Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g14 aprel s. 4—5
  • Düzəlişləri necə qəbul etməlisən?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Düzəlişləri necə qəbul etməlisən?
  • Oyanın! 2014
  • Başlıqlar
  • Oxşar material
  • ÇƏTİNLİK
  • Yehova sevdiyini tərbiyə edir
    Məsihi həyatı və ibadəti iş dəftəri 2019
  • Övladınıza mətin olmağı öyrədin
    Oyanın! 2019
  • 6. Tərbiyə
    Oyanın! 2018
  • Uşağa təvazökar olmağı öyrədin
    Oyanın! 2017
Əlavə
Oyanın! 2014
g14 aprel s. 4—5
Oğlan böyükdən məsləhət alır

AİLƏLƏRƏ KÖMƏK | GƏNCLƏR

Düzəlişləri necə qəbul etməlisən?

ÇƏTİNLİK

«Əgər kimsə sənə düzəliş edirsə, deməli, nəyisə səhv etmisən. “Təki hamı mənə düzəliş etsin” deyən adama hələ rast gəlməmişəm» (Elmira, 17 yaş)a.

İki dispetçer iki təyyarənin toqquşmasının qarşısını almaq üçün göstərişlər verir

Düzəlişi qəbul etməyən insan dispetçerdən gələn göstərişləri qulaqardına vuran pilota bənzəyir. Aqibəti faciəli ola bilər.

Valideynlərin, müəllimlərin və başqa kimsə sənə düzəliş edəndə bunu qəbul eləmək çətin gəlir? Onda bu məqalə sənin üçündür.

NƏYİ BİLMƏLİSƏN?

Hamımızın düzəlişə ehtiyacı var.

«Hər birimiz dəfələrlə səhv edirik» (Yaqub 3:2).

«Səhv iş tutanda kiminsə sənə düzəliş etməsində utanılası heç nə yoxdur» (Cessika).

Sənə düzəliş edilməsi heç də pis insan olduğundan xəbər vermir.

«Ata sevdiyi oğlunu necə məzəmmət edərsə, Rəbb də sevdiyini elə məzəmmət edər» (Süleymanın məsəlləri 3:12).

«Kimsə mənə düzəliş edəndə çalışıram, həmin adam üçün məsləhət verməyin nə qədər çətin olduğunu və bunu mənə məhəbbətindən irəli gələrək etdiyini başa düşüm» (Tamara).

Düzəlişlər sayəsində sən daha yaxşı insan ola bilərsən.

«Verdiyim tərbiyəyə qulaq asın, hikmət alın»

(Süleymanın məsəlləri 8:33).

«Düzəlişlər gənclərin bir şəxsiyyət kimi formalaşmaları üçün zəruridir. Bu, başqalarının gözündə necə insan olduğunu görməyə, eləcə də xasiyyətində özünün də xəbərin olmadan yaranan pis cəhətləri nəzarət altında saxlamağa kömək edir» (Dian).

NƏ ETMƏK OLAR?

Vəziyyətə obyektiv yanaş. Ola bilsin, sənə düzəliş ediləndə inciyirsən. Amma çalış, hisslərə qapılmayasan. Bunun üçün bir anlığa olduğun vəziyyəti unut və təsəvvür et ki, sənə verilən məsləhəti sən başqasına, məsələn, kiçik bacına və ya qardaşına verirsən. İndi heç olmasa bir az məsləhətin faydasını görürsən? İndi bunu özünə aid et. (Müqəddəs Kitab prinsipi: Vaiz 7:9.)

«Bəzən tənqid eşidəndə ruhdan düşürsən. Hətta belə anlarda unudursan ki, əslində, məsləhət verənin sənin xətrinə dəymək fikri olmayıb. O, sadəcə sənin daha yaxşı insan olmağına kömək etmək istəyirdi» (Teresa).

Təvazökar ol. Qoyma ki, qürurun məsləhəti qəbul etməyinə mane olsun. Digər tərəfdən də, yol vermə ki, sadəcə hansısa çatışmayan cəhətinin üzərində işləməli olduğuna görə ruhdan düşəsən. Təvazökar olsan, hər iki ifratçılıqdan qaçacaqsan. Yadda saxla: xətrinə dəyən məsləhət çox vaxt sənə lazım olan məsləhət olur. Əgər hər hansı bir səbəbə görə məsləhəti qəbul etmirsənsə, onda dəyərli bir imkanı — bir şəxsiyyət kimi formalaşmaq imkanını əldən vermiş olursan. (Müqəddəs Kitab prinsipi: Süleymanın məsəlləri 16:18.)

Xətrinə dəyən məsləhət çox vaxt sənə lazım olan məsləhət olur

«Yetkin insan olmaq üçün ən vacib şərtlərdən biri düzəlişləri qəbul etməkdir. Bunu, eləcə də onlardan faydalanmağı öyrənməsək, özümüzə pislik eləmiş olacağıq» (Lena).

Minnətdar ol. Düzəlişi qəbul etmək sənin üçün nə qədər çətin olsa da, həmin insana öz təşəkkürünü bildirməlisən. Şübhə yoxdur ki, o, bunu yaxşı niyyətdən irəli gələrək və sənin yaxşılığını istədiyi üçün edib. (Müqəddəs Kitab prinsipi: Məzmur 141:5.)

«Heç vaxt, xüsusilə də məsləhətə ehtiyacın olduğu anlarda “çox sağ ol” demək artıqlıq etməz. Hətta məsləhətin yeri olmasa belə, ən azı, zəhmət çəkib sənə yaxınlaşdığına görə təşəkkür edə bilərsən» (Karla).

a Məqalədəki bəzi adlar dəyişib.

AÇAR AYƏLƏR

  • «Qəzəblənməyə tələsmə» (Vaiz 7:9).

  • «Əcəldən əvvəl təkəbbür gələr» (Süleymanın məsəlləri 16:18).

  • «Saleh insan məni vursa, məhəbbətinə görə tənbeh edər» (Məzmur 141:5).

Castin

«Tənbeh eşitmək insanın xətrinə dəyə bilər. Amma çalışıram unutmayım ki, o adam mənim yaxşılığımı istəyir. Ona mənə kömək etmək istəyən dost gözü ilə baxmağa çalışıram». CASTİN

Şarlet

«Bilirəm ki, səhvlərim olacaq. Ona görə də insanlar nəyi isə düz etmədiyimi deyəndə bunu minnətdarlıqla qəbul etməyə çalışıram. Çünki nəyin üzərində işləməli olduğumu bilirəm». ŞARLET

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş