Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  2 s. 11
  • 8. Örnək

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 8. Örnək
  • Oyanın! 2018
  • Başlıqlar
  • Oxşar material
  • MƏNASI
  • ZƏRURƏTİ
  • TƏTBİQİ
  • Uşaqların tərbiyəsində Müqəddəs Kitab kömək edə bilərmi?
    Gözətçi qülləsi 2004
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
  • Uşaqlara Allah haqqında həqiqəti necə öyrətməli? Ən yaxşı üsullar hansılardır?
    Gözətçi qülləsi 2011
  • Valideynlər, uşaqlarınızı məhəbbətlə tərbiyə edin
    Gözətçi qülləsi 2007
Əlavə
Oyanın! 2018
g18 №  2 s. 11

VALİDEYNLƏR ÜÇÜN

8. Örnək

MƏNASI

Örnək qoyan valideynlər öyrətdiklərinə uyğun yaşayır. Məsələn, qapıya gələn insanla danışmaq istəməyəndə, uşağınız «de ki, evdə deyiləm»,— dediyinizi eşidibsə, ondan dürüst olmağı gözləməyin.

«Belə bir deyim var: “Etdiyim kimi yox, dediyim kimi et”. Amma bu deyim uşaqlar üçün keçərli deyil. Onlar süngər kimi dediyimiz və etdiyimiz hər şeyi özlərinə çəkirlər, öyrətdiklərimizə uyğun davranmasaq, bunu mütləq bizə deyəcəklər» (Deyvid).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «“Oğurlama” deyə təbliğ edib niyə özün oğurluq edirsən?» (Romalılara 2:21).

ZƏRURƏTİ

Valideynlər öz övladlarına başqalarından, hətta yaşıdlarından daha çox təsir edir. Buna görə də siz öyrətdiklərinizə uyğun davranmalısınız, çünki uşaqlarınıza düzgün yol göstərməkdə əsas yeri siz tutursunuz.

«Uşağa bir şeyi yüz dəfə deyirik eşitmir. Amma özümüz dediyimizi bir dəfə etməyən kimi, o dəqiqə üzümüzə vurur. Uşaqlar etdiyimiz hər şeyə, hətta ağlımıza gəlməyən şeylərə də diqqət yetirirlər» (Nikol).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Yuxarıdan nazil olan hikmət... riyakarlıqdan uzaqdır» (Yaqub 3:17).

TƏTBİQİ

Meyarlarınızı gözdən keçirin. Siz hansı növ əyləncələrə meyillisiniz? Həyat yoldaşınız və uşaqlarınızla necə rəftar edirsiniz? Kimlərlə dostluq edirsiniz? Başqalarına qarşı diqqətcilsinizmi? Xülasə, uşağınızda görmək istədiyiniz keyfiyyətlər sizdə var?

«Ərimlə mən uşaqlarımızdan özümüzün riayət etmədiyimiz meyarlara riayət etmələrini gözləmirik» (Kristin).

Səhvlərinizə görə üzr istəyin. Onsuz da uşaqlarınız kamil olmadığınızı bilir. Səhviniz olanda həyat yoldaşınıza və uşaqlarınıza «üzr istəyirəm» deməklə, təvazökarlıq və dürüstlük sahəsində nümunə qoyacaqsınız.

«Gərək uşaqlarımız səhvlərimizi etiraf etdiyimizi və bu səhvlərə görə üzr istədiyimizi eşitsinlər. Əks halda, onlar səhvlərini ört-basdır etməyi öyrənəcəklər» (Robin).

«Biz valideynlərin uşaqlarımıza çox böyük təsiri var. Onlar etdiklərimizi həmişə gördükləri üçün qoyduğumuz örnək ən böyük təsir vasitəmizdir. Qoyduğumuz nümunə sanki daima açıq olan bir kitab, daima öyrənilməli olan bir dərsdir» (Uendel).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş