Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g16 №  6 s. 4—6
  • Özünüzü xəstəlikdən qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Özünüzü xəstəlikdən qoruyun
  • Oyanın! 2016
  • Başlıqlar
  • Oxşar material
  • 1 SU
  • 2 QİDA
  • 3 HƏŞƏRATLAR
  • 4 HEYVANLAR
  • 5 İNSANLAR
  • Qida təhlükəsizliyi və sağlam qidalanmanın yeddi qaydası
    Əlavə mövzular
  • Təqdimə
    Oyanın! 2016
  • Xəstəlikdən qorunmağın yolları
    Oyanın! 2016
  • 1. Sağlamlığınızı qoruyun
    Oyanın! 2022
Əlavə
Oyanın! 2016
g16 №  6 s. 4—6

ÜZ QABIĞINDAKI MÖVZU | XƏSTƏLİKDƏN QORUNMAĞIN YOLLARI

Özünüzü xəstəlikdən qoruyun

QƏDİMDƏ bəzi şəhərlər hündür divarlarla müdafiə olunurdu. Düşmən həmin divarın hətta kiçik bir hissəsini dağıtsaydı, bütün şəhər təhlükə altında qalardı. Bizim bədənimiz də müəyyən mənada istehkamlı şəhərə bənzəyir. Özümüzü nə qədər çox qorusaq, bir o qədər sağlam olacağıq. Gəlin görək səhhətimizə nələr təhlükə yarada bilər və özümüzü qorumaq üçün nə edə bilərik.

Qadın qızı ilə bazarda gəzir

1 SU

TƏHLÜKƏ. Zərərli orqanizmlər bədənimizə çirkli su vasitəsilə daxil ola bilər.

MƏSLƏHƏT. Ən gözəl müdafiə içdiyiniz suyu çirklənmədən qorumaqdır. Əgər içdiyiniz suyun çirkli olduğunu bilirsinizsə və ya bundan şübhələnirsinizsə, onu ev şəraitində müəyyən üsullarla təmizləyə bilərsiniza. İçməli suyu bağlı qablarda saxlamaq lazımdır. Oradan suyu təmiz çömçə ilə götürün və ya bunun üçün su kranından istifadə edin. Əlinizi heç vaxt içməli suyun içərisinə salmayın. Əgər mümkündürsə, insan ifrazatının içməli su hövzələrinə tökülmədiyi ərazilərdə yaşayın.

2 QİDA

TƏHLÜKƏ. Zərərli orqanizmlər yediyiniz qidalarda ola bilər.

MƏSLƏHƏT. Qidanın üzdən təzə, yeməli görünməsi onun təmiz olmasından xəbər vermir. Buna görə də meyvə və tərəvəzləri yaxşı-yaxşı yumağı vərdiş edin. Yemək hazırlayarkən diqqət yetirin ki, mətbəx, istifadə etdiyiniz qablar və əlləriniz təmiz olsun. Mikrobların məhv olması üçün bəzi məhsulları müəyyən temperaturda bişirmək lazımdır. Rəngini, tamını, iyini dəyişən məhsulları qəbul etməyin. Əks halda, xeyli sayda mikroba «qapı açmış» olacaqsınız. İstifadə etmədiyiniz qidanı soyuducuya qoyun. Xəstə olduğunuz vaxt başqaları üçün yemək hazırlamayınb.

3 HƏŞƏRATLAR

TƏHLÜKƏ. Bəzi həşəratlarda zərərli mikroorqanizmlər olduğu üçün onlardan sizə infeksiya keçə bilər.

MƏSLƏHƏT. Xəstəlik daşıyan həşəratlardan mümkün qədər uzaq durun. Onların aktiv olduqları vaxtlarda evdən çölə çıxmayın. Əgər çıxmaq lazımdırsa, onlardan qorunmaq üçün uzunqol köynək və şalvar geyinin. Miçətkənin altında yatın, ya da ağcaqanad əleyhinə dərmanlardan istifadə edin. Qabda uzun müddət su saxlamayın, əks halda, həşəratların artması üçün şərait yaratmış olacaqsınızc.

4 HEYVANLAR

TƏHLÜKƏ. Heyvanların bədənlərində yaşayan mikroblar bizim üçün çox təhlükəli ola bilər. Əgər sizi hansısa heyvan (bura ev heyvanları da daxildir) dişləyib və ya cırmaqlayıbsa, yaxud onun nəcisinə toxunmusunuzsa, onda sağlamlığınız təhlükədədir.

MƏSLƏHƏT. Bəzi insanlar heyvanlarla az təmasda olsunlar deyə, onları çöldə saxlayırlar. Ev heyvanlarına toxunandan sonra əllərinizi yaxşıca yuyun. Çöl heyvanlarından isə ümumiyyətlə uzaq olun. Əgər sizi hansısa heyvan dişləyib və ya cırmaqlayıbsa, yaranı yaxşı-yaxşı yuyun və həkimə müraciət edind.

5 İNSANLAR

TƏHLÜKƏ. Bəzi mikroblar sizə yanınızdakı insanların asqırması və ya öskürməsi nəticəsində keçə bilər. Bu mikroblar həmçinin siz başqaları ilə təmasda olarkən, məsələn, qucaqlaşanda, əllə görüşəndə ötürülə bilər. Başqalarının mikrobları digər yerlərdə də — qapıların dəstəyində, sürahilərdə, telefonlarda, pultlarda, kompüter ekranı və klaviaturasında da var.

MƏSLƏHƏT. Şəxsi əşyalarınızı, məsələn, ülgücünüzü, diş fırçanızı və ya dəsmalınızı başqalarına verməyin. Heyvanlara və insanlara məxsus mayelərə, o cümlədən qana və tərkibində qan olan şeylərə toxunmayın. Əlləri tez-tez yumaq məsləhətinə barmaqarası yanaşmayın. Bu, infeksiyanın yayılmasının qarşısını almaq üçün ən mükəmməl üsuldur.

Xəstələnəndə çalışın evdə qalasınız, çünki bununla onun yayılmasının qarşısını almış olursunuz. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məsləhət görür ki, asqıranda və ya öskürəndə ağzınızı əlinizlə yox, qolunuzla və ya dəsmalla tutasınız.

Belə bir hikmətli söz var: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Xəstəliklərin baş alıb getdiyi bu dünyada bu sözlər lap yerinə düşür. Səhiyyə xidmətlərinə müraciət edərək maariflənin, gigiyena qaydalarına əməl etməklə özünüzü xəstəlikdən mühafizə edin. Özünüzü qoruyun və sağlam olun!

a Ümumdünya Səhiyyə Təşkilatı ev şəraitində suyun təmizlənməsi ilə bağlı bir neçə məsləhət təqdim edir. Məsələn, suyu xlorla, günəş dezinfeksiyası ilə, filterlə və qaynadaraq təmizləmək mümkündür.

b Əlavə məlumat almaq üçün «Oyanın!» jurnalının 2012-ci il iyun sayının 3—9 səhifələrinə (rus.) baxın.

c Malyariyadan qorunmaq üçün ətraflı məlumatı «Oyanın!» jurnalının 2015-ci il iyul sayının 14 və 15-ci səhifələrindən əldə edə bilərsiniz.

d Zəhərli heyvanlar sizə xəsarət yetiribsə, həkimə vaxt itirmədən müraciət edin.

Epidemiyadan qorunmağın yolları

Qadın əllərini yuyur

2014-cü ildə bütün Qərbi Afrika ərazisində böyük sürətlə Ebola virusu yayılmağa başladı. Bütün dünyada həyəcan təbili çalındı. Bu ərazidə yaşayan Yehovanın Şahidləri infeksiyaya yoluxma riskini azaltmaq üçün maarifləndirmə tədbirləri keçirdi. Yehovanın Şahidlərinin nümayəndələrindən bununla bağlı müsahibə götürülüb.

  • Təqdimat

    İnsanlara üzləşdikləri vəziyyətin ciddiliyini başa düşməyə necə kömək etdiniz?

    Təlaşı və narahatçılığı azaltmaq üçün ictimai ərazilərdə xüsusi təqdimatlar keçirdik. Bu təqdimatlarda virusun necə yayıldığını izah etdik və camaata müəyyən göstərişlər verdik.

  • Əllərin yuyulması

    Yehovanın Şahidləri hansı tədbirləri gördülər?

    Biz ultrabənövşəyi termometrlə ibadət görüşlərimizə gələn insanların hərarətini ölçürdük. Hamı çalışırdı ki, lüzumsuz yerə əllə görüşməsin və qucaqlaşmasın, gün ərzində əlini tez-tez yusun. Əsas ictimai yerlərdə tərkibində dezinfeksiyaedici maye qatılmış su olan əlüzyuyanlar qoyduq.

  • Ev telefonu

    Bəs bu müddət ərzində ibadət görüşlərinizi və Müqəddəs Kitab üzrə maarifləndirmə işinizi keçirə bilirdiniz?

    Hökumət bəzi ərazilərdə karantin tətbiq etmişdi. Buna görə də bir müddət ibadət görüşlərini keçirmədik. Həmin ərazilərdə hər ailə ibadəti öz evində keçirirdi. İnsanlarla mümkün qədər az təmasda olmaq üçün Müqəddəs Kitabı öyrətdiyimiz adamlarla əsasən telefon vasitəsilə əlaqə saxlayırdıq.

  • Təqvim

    Əgər kimdəsə xəstəliyin simptomları olardısa, nə edirdiniz?

    Bu barədə hakimiyyət orqanlarına məlumat verirdik. Ebolaya tutulan insanla təmasda olan, ya da bu xəstəlikdən ölən insanın dəfnində iştirak edən, həmçinin xəstəliyin hər hansı simptomu olan adam 21 gün ərzində başqalarından təcrid olunurdu. Hesab olunur ki, Ebola virusu bu müddətdən sonra özünü göstərir.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş