Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g22 №  1 s. 4—6
  • 1. Sağlamlığınızı qoruyun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 1. Sağlamlığınızı qoruyun
  • Oyanın! 2022
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ VACİBDİR?
  • Nəyi bilməlisiniz?
  • Nə edə bilərsiniz?
  • Səhhətiniz qəfildən pisləşibsə
    Əlavə mövzular
  • Fiziki sağlamlıq
    Oyanın! 2019
  • Sağlamlığının qeydinə qalarkən Allahın prinsiplərini nəzərə al
    Gözətçi qülləsi 2008
  • Stresi dəf etməyin yolları
    Oyanın! 2020
Əlavə
Oyanın! 2022
g22 №  1 s. 4—6
Masanın üstündə cürbəcür sağlam qidalar var.

TƏLATÜMLÜ DÜNYADA

1 | Sağlamlığınızı qoruyun

NƏYƏ GÖRƏ VACİBDİR?

Böhran, fəlakət birbaşa və ya dolayı yolla insanın sağlamlığına mənfi təsir edir.

  • Fəlakətlər insanlarda gərginlik, təlaş yaradır. Bu kimi hisslər uzun müddət davam edəndə insan xəstə düşür.

  • Bədbəxtliklər səhiyyə sistemini təzyiq altında qoyur, tibbi personal və dərman qıtlığı yaradır.

  • Fəlakətlər insanın maddi vəziyyətinə də mənfi təsir edir. Ərzaq, dərman kimi zəruri şeyləri almaq çətinləşir.

Nəyi bilməlisiniz?

  • Ciddi xəstəlik və stres ucbatından insan öz sağlamlığına laqeyd yanaşa bilər. Nəticədə, səhhəti daha da ağırlaşar.

  • Xəstəlik müalicə olunmadıqda insanın həyatı üçün təhlükə yarada bilər.

  • Nə qədər sağlam olsanız, çətin vəziyyətlərdə bir o qədər düzgün qərarlar verəcəksiniz.

  • Maddi vəziyyətinizdən asılı olmayaraq, sağlamlığınızı qorumaq üçün müəyyən tədbirlər görə bilərsiniz.

Nə edə bilərsiniz?

Ağıllı adam mümkün qədər təhlükələri qabaqcadan sezir və onlardan qorunmaq üçün müvafiq tədbirlər görür. Eyni şey sağlamlığa da aiddir. Çox vaxt sadə gigiyena qaydaları insanı xəstəlikdən qoruyur və ya xəstəliyin kəskinləşməsinin qarşısını alır. Unutmayın, ehtiyat igidin yaraşığıdır.

«Təmizkar olmağın, evimizi təmiz saxlamağın sayəsində, həkimə, dərmana az pulumuz çıxır» (Andreasa).

a Bu jurnalda bəzi adlar şərtidir.

XOŞ GÜZƏRAN MÜMKÜNDÜR? Məsləhətlər

Təlatümlü vaxtlarda sağlamlığınızı qorumaq üçün növbəti addımları atın

GİGİYENA QAYDALARINA RİAYƏT EDİN

Kişi bayırda əlini sabunla və su ilə yuyur.

Gigiyena qaydalarına riayət edin

Müqəddəs Kitabda deyilir: «Uzaqgörən bəlanı duyub gizlənər» (Məsəllər 22:3). Sağlamlığınız üçün olan təhlükələri qabaqcadan sezin və onlardan uzaq durun.

  • Əllərinizi tez-tez sabunla yuyun, xüsusilə də yemək yeməzdən əvvəl və ya ayaqyolundan istifadə edəndən sonra.

  • Evinizi müntəzəm təmizləyin və dezinfeksiya edin. Xüsusilə də tez-tez toxunduğunuz səthləri və əşyaları.

  • İmkan daxilində, yoluxucu xəstəliyi olan insanla yaxın təmasdan qaçın.

SAĞLAM QİDALANIN

Masanın üstündə cürbəcür sağlam qidalar var.

Sağlam qidalanın

Müqəddəs Kitabda deyilir: «Elə bir adam yoxdur ki, öz bədəninə nifrət etsin, əksinə, insan öz bədəninin qeydinə qalır, onu əzizləyir» (Efeslilərə 5:29). Bədənimizin qeydinə qalırıqsa, yediyimizə, içdiyimizə fikir verəcəyik.

  • Çoxlu su için.

  • Cürbəcür meyvə-tərəvəz yeyin.

  • Yağ, duz və şəkər qəbulunu azaldın.

  • Tütündən və narkotikdən uzaq durun, spirtli içkidən və dərman vasitələrindən sui-istifadə etməyin.

«Biz sağlam qidalanırıq ki, xəstələnməyək, yoxsa qazandığımız qəpik-quruşu da dərmana verərik. Düşünürük ki, yaxşısı budur, pulumuzu sağlam qidalara xərcləyib, canımıza baxaq» (Karlos).

İDMAN EDİN VƏ KİFAYƏT QƏDƏR DİNCƏLİN

Kişi torpaq yolla qaçır.

İdman edin

Müqəddəs Kitabda deyilir: «Bir ovuc istirahət iki ovuc zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır» (Vaiz 4:6). İşləmək vacibdir, amma dincəlmək də lazımdır.

  • Aktiv həyat sürün. Başlanğıc üçün müntəzəm gəzintiyə çıxmaq olar. Fiziki aktivlik, hətta yaşlı, əlil, xroniki xəstəliyi olan insanların belə səhhətini yaxşılaşdıra bilər.

  • Gənc qadın yatıb yuxusunu alır.

    Dincəlin

    Kifayət qədər dincəlin. Yetərincə yatmamaq ilk olaraq stresə, diqqət dağınıqlığına səbəb olur. Vaxt keçdikcə isə insanın səhhətində ciddi problemlərə gətirib çıxarır.

  • Yatmaq üçün vaxt təyin edin və buna riayət edin. Çalışın hər gün eyni vaxtda yatıb-durasınız.

  • Yataqda olanda televizora baxmayın və elektron cihazlardan istifadə etməyin.

  • Yatmazdan əvvəl ağır yeməklər yeməyin, kofein tərkibli və spirtli içkilər içməyin.

«Fikir vermişəm ki, yuxu rejimim bütün səhhətimə təsir edir. Əgər kifayət qədər yatmamışamsa, hərdən başım, bütün bədənim ağrıyır. Amma doyunca yatıb yuxumu alanda dünyanın işini görə bilirəm! Gümrah oluram və gec-gec xəstələnirəm» (Castin).

«Virusla mübarizədə qalib gəlin» adlı videodan səhnə. Qadın evinin qapısını virus üçün açır.

ƏTRAFLI MƏLUMAT. «Virusla mübarizədə qalib gəlin» adlı videoya baxın. Həmçinin «Həyatınızı yaxşılaşdırın. Fiziki sağlamlıq» adlı məqaləni oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş