Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  2 s. 8—9
  • Müqəssir özümüzük?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəssir özümüzük?
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Bunu bilmək nəyə görə vacibdir?
  • Düşünün
  • Müqəddəs Kitabda deyilir
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Mündəricat
    Oyanın! 2020
  • İnsan əzab çəkmək üçün yaranıb?
    Oyanın! 2020
  • Əzab-əziyyət
    Oyanın! 2015
Əlavə
Oyanın! 2020
g20 №  2 s. 8—9
Kişi qonaq otağında əyləşib, bir əlində ağzı açılmış pivə şüşəsi, o biri əlində siqaret var.

2. Müqəssir özümüzük?

Bunu bilmək nəyə görə vacibdir?

Əgər özümüzüksə, deməli, əzabları azaltmaq bizim gücümüz daxilində olmalıdır.

Düşünün

Əzablara səbəb olan aşağıdakı hallara görə məgər insanlar məsuliyyət daşımır?

  • Zorakılığı təmsil edən yumruq

    Zorakılıq.

    Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, hər dörd nəfərdən biri uşaq vaxtı fiziki zorakılığa, hər üç qadından biri isə fiziki və ya cinsi zorakılığa (yaxud hər ikisinə) məruz qalır.

  • Qəbirstanlığı təmsil edən başdaşları

    Doğma insanın ölümü.

    Ümumdünya Səhiyyə Təşkilatının dərc etdiyi «Ümumdünya Səhiyyə Statistikası 2018»də deyilir ki, «hesablamalara görə, 2016-cı ildə bütün dünyada 477 000 qətl hadisəsi baş verib». Bundan əlavə, həmin il müharibələrdə və iğtişaşlarda 180 000 insan həyatını itirdiyi təxmin edilir.

  • Sağlamlıq problemlərini təmsil edən kardioqramma xətləri

    Sağlamlıq problemləri.

    Yazıçı Fran Smisin «Neşnl Ceoqrafik» jurnalında dərc edilmiş məqaləsində qeyd olunur: «Bir milyarddan çox insan siqaret çəkir. Tütün isə ölümə səbəb olan beş əsas xəstəliyin — ürək xəstəliyinin, insultun, tənəffüs yolları infeksiyalarının, ağ ciyərlərin xroniki obstruktiv xəstəliyinin və ağ ciyər xərçənginin yaranması üçün başlıca risk faktorudur».

  • Sosial bərabərsizliyi təmsil edən taraz olmayan tərəzi

    Sosial bərabərsizlik.

    Psixoloq Cey Vatsın sözlərinə görə «yoxsulluq, qeyri-bərabərlik, irqi və cinsi ayrı-seçkilik, məcburi köçkünlük və rəqabət əqli iztirabların artmasına səbəb olur».

    ƏLAVƏ MƏLUMAT

    jw.org saytında «Allah Yer kürəsini nəyə görə yaradıb?» adlı videoya baxın.

Müqəddəs Kitabda deyilir

Əvvəldə təsvir olunan kişi xəstəxanda yatır. Həkimin verdiyi pis xəbəri eşidən həyat yoldaşı üzünü çevirir.

Bir çox əzabların günahkarı insanlar özləridir.

Əzabların çoxunun səbəbkarı xalqa xidmət etdiyini iddia edən hökumətlərin əhalinin həyatını ağırlaşdırmasıdır.

«Bütün dövrlərdə insanın insana ağalıq etməsi insanın zərərinə olub» (VAİZ 8:9).

Əzabları azaltmaq mümkündür.

Müqəddəs Kitabdakı məsləhətlərə əməl etmək həm insanın sağlamlığına, həm də başqaları ilə münasibətinə müsbət təsir göstərir.

«Sakit ürək canı sağlam edər, qısqanclıq sümükləri çürüdər» (MƏSƏLLƏR 14:30 ).

«Hər cür kini, hirsi, qəzəbi, qışqırığı, təhqiri, habelə zərər gətirən hər şeyi kənara qoyun» (EFESLİLƏRƏ 4:31).

Müqəssir özümüzük?

Müqəddəs Kitabda deyilir: «İnsan nə əkərsə, onu da biçəcək» (Qalatiyalılara 6:7). Bəzən öz seçimlərimiz ucbatından əzab çəkirik. Buna görə də həkimlər insanlara faydalı qidalar qəbul etməyi, idmanla məşğul olmağı və siqaret çəkmək kimi zərərli vərdişlərdən uzaq durmağı məsləhət görür. Amma bütün iztirabların səbəbkarının insan olduğunu demək düzgün olmazdı. Bir çox insan günahsız yerə qəzaların, bədbəxt hadisələrin və digər faciələrin qurbanı olur.

Yaxşı insanlar nəyə görə əzab çəkir?

3-cü suala baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş