Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g20 №  2 s. 10—11
  • Yaxşı insanlar nəyə görə əzab çəkir?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı insanlar nəyə görə əzab çəkir?
  • Oyanın! 2020
  • Başlıqlar
  • Oxşar material
  • Bunu bilmək nəyə görə vacibdir?
  • Düşünün
  • Müqəddəs Kitabda deyilir
  • İnsan əzab çəkmək üçün yaranıb?
    Oyanın! 2020
  • Əzab-əziyyət
    Oyanın! 2015
  • Müqəddəs Kitabın cavabı
    Gözətçi qülləsi (kütləvi) 2017
  • Mündəricat
    Oyanın! 2020
Əlavə
Oyanın! 2020
g20 №  2 s. 10—11
Valideynlər bir qolunun yarısı amputasiya olunmuş oğullarının yanında əyləşiblər.

3. Yaxşı insanlar nəyə görə əzab çəkir?

Bunu bilmək nəyə görə vacibdir?

Yaxşı insanların əzab çəkməsini ədalətsizlik kimi qəbul edirik. Həmçinin bəzən insanda elə fikir yaranır ki, yaxşı insan olmağın heç bir mənası yoxdur.

Düşünün

Bəziləri faciə baş verəndə bunu alın yazısı, taleyin işi hesab edir. Onlar düşünür ki, Allah günahkarları pis əməllərinə görə cəzalandırır. Bəzi insanlar da inanır ki, Allah yaxşı insanların imanını sınağa çəkmək üçün onlara əzab verir. Onlar deyirlər ki, «dünya sınaq dünyasıdır» və Allah sevdiyi bəndələrinə daha çox əzab çəkdirir. Gəlin düşünək:

  • Əgər həyatımız taleyin, qismətin əlindədirsə, onda nəyə görə sağlamlığımıza fikir verməliyik, pis əməllərdən çəkinməliyik?

  • Necə ola bilər ki, Allah həm insanlara əzab çəkdirərək onları sınayır, həm də bir çoxlarının dediyi kimi, xeyirxah və mərhəmətlidir?

    ƏLAVƏ MƏLUMAT

    jw.org saytından «Nə üçün Allah zülmə son qoymur?» adlı videoya baxın.

Müqəddəs Kitabda deyilir

Əzablar Allahın cəzası deyil.

Çox vaxt təsadüfən, qəza nəticəsində insanın başına bəla gəlir.

«Günəş altında bir şey də gördüm: qaçışı həmişə bərk qaçanlar udmur, döyüşdə həmişə igidlər qalib gəlmir. Çörək həmişə müdriklərə, var-dövlət həmişə ağıllılara nəsib olmur, uğuru da həmişə bilikli adam qazanmır. Çünki hamısının qabağına vaxt və təsadüf çıxır» (VAİZ 9:11).

Günahlı təbiətimiz əzablara səbəb olur.

Çox vaxt «günah» sözü kiminsə pis əməlinə aid işlənir. Müqəddəs Kitabda bu söz həmçinin hamının, həm yaxşı, həm də pis insanların irsən aldığı vəziyyəti bildirir.

«Mən təqsir içində dünyaya gəldim, anamın bətninə düşəndən məndə günah yaşayır» (ZƏBUR 51:5).

Günah insanlara böyük zərbə vurub.

İlk növbədə Yaradanla münasibətimizə xələl gətirib, həmçinin Allahın xəlq etdiyi digər xilqətlə aramızdakı ahəngi pozub. Bu isə həm ayrı-ayrı insanlara, həm də bütün bəşəriyyətə böyük iztirablar yaşadır.

«Düzgün iş görmək istəyəndə pislik artıq yanımda hazır durur» (ROMALILARA 7:21).

«Bütün xilqət indiyə kimi inildəyib əzab çəkir» (ROMALILARA 8:22).

Yaxşı insanlar nəyə görə əzab çəkir?

Əzabların çoxunun səbəbi həm yaxşı, həm də pis insanlara irsən keçən günahdır. Günah fiziki qüsurlara, əqli pozuntulara səbəb olur. Həmçinin insanlarda elə xüsusiyyətlər yaradır ki, bu da onların bir-birinə zərər yetirməsinə gətirib çıxarır.

Bəs Allahın niyyəti bu idi? Biz əzab çəkmək üçün yaradılmışıq?

4-cü suala baxın.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş