Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwhf məqalə 9
  • Həyat yolunda övladınıza bələdçi olun

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Həyat yolunda övladınıza bələdçi olun
  • Ailələrə komək
  • Başlıqlar
  • Oxşar material
  • Nəyi bilməlisiniz?
  • Siz nə edə bilərsiniz?
  • Böyük nəsihəti
    Oyanın! 2019
  • Övladlarınıza Allah sevgisi aşılayın
    Gözətçi qülləsi 2022
  • Uşağı körpəlikdən tərbiyə edin
    Ailə xoşbəxtliyinin sirri
  • Uşaqların tərbiyəsində Müqəddəs Kitab kömək edə bilərmi?
    Gözətçi qülləsi 2004
Əlavə
Ailələrə komək
ijwhf məqalə 9
Ata oğlu ilə danışır

AİLƏLƏRƏ KÖMƏK | VALİDEYNLİK BORCU

Həyat yolunda övladınıza bələdçi olun

  • Nəyi bilməlisiniz?

  • Siz nə edə bilərsiniz?

  • Başqa valideynlər nə deyir?

Nəyi bilməlisiniz?

mədəniyyətlərdə uşaqların valideynlərilə münasibətləri sıx olur və uşaqlar həmişə məsləhət üçün valideynlərinə üz tuturlar. Digər mədəniyyətlərdə isə uşaqlar adətən öz yaşıdları ilə məsləhətləşirlər.

Belə olan halda, valideynin səlahiyyəti qüvvədən düşür. Belə uşaqlar yeniyetməlik yaşına çatanda valideynin onlara gücü çatmır. Bu, təəccüblü deyil. Uşaqlar bütün gününü bir yerdə olanda, sanki onları böyüdən valideynləri olmur, uşaqlar özləri bir-birini böyüdürlər.

Nəyə görə uşaqlar belə asanlıqla yaşıdlarına bağlanır, valideynlərindən isə uzaqlaşırlar? Bunun bir neçə səbəbi var.

  • Məktəb. Uşaqlar vaxtlarının çoxunu başqa uşaqlarla keçirəndə onlara bağlanırlar və valideynlərindən çox, yaşıdlarının rəğbətini qazanmaq istəyirlər. Yeniyetməlik dövrünə qədəm qoyanda isə bu istək daha da güclənir.

    Oğlan əl edib, məktəb yoldaşları ilə sağollaşır

    Uşaqlar məktəb yoldaşlarından çox, valideynlərini razı salmağa çalışmalıdırlar

  • Valideynlə az vaxt keçirmək. Bir çox ailələrdə uşaqlar məktəbdən evə qayıdanda evdə heç kim olmur. Çünki valideynləri işdə olur.

  • Yeniyetməlik. Uşaqlar yeniyetməlik yaşına çatanda yeniyetməliyin özünəməxsus qayda-qanunlarına, o cümlədən geyim, danışıq və davranış tərzinə uyğunlaşmağa çalışırlar. Yaşıdlarının onlar barədə fikirləri valideynlərinin fikrindən daha vacib olur.

  • Marketinq. Biznes aləmi bir çox məhsullarını və əyləncə növlərini sırf gənclər üçün istehsal edir. Beləliklə də, valideynlərlə övladlar arasındakı uçurum daha da böyüyür. Doktor Robert Epştayn yazır: «Yeniyetməlik dəbi yox olsaydı, milyonlarla dollarlıq sənayelərin çoxu dərhal iflasa uğrayardı»a.

Siz nə edə bilərsiniz?

  • Övladınızla münasibətlərinizi sıx saxlayın.

    Müqəddəs Kitabda deyilir: «Bu gün sənə əmr etdiyim sözlər ürəyinə həkk olub qalsın, onları övladına aşıla, evdə oturanda, yol gedəndə, yatanda, duranda onlardan danış» (Qanunun təkrarı 6:6, 7).

    Yaşıdlardan dost olar, amma onlar heç vaxt valideynin yerini tutmamalıdır. Sizə bir şad xəbər var: mütəxəssislər deyir ki, uşaqların və yeniyetmələrin əksəriyyəti valideynlərinə hörmət edir və onları razı salmaq istəyir. Əgər övladlarınızla münasibətlərinizi sıx saxlasanız, onlara yaşıdlarından çox təsir göstərə biləcəksiniz.

    Ata oğlu ilə parkda, kompüter arxasında və maşını təmir edərkən vaxt keçirir

    «Övladlarınızla vaxt keçirməlisiniz. Gündəlik işləri, məsələn, xörək bişirməyi, ev yığışdırmağı, hətta dərslərini onlarla birlikdə edin. Bir yerdə əylənin, oyunlar oynayın, filmə və televizora baxın. Düşünməyin ki, sadəcə bir-iki saat birlikdə dolğun vaxt keçirmək kifayət edir. Uşaqlarla lazımi qədər vaxt keçirməsəniz, sıx münasibət yarada bilməyəcəksiniz!» (Loreyn).

  • Qoy övladınız təkcə yaşıdları ilə dostluq etməsin.

    Müqəddəs Kitabda deyilir: «Axmaqlıq uşağın ürəyində kök salar» (Məsəllər 22:15).

    Bəzi valideynlər görəndə ki, uşaqlarının çoxlu dostu var, rahat olurlar. Amma diqqətli olun. İlk baxışdan elə gələ bilər ki, uşaq yaşıdları ilə dostluq edirsə, deməli, başqaları ilə yaxşı yola getməyi bacarır. Amma yetkin olmaq üçün uşaq müxtəlif yaşlı insanlarla dostluq etməlidir. Yaşıdlar uşağa lazımi məsləhəti, öyüd-nəsihəti verə bilməzlər. Bunu yalnız valideyn edə bilər.

    «Düzdür, uşağın yaşıdları müəyyən şeyləri yaxşı bilir. Amma onların təcrübəsi, bilik və bacarığı yoxdur ki, başqa gənclərə düzgün qərarlar verməyə kömək etsinlər. Gənclər valideynlərinin məsləhəti ilə oturub-duranda öz yaşlarına müvafiq olaraq böyüyüb, yetkinləşirlər» (Nadia).

  • Örnək olun.

    Müqəddəs Kitabda deyilir: «Hikmətli ilə oturub-duran hikmətli olar» (Məsəllər 13:20).

    Övladlarınız böyüsələr də, sizinlə vaxt keçirməyin onlara böyük xeyri var. Onlar üçün yaxşı nümunə olun.

    «Uşaqlar üçün ən vacib nümunə valideyndir. Uşaqlara valideynlərini sevməyi, onlara hörmət etməyi öyrədəndə böyüyəndə valideynləri kimi olmaq istəyəcəklər» (Ketrin).

Başqa valideynlər nə deyir?

Vendel və həyat yoldaşı Syuzan

«Gənclər çox vaxt öz məhdud təcrübələrinə əsaslanaraq qərar verirlər. Bu isə onların başına bəla aça bilər. Ancaq valideynin köməyi ilə məsələyə daha geniş baxmağı öyrənib, düzgün qərarlar verə bilərlər» (Vendel və həyat yoldaşı Syuzan).

Kortni və həyat yoldaşı Erik

«Hətta sizin xoşunuza gəlməsə də, uşaqlarınız üçün maraqlı olan şeylər edin. Göstərin ki, onlarla birgə olmaq sizə xoşdur. Onların etibarını qazanın, onlara nümunə olun. Uşaqlar hiss etməlidirlər ki, siz onların yaxşılığını istəyirsiniz» (Kortni və həyat yoldaşı Erik).

Xülasə: Həyat yolunda övladınıza bələdçi olun

  • Övladınızla münasibətlərinizi sıx saxlayın.

    Yaşıdlardan dost olar, amma onlar heç vaxt valideynin yerini tutmamalıdır.

  • Qoy övladınız təkcə yaşıdları ilə dostluq etməsin.

    İlk baxışdan elə gələ bilər ki, uşaq yaşıdları ilə dostluq edirsə, deməli, başqaları ilə yaxşı yola getməyi bacarır. Amma yetkin olmaq üçün uşaq müxtəlif yaşlı insanlarla dostluq etməlidir. Həmçinin yaşıdlar uşağa lazımi məsləhəti, öyüd-nəsihəti verə bilməzlər. Bunu yalnız valideyn edə bilər.

  • Örnək olun. Övladlarınız böyüsələr də, sizinlə vaxt keçirməyin onlara böyük xeyri var.

a «Teen 2.0—Saving Our Children and Families From the Torment of Adolescence» adlı kitabdan.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş