Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g21 №  3 s. 6—7
  • Canlı aləmdən nə öyrənirik?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Canlı aləmdən nə öyrənirik?
  • Oyanın! 2021
  • Oxşar material
  • İki vacib sual
    Oyanın! 2015
  • Həyat necə əmələ gəlib?
    Əlavə mövzular
  • Hüceyrələrin qruplaşmaq bacarığı
    Təkamül, yoxsa yaradılış möcüzəsi?
  • Allahın mövcud olduğunu biz necə öyrənə bilərik?
    Allah həqiqətən də bizim qeydimizə qalırmı?
Oyanın! 2021
g21 №  3 s. 6—7
Maya göbələyi hüceyrəsi.

Maya göbələyi olduqca mürəkkəbdir. Onun əsaslı struktura malik nüvəsində DNT-si var. Bundan başqa, molekulları çeşidləyən, nəql edən və bir növ yanacağa çevirən mikroskopik mexanizmlərlə təchiz olunub. Bu proseslər isə həmin hüceyrənin yaşaması üçün son dərəcə vacibdir.

Canlı aləmdən nə öyrənirik?

Canlı varlıqlar böyüyür, hərəkət edir və çoxalır. Onlar planetimizin bəzəyidir. Müasir dövrdə canlı varlıqlar barədə məlumat əvvəlki dövrlərdən qat-qat çoxdur. Bəs onları araşdırarkən həyatın başlanğıcı barədə nə öyrənirik? Gəlin bir az bu barədə danışaq.

Həyat yaradılıb. Hüceyrə «həyatın inşaat bloku» adlanır. Hüceyrələr sanki kiçik fabriklərdir. Canlının yaşaması və törəməsi üçün hər bir hüceyrə çoxlu sayda və son dərəcə mürəkkəb funksiyalar icra edir. Bu hətta ən bəsit canlılara da aiddir. Məsələn, götürək birhüceyrəli maya göbələyini. İnsan orqanizmindəki hüceyrələrlə müqayisədə maya göbələyi sadə görünə bilər. Bununla belə, o, olduqca mürəkkəbdir. Onun əsaslı struktura malik nüvəsində DNT-si var. Bundan başqa, molekulları çeşidləyən, nəql edən və bir növ yanacağa çevirən mikroskopik mexanizmlərlə təchiz olunub. Bu proseslər isə həmin hüceyrənin yaşaması üçün son dərəcə vacibdir. Qidası olmayanda hüceyrədə onun fəaliyyətini zəiflədən kimyəvi proses başlayır. Bunun sayəsində maya göbələyi sağ qalır, amma sanki yuxuya gedir. Onu yenidən xəmirə qatanda isə oyanır, yəni aktivləşir.

Alimlər insan hüceyrələrini daha yaxşı öyrənmək üçün onilliklərdir ki, maya göbələyini tədqiq edirlər. Amma hələ də başa düşmədikləri çox şey var. İsveçdə Çalmers Texnologiya Universitetində çalışan professor Ros Kinq deyir: «Biz kifayət qədər bioloq tapa bilmirik ki, heç olmasa, bəsit canlı olan maya göbələyinin fəaliyyətini başa düşmək üçün istədiyimiz təcrübələri həyata keçirək».

İndi necə düşünürsünüz? Sadə maya göbələyinin ağlasığmaz mürəkkəbliyi Yaradanın olduğuna dəlalət etmir? Belə bir canlı öz-özünə yarana bilər?

Canlı varlıq yalnız canlı varlıqdan törəyir. DNT nukleotid adlanan molekullardan təşkil olunub. Bir insan hüceyrəsində 3,2 milyard nukleotid var. Bu kimyəvi birləşmələrin əmələ gətirdiyi dəqiq kod, sxem sayəsində hüceyrə ferment və zülallar istehsal edir.

Alimlər deyirlər ki, bu nukleotidlərin təsadüf nəticəsində düzgün düzülərək DNT molekulu əmələ gətirməsi şansı 10 150-də (1 yanında 150 sıfır) 1-ə bərabərdir. Bu isə demək olar ki, qeyri-mümkündür.

Deməli, heç bir elmi təcrübə canlı varlığın təsadüf nəticəsində cansız maddədən əmələ gəldiyini sübut edə bilməyib.

İnsan ecazkar varlıqdır. İnsan digər canlılardan fərqli olaraq, elə xüsusiyyətlərə sahibdir ki, onların sayəsində həyatdan həzz ala bilir. Məsələn, insan sosial varlıqdır. İstedadlara, hisslərə malikdir. İnsan müxtəlif dadlardan, iylərdən, səslərdən, rənglərdən, gözəl mənzərələrdən zövq almağı bacarır. Gələcək üçün planlar qurur, həyatın mənasını anlamağa çalışır.

Necə düşünürsünüz? Bu xüsusiyyətlər sağ qalmaq və törəmək üçün vacib olduğuna görə insanda təkamül edib? Yoxsa bütün bunlar həyatın Yaradandan bir hədiyyə olduğunu göstərir?

Adəm — maya göbələyini öyrənən robot

Adəm təxminən kiçik furqon boyda olan robotdur. Onun dondurucusu, qolları, kameraları və dörd kompüteri var. Bu mexanizm maya göbələkləri üzərində mürəkkəb təcrübələr keçirmək üçün yaradılıb. Artıq insan köməyi olmadan uğurla bəzi təcrübələr həyata keçirib.

Alim maya göbələyini öyrənmək üçün yaradılmış Adəm adlı robotun yanında dayanıb.

Əgər sizə desəydilər ki, Adəm öz-özünə peyda olub, onun dizayneri, yaradanı olmayıb, buna inanardınız? Yəqin ki, yox. Ancaq ən bəsit canlı hüceyrə robotdan qat-qat mürəkkəb quruluşa malikdir. Əgər robotu düzəldən varsa, bəs onda canlı hüceyrələr barədə nə demək olar?

Təbiətdəki bəzi yaradılış möcüzələrini özünüz üçün kəşf edin. jw.org saytında «Təkamül, yoxsa yaradılış möcüzəsi?» rubrikasındakı məqalə və videolarla tanış olun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş