4. İnsan əzab çəkmək üçün yaranıb?
Bunu bilmək nəyə görə vacibdir?
Bu sualın cavabı həyata baxışımıza təsir edir.
Düşünün
Dünyada bu cür gözəlliklər yaradan Allahın bizi iztirablara təslim etməsi nə dərəcədə məntiqəuyğundur?
Dindar olmayan insanlar əzabların səbəbini ya Allahın insanları sevmədiyi ilə, ya da Onun ümumiyyətlə mövcud olmadığı ilə əlaqələndirir. Onlara görə, 1) Allah əzablara son qoymağa qadir deyil, 2) Allah iztirablarımıza laqeyd yanaşır, yaxud 3) Allah yoxdur.
Bəs bunun başqa izahı ola bilməz?
ƏLAVƏ MƏLUMAT
jw.org saytından «Müqəddəs Kitabın doğruluğuna necə əmin ola bilərik?» adlı videoya baxın.
Müqəddəs Kitabda deyilir
Allah bizi əzab çəkmək üçün yaratmayıb.
O, xoşbəxt olmağımızı istəyir.
«Onlar [insanlar] üçün ən yaxşı şey ömür boyu sevinmək və yaxşı iş görməkdir; həm də hər kəs yeyib-içməli və zəhmətindən həzz almalıdır. Bu, Allahın bəxşişidir» (VAİZ 3:12, 13).
Allah Adəmlə Həvvaya xoşbəxt ömür sürmək üçün hər şey bəxş etmişdi.
Allah istəmirdi ki, nə onlar, nə də onların gələcək nəsli əzab çəksin.
«Allah onlara xeyir-dua verərək dedi: “Törəyib çoxalın, bütün yer üzünü doldurun və ona sahib olun”» (YARADILIŞ 1:28).
Adəmlə Həvva Allahın itaətindən çıxdı.
Bunun nəticəsində həm özlərini, həm də bütün gələcək nəsillərini iztirablara mübtəla etdilər.
«Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (ROMALILARA 5:12)a.
İnsan Allahın göstərdiyi yolla getməlidir, öz bildiyi kimi yaşaya bilməz. Allah insana bu bacarığı verməyib.
İnsan suyun altında yaşamaq üçün yaradılmadığı kimi, başqalarını idarə etmək üçün də yaradılmayıb.
«Addımlarını yönəltmək insanın ixtiyarında deyil» (ƏRƏMYA 10:23).
Allah bizim əzab çəkməyimizi istəmir.
O bizim problemlərdən mümkün qədər uzaq olmağımızı istəyir.
«Kaş əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın çay kimi... olardı» (ƏŞİYA 48:18).
a Müqəddəs Kitabda «günah» sözü təkcə pis əməli yox, həm də bütün insanların irsən aldığı vəziyyəti bildirir.