Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  2 s. 12
  • 9. Şəxsiyyət

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 9. Şəxsiyyət
  • Oyanın! 2018
  • Başlıqlar
  • Oxşar material
  • MƏNASI
  • ZƏRURƏTİ
  • TƏTBİQİ
  • Mən kiməm?
    Gənclərin 10 sualına cavab
  • Məsihçi olduğunu heç zaman unutma
    Gözətçi qülləsi 2005
  • Məsihçi olmağınla fəxr et!
    Gözətçi qülləsi 2005
  • Uşaqların mənəvi dəyərləri olmalıdır
    Oyanın! 2019
Əlavə
Oyanın! 2018
g18 №  2 s. 12

GƏNCLƏR ÜÇÜN

9. Şəxsiyyət

MƏNASI

Şəxsiyyətiniz yalnız adınız və görkəminiz deyil, həmçinin dəyərlərinizin, etiqadınızın və xarakteristikanızın məcmusudur. Əslində, şəxsiyyətiniz istər daxildən, istərsə də xaricdən sizi «siz» edən hər şeydir.

ZƏRURƏTİ

Əgər güclü şəxsiyyətə maliksinizsə, yaşıdlarınızın sizi idarə etməsinə yol verməyəcək, əksinə, inandığınız şeyləri müdafiə edəcəksiniz.

«İnsanların əksəriyyəti mağaza vitrinindəki manekenlər kimidir. Geyinəcəkləri paltarı özləri yox, başqaları seçir» (Adrian).

«Çətin məqamlarda belə, doğrunun tərəfində durmağı öyrənmişəm. Əsl dostlarımı onların davranışı və onların çevrəsində öz davranışım sayəsində ayırd edə bilirəm» (Kortni).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Bu zəmanəyə uyğunlaşmayın. Əksinə, düşüncənizi yeniləşdirərək büsbütün dəyişin» (Romalılara 12:2).

TƏTBİQİ

Güclü cəhətlərinizi, zəif cəhətlərinizi və etiqadınızı təhlil etməklə kim olduğunuz və kim olmaq istədiyiniz barədə düşünün. Buna aşağıdakı sualları cavablandırmaqla başlamaq olar.

Güclü cəhətləriniz: Hansı istedad və bacarıqlarım var? Güclü yönlərim hansılardır? (Məsələn: Punktualam? Özümə hakim ola bilirəm? Çalışqanam? Səxavətliyəm?) Nə kimi yaxşı işlər edirəm?

MƏSLƏHƏT: Özünüzdəki müsbət yönləri müəyyən etmək sizə çətindirsə, valideyninizdən və ya etibarlı dostunuzdan xahiş edin ki, sizdə gördüyü güclü cəhətləri və nəyə görə belə düşündüyünü desin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Qoy hər kəs öz əməllərini yoxlasın, onda özünü başqası ilə müqayisə etmədən öz əməllərinə görə sevinə biləcək» (Qalatiyalılara 6:4).

Zəif cəhətləriniz: Şəxsiyyətimin hansı yönləri üzərində daha çox işləməliyəm? Xüsusilə nə vaxt yanlış şeylərə meyilli oluram? Daha çox hansı sahələrdə özümə hakim olmalıyam?

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Əgər: “Bizdə günah yoxdur”, — deyiriksə, onda özümüzü aldadırıq» (1 Yəhya 1:8).

Etiqadınız: Hansı mənəvi normativlərə riayət edirəm və nəyə görə? Allaha inanıram? Məni Onun varlığına əmin edən nədir? Hansı hərəkətləri ədalətsiz hesab edirəm və nəyə görə? Gələcəklə bağlı nəyə inanıram?

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Düşüncə səni qoruyar, bəsirət səni hifz edər» (Məsəllər 2:11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş