Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g15 aprel s. 16
  • Pişikdir bu, bığı da var

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Pişikdir bu, bığı da var
  • Oyanın! 2015
  • Oxşar material
  • Mündəricat
    Oyanın! 2015
  • Tanış olun: ələkeçməz barxan pişiy
    Oyanın! 2013
  • Pişiyin dili
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
Oyanın! 2015
g15 aprel s. 16
Pişik

TƏKAMÜL, YOXSA YARADILIŞ MÖCÜZƏSİ?

Pişikdir bu, bığı da var

EV PİŞİKLƏRİ əsas etibarilə gecə heyvanlarıdır. Onlara yaxınlıqdakı obyektləri müəyyənləşdirməyə və xüsusilə də, qaranlıqda şikarını tutmağa bığları kömək edir.

Məlumat. Pişiyin bığları çoxlu sinir ucları olan toxumalara birləşib. Bu sinir ucları o qədər həssasdır ki, havanın yüngül tərpənişini hiss edə bilir. Buna görə də pişiklər hətta görmədikləri obyektləri də müəyyən edə bilirlər. Görünür, qaranlıqda bu, onların üstünlüyüdür.

Bığları həssas olduğu üçün pişiklər onların köməyi ilə şikarlarının yerini və hərəkətini öyrənə bilirlər. Onlar haradansa keçmək istəyəndə bığları ilə həmin yeri ölçüb keçib-keçə bilməyəcəklərini müəyyən edirlər. Bir ensiklopediyada deyilir ki, «bığların (vibrissae) funksiyası haqda tam məlumat olmasa da, bir o məlumdur ki, onlar kəsilsə, pişik müvəqqəti olaraq qabiliyyətini itirəcək» («Encyclopædia Britannica»).

Alimlər pişik bığlarına bənzər sensorları olan robotlar yaradıblar. Bu sensorlar «elektron bığ» adlanır. Onların sayəsində robotlar maneələr olan yerdə sərbəst hərəkət edə bilirlər. Kaliforniya (Berkli) universitetinin alimi Əli Caviyenin fikrincə, «elektron bığlar robototexnikada, “insan-maşın” interfeysində və biotexnoloji məsəllərdə geniş istifadə oluna bilər».

Necə fikirləşirsiniz?  Pişik bığlarının belə xüsusiyyətlərə malik olması təkamülün nəticəsidir, yoxsa yaradılış möcüzəsi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş