ÜZ QABIĞINDA | Faciə...
Faciə.
GEC-TEZ hər bir insanın başına hansısa faciə gəlir. Fərqi yoxdur, o kimdir, nəçidir.
ALLAHIN KƏLAMINDA DEYİLİR:
«Yarışı həmişə bərk qaçanlar udmur. Müharibədə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, hörmət alimlərə göstərilmir. Ancaq zaman və fürsətdir ki, hər kəsin qabağına çıxır» (Vaiz 9:11).
Faciə ilə üzləşib-üzləşməməyinizdən asılı olmayaraq, aşağıdakı suallara necə cavab verərdiniz? Misal üçün:
Varınızı-yoxunuzu təbii fəlakətdə itirsəydiniz, nə edərdiniz?
Ağır xəstəliyinizin olduğunu bilsəydiniz, nə edərdiniz?
Yaxın adamınızı itirsəydiniz, necə olardınız?
Bu jurnalı dərc edən Yehovanın Şahidləri bilirlər ki, Allahın Kəlamı faciənin sizə vurduğu yaranı sağaltmaqla yanaşı, gələcəyə dair gerçək ümid verə bilər (Romalılara 15:4). Necə? Gəlin faciə ilə üzləşən üç adamın hadisəsinə baxaq.