Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g18 №  2 s. 13
  • 10. Etibar

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 10. Etibar
  • Oyanın! 2018
  • Başlıqlar
  • Oxşar material
  • MƏNASI
  • ZƏRURƏTİ
  • TƏTBİQİ
  • Valideynlərimin etibarını necə qazana bilərəm?
    Gənclərin sualları
  • E’tibar etmədən xoşbəxt olmaq mümkün deyil
    Gözətçi qülləsi 2004
  • Daha çox sərbəstliyi necə əldə edə bilərəm?
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Dindaşlarınıza etibar edin
    Gözətçi qülləsi 2022
Əlavə
Oyanın! 2018
g18 №  2 s. 13

GƏNCLƏR ÜÇÜN

10. Etibar

MƏNASI

Etibarlı insanlar valideynlərinin, dostlarının və müdirinin etimadını qazanır. Onlar qaydalara riayət edir, sözlərinin üstündə durur və həmişə düz danışır.

ZƏRURƏTİ

Demək olar ki, hər məsələdə valideynlərinizin sizə sərbəstlik verməsi sizin nə dərəcədə etibaralayiq olduğunuzu sübut etməyinizdən asılıdır.

«Valideynlərinizin etibarını qazanmağın ən yaxşı yolu nəinki onlar yanınızda olanda, hətta olmayanda belə yetkin və məsuliyyətli olduğunuzu göstərməkdir» (Serai).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Özünüzü sınayın» (2 Korinflilərə 13:5).

TƏTBİQİ

Daha çox etibar qazanmaq və ya itirdiyiniz etibarı geri qaytarmaq istəyirsinizsə, aşağıdakı addımlar sizə kömək edə bilər.

Dürüst olun. Yalan danışmaq qədər etibarı sarsıdan ikinci bir şey yoxdur. Dürüst olsanız və etdiyiniz səhvləri gizlətməsəniz, başqalarının etibarını qazanacaqsınız.

«Hər şey yaxşı gedəndə dürüst olmaq asandır. Lakin sonda “pis insan” kimi qələmə veriləcəyiniz məsələlərdə dürüst olsanız, insanlar sizə daha çox etibar edəcəklər» (Keyman).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Hər sahədə dürüst olmaq istəyirik» (İbranilərə 13:18).

Güvənilən olun. ABŞ-da keçirilən bir sorğuda insan resursları mütəxəssislərinin 78 faizi bildirdi ki, güvənc «giriş səviyyəli vəzifələr üçün ən vacib üç bacarıqdan biridir». İndidən güvənilən olmağı öyrənsəniz, böyüyəndə də faydasını görəcəksiniz.

«Məsuliyyətli olanda və valideynlərimin xatırlatması olmadan ev işlərimi görəndə bu onların nəzərindən qaçmır. Mən belə davranmağa çalışdıqca, valideynlərim mənə daha çox etibar edir» (Sara).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Mənə qulaq asacağına [güvənirəm]... və əminəm ki, dediyimdən də artığını edəcəksən» (Filimona 21).

Səbirli olun. Tez nəzərə çarpan fiziki inkişafdan fərqli olaraq, emosional və mənəvi inkişafı görmək üçün insanlara vaxt lazımdır.

«Valideynlərinizin və başqalarının etibarını bir dəfəyə qazana bilməzsiniz. Bunun üçün məsuliyyətlərinizi həmişə icra etməlisiniz» (Brandon).

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Səbri geyinin» (Koloslulara 3:12).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş