Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  2 s. 10
  • 7. Dəyərlər

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 7. Dəyərlər
  • Oyanın! 2018
  • Başlıqlar
  • Oxşar material
  • MƏNASI
  • ZƏRURƏTİ
  • TƏTBİQİ
  • Uşaqların mənəvi dəyərləri olmalıdır
    Oyanın! 2019
  • Uşaqlarınıza əxlaq dəyərlərini aşılayın
    Gözətçi qülləsi 2011
  • İnsanlar nəyin əsasında qərar verir?
    Gözətçi qülləsi (kütləvi) 2024
Oyanın! 2018
g18 №  2 s. 10

VALİDEYNLƏR ÜÇÜN

7. Dəyərlər

MƏNASI

Dəyərlər yaşamaq üçün seçdiyiniz şəxsi normativlərdir. Misal üçün, əgər hər sahədə dürüst olmağa can atırsınızsa, onda çox güman ki, bu mənəvi dəyəri uşaqlarınıza da aşılamaq istəyəcəksiniz.

Dəyərlərə etik normativlər də daxildir. Məsələn, yüksək etikalı insan çalışqandır, dürüstdür və başqalarına qarşı diqqətcildir. Bunlar insanı hələ uşaq ikən formalaşdıran ən yaxşı xüsusiyyətlərdir.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (Məsəllər 22:6).

ZƏRURƏTİ

Texnologiya əsrində əxlaqi dəyərlər zəruridir. Karin adlı bir ana deyir: «Pis səhnələr istənilən vaxt istənilən mobil cihazda peyda ola bilər. Elə ola bilər ki, uşaqlarımız həmin səhnələrə düz yanımızda oturub baxsın».

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Yetkin adam... ağlını daima işlətməklə onu yaxşını pisdən ayırmağa öyrəşdirib» (İbranilərə 5:14).

Etik dəyərlər də zəruridir. Buna «çox sağ ol», «zəhmət olmasa» kimi nəzakətli sözlər ifadə etmək, həmçinin bu gün nadir hallarda rast gəlinən başqalarına görə narahat olduğunu göstərmək daxildir. Çünki insanlar bir-birlərindən daha çox elektron cihazlarla maraqlanırlar.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin» (Luka 6:31).

TƏTBİQİ

Əxlaqi dəyərlərinizi aydın bildirin. Misal üçün, tədqiqatlar göstərir ki, nikahdan öncə cinsi əlaqənin yanlış hərəkət olduğu haqda yeniyetmələrə açıq-aydın məlumat verilirsə, əksər hallarda onlar bundan uzaq dururlar.

MƏSLƏHƏT. Dəyərlər haqqında söhbətə başlamaq üçün olmuş bir hadisədən istifadə edin. Məsələn, əgər xəbərlərdə hər hansı bir nifrət cinayəti haqda məlumat verilirsə, deyə bilərsiniz: «Bəzi insanların başqalarına qarşı olan qəzəbini bu yolla göstərməsi olduqca dəhşətlidir. Səncə, onlar bu həddə necə çatıblar?»

«Əgər uşaqlar nəyin doğru, nəyin yanlış olduğunu bilmirlərsə, onda doğrunu yanlışdan ayırd etmək onlara çox çətin olur» (Brandon).

Etik dəyərləri öyrədin. Hətta kiçik yaşlı uşaqlar belə «zəhmət olmasa», «çox sağ ol» deməyi və başqalarına qarşı diqqətcil olmağı öyrənə bilər. Bir kitabda deyilir: «Uşaqlar dünyanın yalnız özlərindən ibarət olmadığını, ailənin, məktəbin, cəmiyyətin bir hissəsi olduqlarını nə qədər yaxşı başa düşsələr, onda yalnız özlərinin yox, hər kəsin rifahı üçün xeyirxah işlər görmək onlara bir o qədər asan olacaq» («Parenting Without Borders»).

MƏSLƏHƏT. Uşaqlarınıza ev işləri tapşırın. Bunun sayəsində onlar başqalarına xidmət etməyi öyrənəcəklər.

«Uşaqlarımız indidən ev işlərini görməyə alışsalar, öz həyatlarını quran zaman bu onlara çətin gəlməyəcək. Məsuliyyətlərinə ciddi yanaşmaq həyatlarının bir hissəsi olacaq» (Tara).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş