilmir.

«Düzgün iş görmək istəyəndə pislik başımın üstünü kəsdirir» (Romalılara 7:21).

«Ən böyük təzyiq mənim içimdən gəlir. Açığı, mən özüm yaşıdlarımın haqqında danışdığı və cəlbedici şəkildə təqdim etdiyi şeyləri etmək istəyirəm» (Diana).

İndi qarşı çıxsan, sonra peşman olmazsan.

«Vicdanınızı təmiz saxlayın» (1 Peter 3:16).

«Bir vaxtlar yaşıdlarımın təzyiqinə qarşı durmaq mənə çox çətin gəlirdi, amma indi başqalarından fərqlənməkdən qorxmuram və qərarımın üstündə dururam. Gecələr təmiz vicdanla yastığa baş qoymağın yerini heç nə verə bilməz» (Karla).

NƏ EDƏ BİLƏRSƏN?

Yaşıdların səni səhv hərəkətə təhrik edirlərsə:

Axırını fikirləş. Özündən soruş: «Tutalım, uşaqların dediyi səhv hərəkəti elədim və sonradan onun üstü açıldı. Atamla anam mənim haqqımda nə fikirləşəcək? Bəs mən özüm haqda nə fikirləşəcəyəm?» (Müqəddəs Kitab prinsipi: Qalatiyalılara 6:7.)

«Valideynlərim: “Fikirləş, əgər təslim olsan, başına nə gələ bilər?” — kimi suallar verirlər. Onlar yaşıdlarımın sözü ilə oturub-durmağın məni yanlış yola necə sürükləyə biləcəyini başa salırlar» (Ülviyyə).

İmanını gücləndir. Özündən soruş: «Nəyə görə bunun mənə və ya başqalarına zərər gətirəcəyinə inanıram?» (Müqəddəs Kitab prinsipi: İbranilərə 5:14.)

«Balaca olanda sadəcə “yox” deyirdim, ya da qısa cavab verirdim, amma indi nəyə görə filan şeyi edib-etmədiyimi lazımınca izah edə bilirəm. Nəyin düz, nəyin səhv olduğunu yaxşı bildiyimə əminəm. Suallara verdiyim cavablar öz cavablarımdır, başqasının yox» (Anita).

Mənliyini düşün. Özünə sual ver: «Necə insan olmaq istəyirəm?» Sonra isə üzləşdiyin təzyiq haqda düşün və özündən soruş: «Belə insan bu cür vəziyyətdə necə davranardı?» (Müqəddəs Kitab prinsipi: 2 Korinflilərə 13:5.)

«Özümə inanıram, başqalarının fikri mənim üçün elə də vacib deyil. Bununla belə, çoxları məni olduğum kimi sevir» (Alisia).

Gələcəyi fikirləş. Sən məktəbdə oxuyursansa, bir neçə il və ya aydan sonra razı salmağa çalışdığın insanlar sənin həyatında olmayacaqlar.

«Məktəb şəklimə baxanda heç bəzi sinif yoldaşlarımın adı da yadıma düşmədi. Halbuki məktəbdə oxuyanda mənim üçün onların fikirləri inandığım düzgün şeylərə bağlı qalmaqdan daha vacib idi. Necə də ağılsız olmuşam!» (Röya, indi 22 yaşı var).

Hazırlıqlı ol. Müqəddəs Kitabda deyilir: «Kimə necə cavab verməyi [bilməlisiniz]» (Koloslulara 4:6).

«Valideynlərim mənə və bacıma bir hadisə fikirləşib onu səhnələşdirməyə kömək edirlər ki, sabah həmin vəziyyətlə qarşılaşanda nə edəcəyimizi bilək» (Kristina).

a Məqalədə bəzi adlar şərtidir.

AÇAR AYƏLƏR

  • «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7).

  • «Yetkin adam... qavrayışını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

  • «Özünüzü sınayın» (2 Korinflilərə 13:5).

Cesika

CESİKA

«Yaşıdlarının təzyiqinə münasibətin özün haqda nə düşündüyündən asılıdır. Əgər sən özünə inansan, başqalarının sənin haqqında nə fikirləşdiyi səni narahat etməyəcək, uşaqlar təzyiq göstərsələr də, heç vecinə olmayacaq».

Keyli

KEYLİ

«Özünəhörmət hissinin aşağı olan adamlar başlayırlar onun-bunun fikri ilə oturub-durmağa ki, özünəhörmət hissləri artsın. Amma özünə əmin olsan, yaşıdlarının niyə səni səhv hərəkətlərə təhrik etdiklərini başa düşmək asan olacaq və onlara əhəmiyyət verməyəcəksən».

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş