Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • w08 15/11 s. 23—27
  • Sağlamlığının qeydinə qalarkən Allahın prinsiplərini nəzərə al

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Sağlamlığının qeydinə qalarkən Allahın prinsiplərini nəzərə al
  • Gözətçi qülləsi 2008
  • Başlıqlar
  • Oxşar material
  • Sağlamlığa görə narahat olmaq təbiidir
  • Sağlamlığın üçün həddən artıq narahat olma
  • Ən üstün dəyərlər nədir?
  • Sağlam düşüncəli olmağın vacibliyi
  • «Qoy sizin mülayimliyiniz [bəsirətiniz]... məlum olsun»
  • Qarşıda mükəmməl sağlamlıq
  • Sağlamlıq
    Oyanın! 2013
  • Yehova sizə dayaq olar
    Gözətçi qülləsi 2015
  • Səhhətiniz qəfildən pisləşibsə
    Əlavə mövzular
  • 1. Sağlamlığınızı qoruyun
    Oyanın! 2022
Gözətçi qülləsi 2008
w08 15/11 s. 23—27

Sağlamlığının qeydinə qalarkən Allahın prinsiplərini nəzərə al

«Allahın olan Rəbbi... bütün düşüncənlə və bütün qüvvətinlə sev» (MARK 12:30).

1. Allahın bəşəriyyətə dair ilk niyyəti nədən ibarət idi?

YEHOVA ALLAHIN insanlara dair ilk niyyətinə xəstəliklər və ölüm daxil deyildi. Yaradan Adəmlə Həvvanı Eden bağında, yəni həzz verən Cənnətdə yerləşdirdi ki, oranı 70-80 il yox, əbədiyyən ‘becərsinlər və saxlasınlar’ (Yar. 2:8, 15; Məz. 90:10). İlk insan cütü Yehovaya sadiq qalsaydı və Onun hökmranlığına məhəbbətlə tabe olsaydı, heç zaman xəstəliyi, fiziki zəifliyi və ölümü dadmazdı.

2, 3. a) «Vaiz» kitabında qocalıq necə təsvir edilir? b) Adəmdən miras aldığımız ölümün səbəbkarı kimdir və ölümün təsiri necə aradan qaldırılacaq?

2 «Vaiz» kitabının 12-ci fəslində qeyri-kamil insanların qocalığında müşahidə olunan «pis günlər» aydın təsvir edilir. (Vaiz 12:1-7 ayələrini oxu.) Ağaran saçlar ‘badam ağacının çiçəklənməsinə’ bənzədilir. Ayaqlar artıq zəifləyən və titrəyən «güclülər» ilə müqayisə olunur. İşıq üçün ‘pəncərəyə baxanlar’, amma qaranlıqdan başqa heç nə görməyənlər nurunu itirən gözlərin müvafiq simvoludur. Tökülən dişlər, ‘az olduqları üçün əl dəyirmanı ilə dən üyüdə bilməyənlərlə’ müqayisə olunur.

3 Titrəyən dizlər, zəifləyən gözlər, dişsiz damaqlar — bütün bunlar Allahın bəşəriyyətə dair ilk niyyətinə daxil deyildi. Bundan savayı, Adəmdən miras aldığımız ölüm ‘iblisin əməllərindən’ biridir ki, Allahın Oğlu səmavi Padşahlıq vasitəsilə onu yox edəcək. Həvari Yəhya yazmışdı: «Allahın Oğlu da buna görə zühur etdi ki, iblisin əməllərini puç etsin» (1 Yəh. 3:8).

Sağlamlığa görə narahat olmaq təbiidir

4. Yehovanın xidmətçiləri nəyə görə tarazlı şəkildə sağlamlıqlarının qeydinə qalırlar və nəyi dərk edirlər?

4 Yehovanın xidmətçiləri də günahlı bəşəriyyətin məruz qaldığı xəstəliklərin və qocalığın gətirdiyi problemlərlə üzləşirlər. Belə vəziyyətdə tarazlı şəkildə sağlamlığımızın qeydinə qalmaq təbii və hətta faydalıdır. Məgər biz Yehovaya ‘bütün qüvvətimizlə’ xidmət etmək istəmirikmi? (Mark 12:30). Sağlamlığımızı qorumağa çalışsaq da, realist olmalı və etiraf etməliyik ki, qocalma prosesini ləngitmək və ya xəstəliklərin hamısından qaçınmaq üçün çox az şey edə bilərik.

5. Allahın sadiq xidmətçilərinin xəstəliklərlə necə mübarizə apardıqlarından nə öyrənə bilərik?

5 Yehovanın bir çox sadiq xidmətçilərinin səhhətində problemlər olmuşdu. Onlardan biri Epafrodit idi (Filip. 2:25-27). Həvari Pavelin sadiq əməkdaşı Timotey tez-tez mədə ağrısından əzab çəkirdi, buna görə də Pavel ona «bir az şərab» içməyi məsləhət görmüşdü (1 Tim. 5:23). Pavelin özü ‘bədənindəki bir neştərlə’, ola bilsin, həmin vaxt müalicəsi olmayan göz xəstəliyi və ya başqa fiziki nasazlıqla mübarizə aparırdı (2 Kor. 12:7; Qalat. 4:15; 6:11). O, bu haqda dəfələrlə Yehovaya yalvarmışdı. (2 Korinflilərə 12:8-10 ayələrini oxu.) Allah Paveli bu ‘neştərdən’ möcüzəli şəkildə azad etmədi. Əvəzində, tab gətirmək üçün onu qüvvətləndirdi. Bununla da Yehovanın qüdrəti Pavelin zəifliyində təzahür olundu. Şübhəsiz ki, bu hadisədən çox şey öyrənə bilərik.

Sağlamlığın üçün həddən artıq narahat olma

6, 7. Nə üçün sağlamlığımıza görə həddən artıq narahat olmaqdan qaçınmalıyıq?

6 Bildiyimiz kimi, Yehovanın Şahidləri tibbi xidmətdən və müxtəlif müalicə üsullarından imtina etmirlər. «Oyanın!» jurnalımızda vaxtaşırı sağlamlıqla bağlı məqalələr çap olunur. Biz hansısa müalicə üsulunu üstün tutub-tutmadığımızı irəli sürməsək də, peşəkar həkimlərin yardımına və əməkdaşlığına görə minnətdarıq. Əlbəttə, mükəmməl sağlamlığın hələlik əlçatmaz olduğunu bilirik. Buna görə də, sağlamlığa görə həddən artıq və ya daima narahat olmamaq müdriklikdir. Münasibətimiz ‘heç bir ümidi’ olmayan, indiki həyatın hər şey olduğunu düşünən və sağalmaq üçün hər bir müalicə üsuluna əl atan insanların münasibətindən fərqlənməlidir (Efes. 2:2, 12). İndiki həyatımızı qorumağa çalışaraq Yehovanın lütfünü itirməməyə qəti qərarlıyıq, çünki əminik ki, Allaha sadiq qalsaq, ‘həqiqi həyatdan’, yəni Allahın vəd etdiyi yeni dünyadakı əbədi həyatdan ‘bərk tutacağıq’ (1 Tim. 6:12, 19, haşiyə; 2 Pet. 3:13).

7 Sağlamlığımız üçün həddən artıq narahat olmaqdan qaçınmağımızın başqa səbəbi də var: biz xudbin olmaq istəmirik. Pavel filipililəri ‘yalnız öz mənfəətini deyil, başqalarının da mənfəətini güdməyə’ təşviq edəndə bu təhlükə barədə xəbərdar etmişdi (Filip. 2:4). Tarazlı şəkildə öz qeydimizə qalmaq düzgündür, amma həmimanlılarımıza və Padşahlıq haqda xoş xəbəri çatdırdığımız insanlara səmimi maraq göstərmək bizi fiziki sağlamlığımız barədə həddən artıq düşünməkdən qoruyacaq (Mat. 24:14).

8. Sağlamlıqla bağlı həddən artıq narahatçılıq bizi nəyə təhrik edə bilər?

8 Belə bir təhlükə də var ki, məsihçi öz sağlamlığına görə narahatçılığa qapılarsa, Padşahlığın maraqları ikinci yerə keçə bilər. Belə narahatçılıq həmçinin bəzi pəhrizlərin, müalicə üsullarının və ya qida əlavələrinin faydası haqda şəxsi fikirlərimizi başqalarının beyninə yeritməyimizə də səbəb ola bilər. Bununla bağlı Pavelin sözlərindəki prinsipə diqqət yetirək: ‘Məsihin günündə pak və nöqsansız olmaq üçün ən üstün dəyərləri ayırd edin’ (Filip. 1:10).

Ən üstün dəyərlər nədir?

9. Hansı ən üstün dəyərə etinasız yanaşmamalıyıq və nəyə görə?

9 Ən üstün dəyərləri ayırd etsək, Allahla yaxşı münasibətlər yaratmaqda başqalarına daha fəal kömək edəcəyik. Buna Allahın Kəlamını təbliğ etmək və öyrətmək daxildir. Sevinc bəxş edən bu fəaliyyət həm bizə, həm də öyrətdiyimiz insanlara fayda gətirir (Sül. məs. 17:22; 1 Tim. 4:15, 16). «Gözətçi Qülləsi» və «Oyanın!» jurnallarında ciddi xəstəlikləri olan həmimanlılarımız barədə vaxtaşırı məqalələr çap olunur. Burada onların öz problemləri ilə necə mübarizə apardıqları haqda bəhs edilir və göstərilir ki, onlar Yehova və Onun gözəl vədləri barədə insanlara danışanda müvəqqəti olaraq öz problemlərini unudurlara.

10. Nəyə görə müalicə üsulunun seçimi az əhəmiyyətli məsələ deyil?

10 Müalicə üsullarını seçmək məsələsində hər bir məsihçi ‘öz məsuliyyətinin yükünü daşımalıdır’ (Qalat. 6:5). Ancaq seçimimizin Yehova üçün əhəmiyyətsiz olmadığını yadda saxlamalıyıq. Müqəddəs Kitab prinsiplərinə hörmət etməyimiz bizi ‘qandan çəkinməyə’ təşviq etdiyi kimi, bizə ruhani zərər verə biləcək və ya Yehova ilə münasibətimizə təsir edə biləcək müalicə üsullarından qaçınmağa da təşviq etməlidir (Həv. iş. 15:20). Bəzi diaqnostika və müalicə üsulları spiritizmlə bağlı işlərə oxşayır. Yehova spiritizmə əl atan dönük israilliləri mühakimə edirdi: «Mənə artıq batil təqdimlər gətirməyin, buxur Məndə ikrah yaradır. Pisliklə [«sehrli qüvvə ilə», YD] dolu təzə ay mərasimlərinizə, şənbə günlərinizə, müqəddəs toplantılarınıza dözə bilmirəm!» (Yeşaya 1:13). Xəstəlik vaxtı dualarımıza mane olacaq və Allahla münasibətlərimizə təhlükə yaradacaq işlər görmək müdriklik olmazdı (Mərs. 3:44).

Sağlam düşüncəli olmağın vacibliyi

11, 12. Müalicə üsulu seçimində ‘sağlam düşüncə’ hansı rolu oynayır?

11 Xəstələnəndə Yehovanın bizə möcüzəli şəkildə şəfa verəcəyini gözləməsək də, müalicə üsulu seçimində Ondan müdriklik diləyə bilərik. Seçim edərkən Müqəddəs Kitab prinsiplərini rəhbər tutmalı və sağlam düşüncəli olmalıyıq. Vəziyyət ciddi olanda imkan daxilində bir neçə həkimlə məsləhətləşmək pis olmazdı. Bu, Süleymanın məsəlləri 15:22 ayəsindəki sözlərə uyğundur: «Məsləhətsiz niyyət boşa çıxar, doğru nəsihət verən çoxdursa, uğur qazandırar». Həvari Pavel həmimanlılarını ‘bu dünyada təmkinli [«sağlam düşüncəli», YD], saleh və Allah yoluna uyğun bir ömür sürməyə’ təşviq edirdi (Tit. 2:12).

12 Bu gün bir çoxlarının vəziyyəti İsanın günlərində yaşayan bir xəstə qadının vəziyyətinə bənzəyir. Mark 5:25, 26 ayələrində oxuyuruq: «On iki ildən bəri aybaşı qanaxması kəsilməmiş bir qadın var idi. Bir çox həkimlər əlindən xeyli əziyyət çəkmişdi, bütün varını sərf edib heç bir fayda görməmiş, əksinə vəziyyəti daha da pisləşmişdi». İsa onu sağaltdı və onunla şəfqətlə davrandı (Mark 5:27-34). Ümidsizliyə qapılan bəzi məsihçilərdə təmiz ibadətin prinsiplərinə zidd olan diaqnostika və ya müalicə üsulunu seçmək meyli yaranmışdı.

13, 14. a) Nöqsansızlığımızı sındırmaq üçün Şeytan bizim müalicə seçimimizdən necə istifadə edə bilər? b) Spiritizmlə az da olsa bağlı olan hər şeydən nə üçün uzaq durmalıyıq?

13 Şeytan bizi həqiqi ibadətdən uzaqlaşdırmaq üçün hər şeyə əl atacaq. O, bəzilərini büdrətmək üçün cinsi əxlaqsızlıqdan və var-dövlətə hərislikdən istifadə etdiyi kimi, digərlərinin də nöqsansızlığını sındırmaq üçün sehrli qüvvələrlə və spiritizmlə əlaqəsi olan şübhəli müalicə üsullarına əl atır. Yehovaya dua edirik ki, bizi «şeytandan» və «hər cür haqsızlıqdan» qurtarsın. Buna görə də, özümüzü spiritizm və magiya ilə bağlı olan şeylərin təsirinə məruz qoymaqla Şeytanın toruna düşməməliyik (Mat. 6:13, haşiyə; Tit. 2:14).

14 Yehova israillilərə cadugərlik və falçılıqla məşğul olmağı qadağan etmişdi (Qanun. t. 18:10-12). Pavel ‘sehrbazlığı’ «cismani təbiətin əməlləri» ilə bir sıraya qoymuşdu (Qalat. 5:19, 20). Üstəlik, Yehovanın vəd etdiyi yeni dünyada «sehrbazların» yeri yoxdur (Vəhy 21:8). Tamamilə aydındır ki, spiritizmə aidiyyəti olan hər bir şey Yehovada ikrah doğurur.

«Qoy sizin mülayimliyiniz [bəsirətiniz]... məlum olsun»

15, 16. Müalicə üsulu seçimində nə üçün hikmət tələb olunur və birinci əsrin rəhbərlik şurası hansı müdrik məsləhəti vermişdi?

15 Əgər hansısa diaqnostika və ya müalicə üsulu bizdə şübhə oyadırsa, yuxarıda deyilənləri nəzərə alıb, ondan imtina etməyimiz müdriklik olardı. Əlbəttə, müəyyən bir müalicə üsulunu izah edə bilmiriksə, bu onun spiritizmlə bağlı olduğuna işarə etmir. Sağlamlığa dair Müqəddəs Kitab nöqteyi-nəzərinə riayət etməyimiz üçün Allahın Kəlamına əsaslanan hikmət və sağlam düşüncəlilik tələb olunur. «Süleymanın məsəlləri» kitabının 3-cü fəslində növbəti nəsihəti oxuyuruq: «Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. Bütün yollarında Onu tanı, O sənin yollarını düzəldər... Sağlam şüura, dərrakəyə bağlan... Onlar sənin həyatın olar» (Sül. məs. 3:5, 6, 21, 22).

16 Mümkün qədər sağlam qalmağa çalışanda diqqətli olmalıyıq ki, xəstəliklərlə mübarizə apararkən və ya qocalma prosesini ləngitməyə çalışarkən Allahın lütfündən məhrum olmayaq. Başqa sahələrdə olduğu kimi, sağlamlıqla bağlı məsələlərdə də Müqəddəs Kitab prinsiplərinə riayət edərək ‘mülayimliyimiz [bəsirətimiz] bütün insanlara məlum olmalıdır’ (Filip. 4:5). Birinci əsrdə rəhbərlik şurası məsihçilərə ünvanladığı vacib bir məktubda onlara bütpərəstlikdən, qandan və cinsi əxlaqsızlıqdan çəkinməyi buyurmuşdu. Həmin məktubda belə bir əminlik də ifadə olunmuşdu: «Bunlardan qaçınsanız, yaxşı iş görərsiniz» (Həv. iş. 15:28, 29). Hansı mənada?

Qarşıda mükəmməl sağlamlıq

17. Müqəddəs Kitab prinsiplərinə riayət etməyimizin hansı faydaları var?

17 Hər birimiz özümüzdən soruşmalıyıq: «Müqəddəs Kitabın qana və cinsi əxlaqsızlığa dair prinsiplərinə ciddi riayət etməyimin mənə nə qədər yaxşı təsir göstərdiyini anlayırammı?» ‘Özümüzü hər bir bədən və ruh murdarlığından təmizləməyə’ çalışmağımızın gətirdiyi faydaları da fikirləş (2 Kor. 7:1). Müqəddəs Kitabın şəxsi gigiyenaya dair normalarına riayət etdikdə özümüzü bir çox fiziki xəstəliklərdən qoruyuruq. Bədəni çirkləndirən və Allahla münasibəti pozan tütündən və narkotiklərdən istifadə etmədiyimiz üçün çiçəklənirik. Yeyib-içməkdə həddimizi bilməyimizin səhhətimizə gətirdiyi faydalar üzərində də düşün. (Süleymanın məsəlləri 23:20; Titusa 2:2, 3 ayələrini oxu.) İstirahət və idman etməyimizin sayəsində özümüzü yaxşı hiss etsək də, fiziki və ruhani cəhətdən çiçəklənməyimizdə Müqəddəs Yazıların rəhbərliyinə riayət etdiyimizin rolu daha böyükdür.

18. Əsasən nəyin qeydinə qalmalıyıq və sağlamlığa dair hansı peyğəmbərliyin yerinə yetməsini səbirsizliklə gözləyirik?

18 Ən vacibi isə, ruhani sağlamlığımızın qeydinə qalmalı və səmavi Atamızla dəyərli münasibətlərimizi möhkəmləndirməliyik. O, «indiki və gələcək həyat»ın, yəni vəd etdiyi yeni dünyadakı həyatın Mənbəyidir (1 Tim. 4:8; Məz. 36:9). Günahlarımız İsanın fidiyə qurbanlığı əsasında bağışlanacağı üçün, Cənnətdə həm ruhani, həm də fiziki cəhətdən tam sağlam olacağıq. Allahın Quzusu olan İsa Məsih bizi «həyat sularının qaynaqlarına aparacaq» və Allah gözlərimizdən hər yaşı siləcəkdir (Vəhy 7:14-17; 22:1, 2). Nəhayət, bu heyranedici peyğəmbərliyin yerinə yetdiyini görəcəyik: ‘Heç bir sakin “xəstəyəm” deməyəcək’ (Yeşaya 33:24).

19. Allahın aydın prinsiplərinə əsasən sağlamlığımızın qeydinə qalırıqsa, nəyə əmin ola bilərik?

19 Biz xilasımızın yaxın olduğuna əminik və Yehovanın bəşəriyyəti xəstəliklərdən və ölümdən qurtaracağı vaxtı səbirsizliklə gözləyirik. Müqəddəs Kitab bizi əmin edir ki, sevən Atamız ağrı-acılara tab gətirməyimizə kömək edəcək, çünki O ‘qayğımıza qalır’ (1 Pet. 5:7). Beləliklə, gəlin sağlamlığımızın qeydinə qalaq, amma bunu həmişə Allahın Kəlamının aydın rəhbərliyinə uyğun edək!

[Haşiyə]

a Belə məqalələrdən bəziləri «Gözətçi Qülləsi»nin 2003-cü il 1 noyabr sayının 29-cu səhifəsindəki çərçivədə sadalanır.

Təkrar üçün suallar

• İnsanların xəstələnməsinin səbəbkarı kimdir və bizi günahın pəncəsindən kim azad edəcək?

• Sağlamlığımız haqda düşünməyimiz təbii olsa da, nəyə yol verməməliyik?

• Nəyə görə müalicə üsulu seçimimiz Yehova üçün əhəmiyyətsiz deyil?

• Sağlamlığa dair Müqəddəs Kitab prinsiplərinə riayət etməyimiz bizə hansı faydanı gətirir?

[23-cü səhifədəki şəkil]

İnsan xəstələnmək və qocalmaq üçün yaradılmamışdı

[25-ci səhifədəki şəkil]

Xəstəliklərə baxmayaraq, Yehovanın xalqı xidmətdən sevinc duyur

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş