Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g19 №  2 s. 12—13
  • Böyük nəsihəti

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Böyük nəsihəti
  • Oyanın! 2019
  • Başlıqlar
  • Oxşar material
  • BÖYÜK NƏSİHƏTİ NƏ DEMƏKDİR?
  • BÖYÜK NƏSİHƏTİ NƏ ÜÇÜN VACİBDİR?
  • NƏSİHƏTİ NECƏ VERMƏLİ?
  • Həyat yolunda övladınıza bələdçi olun
    Ailələrə komək
  • Tərbiyəyə aid e’tibarlı məsləhətlər
    Gözətçi qülləsi 2006
  • Əlavələr. Valideynlərin sualları
    Gənclərin sualları. Praktiki məsləhətlər. Cild 1
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
Əlavə
Oyanın! 2019
g19 №  2 s. 12—13
Qadın qıza özünün köhnə şəklini göstərir

QAYDA 5

Böyük nəsihəti

BÖYÜK NƏSİHƏTİ NƏ DEMƏKDİR?

Böyüklər uşaqlara yol göstərməli, onlara məsləhət verməlidir. Uşaqlar buna möhtacdır. Bir valideyn kimi bunu sizdən yaxşı heç kim edə bilməz. Əslinə qalsa, bu sizin məsuliyyətinizdir. Lakin başqa böyüklər də övladınıza kömək edib, məsləhət verə bilər.

BÖYÜK NƏSİHƏTİ NƏ ÜÇÜN VACİBDİR?

Bir çox ölkələrdə uşaqlar böyüklərlə çox az vaxt keçirir. Məsələn,..

  • Uşaqlar günün çoxunu məktəbdə keçirir, orada isə şagirdlərin sayı müəllimlərdən və digər böyüklərdən qat-qat çoxdur.

  • Bəzi uşaqlar məktəbdən qayıdanda evdə tək olurlar, çünki valideynlərin ikisi də işləyir.

  • Bir araşdırmaya əsasən, Birləşmiş Ştatlarda 8—12 yaş arası uşaqlar hər gün orta hesabla altı saat elektron cihazlarla vaxt keçirirləra.

Bir kitabda deyilir: «Uşaqlar öyüd-nəsihət, məsləhət üçün analarına, atalarına, müəllimlərinə və başqa böyüklərə yox,.. öz yaşıdlarına üz tuturlar» («Hold On to Your Kids»).

NƏSİHƏTİ NECƏ VERMƏLİ?

Övladlarınızla vaxt keçirin.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Uşağa düzgün yolu öyrət, qocalanda da o yoldan çıxmaz» (Məsəllər 22:6).

Uşaqlar sövqi-təbii olaraq valideynlərindən məsləhət gözləyirlər. Bəzi mütəxəssislərin fikrincə, uşaqlar, hətta yeniyetməlik dövrünə daxil olanda da valideynlərinin məsləhətini yaşıdlarının məsləhətindən üstün tuturlar. Doktor Lorens Stainberq «Siz və övladınız» adlı kitabda yazır: «Valideynlər yeniyetməlik və gənclik dövründə insanın əhvali-ruhiyyəsinə və davranışına təsir göstərən ən böyük qüvvə olaraq qalırlar». O həmçinin əlavə edir: «Yeniyetmələr həmişə dediyinizi qəbul etməsə də, yaxud hər sözünüzlə razılaşmasa da, sizin fikrinizi bilmək istəyirlər və dediyinizə qulaq asırlar» («You and Your Adolescent»).

Övladınız sizdən məsləhət gözlədiyi üçün bu fürsəti əldən verməyin. Onunla vaxt keçirin, fikrinizi, dəyərlərinizi və təcrübənizi onunla bölüşün.

Başqalarının köməyindən yararlanın.

MÜQƏDDƏS KİTAB PRİNSİPİ: «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

Bəlkə, elə bir adam tanıyırsınız ki, övladınız üçün yaxşı örnək ola bilər. Onda övladınızın həmin adamla vaxt keçirməsi üçün şərait yarada bilərsiniz. Əlbəttə ki, bu sizi valideyn məsuliyyətindən azad etməyəcək. Uşağın tərbiyəsilə siz məşğul olmalısınız. Lakin etibar etdiyiniz, övladınıza zərər yetirməyəcəyini bildiyiniz başqa bir böyük adam da övladınıza kömək edə bilər. Müqəddəs Kitabdan oxuyuruq ki, Timuti artıq yetkin insan olsa da, həvari Bulusla ünsiyyəti ona çox böyük fayda gətirmişdi. Timutinin dostluğunun Bulusa da köməyi dəymişdi (Filippililərə 2:20, 22).

Bu gün bir çox ailələr qohum-əqrəbadan uzaq yaşayır, məsələn, bəzən nənə-baba, əmilər, dayılar, xalalar, bibilər və digər qohumlar başqa ölkədə yaşayırlar. Əgər sizin də ailənizdə belədirsə, onda baxın görün yeniyetmə övladınızda görmək istədiyiniz keyfiyyətlər kimdə var və övladınız üçün onlarla ünsiyyət etməyə şərait yaradın.

a Bu araşdırmaya əsasən, yeniyetmələr elektron cihazlarla gündə orta hesabla doqquz saat vaxt keçirir. Uşaqlar və yeniyetmələrlə bağlı bu statistikaya məktəbdə, yaxud ev tapşırığını edərkən internetdə keçirdikləri vaxt daxil deyil.

Qadın qıza özünün köhnə şəklini göstərir

İNDİDƏN ÖYRƏDİN

Məsləhət üçün böyüklərə üz tutan uşaq gələcəkdə, çox güman ki, ağıllı və yetkin insan olacaq

Nümunənizlə öyrədin

  • Övladım üçün yaxşı nümunəyəm?

  • Övladım mənim daha təcrübəli adamlardan məsləhət aldığımı görür?

  • Övladımla vaxt keçirərək onun mənim üçün önəmli olduğunu göstərirəm?

Biz nə edirdik?

«Bəzən əlimdə iş gördüyüm vaxt qızım yaxınlaşıb danışmaq istəyirdi. Mən həmişə ona qulaq asırdım. Uzaqbaşı deyirdim ki, bir-iki dəqiqə gözləsin, fikrim yayınmadan onu dinləyə bilim. Həmçinin arvadımla çalışırdıq ona yaxşı nümunə olaq ki, öyrətdiyimiz şeylərə özümüzün də əməl etdiyimizi görsün» (Deyvid).

«Qızımız dünyaya gələndə yoldaşımla qərara gəldik ki, mən işləməyim, evdə qalıb ona baxım. Bu qərara görə qətiyyən peşman deyiləm. Uşağın yanında nə qədər çox olsan, o qədər yaxşıdır. Belə olanda, uşağa yaxşı tərbiyə, düzgün istiqamət vermək olur. Ən əsası isə uşağın yanında olmaqla göstərirsən ki, o sənin üçün önəmlidir» (Liza).

BÖYÜKLƏRLƏ ÜNSİYYƏTİN FAYDASI

«Mənim övladlarım yaşı və maraq dairəsi müxtəlif olan yetkin insanların arasında böyüyür. Bu onlara kömək edir ki, həyata başqalarının gözü ilə baxsınlar. Məsələn, mənim nənəm onlara danışmışdı ki, o, balaca olanda ilk dəfə evlərinə işıq çəkdirən onların ailəsi olub. O vaxt başqa yerlərdən adamlar onların evinə gəlib mətbəxdə yığışıblarmış ki, işığın yanıb-sönməsinə baxsınlar. Uşaqlar bunu eşidəndə heyrətə gəlmişdilər və əvvəllər həyatın nə qədər fərqli olduğunu başa düşmüşdülər. Qoca nənələrindən bu kimi əhvalatları eşitdikcə, həm ona, həm də başqa qocalara daha da hörmətlə yanaşırlar. Uşaqlar vaxtlarının çoxunu yaşıdları ilə yox, böyüklərlə keçirəndə həyata başqa gözlə baxırlar» (Maranda).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş