Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • g22 №  1 s. 7—9
  • 2. Dolanışığınızı təmin edin

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • 2. Dolanışığınızı təmin edin
  • Oyanın! 2022
  • Başlıqlar
  • Oxşar material
  • NƏYƏ GÖRƏ VACİBDİR?
  • Nəyi bilməlisiniz?
  • Nə edə bilərsiniz?
  • Daha az pulla necə dolanmaq olar?
    Əlavə mövzular
  • Pulu necə xərcləməli?
    Gözətçi qülləsi 2009
  • Pul məsələsini necə həll etməli?
    Xoşbəxt ailəm
  • Maddi vəziyyət
    Oyanın! 2019
Əlavə
Oyanın! 2022
g22 №  1 s. 7—9
Dülgər çəkiclə mismarı taxtaya vurur.

TƏLATÜMLÜ DÜNYADA

2 | Dolanışığınızı təmin edin

NƏYƏ GÖRƏ VACİBDİR?

İndiki zəmanədə çoxlarının çörəyi daşdan çıxır, insanlar güc-bəla ilə dolanırlar. Təəssüflər olsun ki, dünyanın bu təlatümlü halı dolanışığı daha da çətinləşdirir.

  • Bədbəxtlik baş verən ərazilərdə adətən ev pulu, ərzaqların qiyməti qalxır.

  • Böhran olanda işsizlik artır, maaşlar azalır.

  • Fəlakət baş verəndə insanların evi, biznesi, əmlakı ciddi ziyan çəkir, yaxud tamamilə alt-üst olur. Əhali yoxsullaşır.

Nəyi bilməlisiniz?

  • Pulunuzu düzgün xərcləsəniz, böhran baş verəndə dolanışığınız müəyyən qədər sabit olacaq.

  • Əgər insanın maddi vəziyyəti yaxşıdırsa, bu o demək deyil ki, həmişə belə olacaq. Məvacibiniz, yığdığınız pul, əmlakınız dəyərdən düşə bilər.

  • Elə şeylər var ki, onları pulla almaq olmur, məsələn, xoşbəxtliyi, ailə səadətini.

Nə edə bilərsiniz?

Müqəddəs Kitabda deyilir: «Yeməyimiz, paltarımız varsa, bunlara qane olacağıq» (1 Timutiyə 6:8).

Başqa sözlə, istəklərimizi cilovlamalıyıq, gündəlik tələbatlarımız ödənilirsə, buna şükür etməliyik. Xüsusən də dolanışığımız çətin olanda bu çox vacibdir.

Müqəddəs Kitabdakı bu məsləhətə əməl etmək üçün, ola bilsin, sizə qənaət etməyi öyrənmək lazım gələcək. Əgər ayağınızı yorğanınıza görə uzatmırsınızsa, onda maddi vəziyyətiniz lap pisləşəcək.

XOŞ GÜZƏRAN MÜMKÜNDÜR? Məsləhətlər

Təlatümlü vaxtlarda dolanışığınızı təmin etmək üçün növbəti addımları atın

XƏRCLƏRİ AZALDIN

  • Yaşlı qadın bostandan yerkökü yığır.

    Xərcləri azaldın

    Əgər ehtiyac yoxdursa, əşyalarınızı, geyimlərinizi yeniləməyə tələsməyin. Düşünün: «Nəqliyyatsız keçinə bilərəm? Ərzağa xərclədiyim pulu azalda bilərəm? Bəlkə, nələrisə özüm əkib-becərim?»

  • Nəsə almazdan əvvəl özünüzdən soruşun: «Buna, həqiqətən də, ehtiyacım var? Bəs almağa pulum çatır?»

  • Əgər qanunla sizə düşürsə, dövlətdən və humanitar təşkilatlardan yardım istəyin.

«Biz ailəlikcə oturub dolanışığımızı nəzərdən keçirdik. Bəzi əyləncələri ləğv etdik, digərlərinə isə ayırdığımız pulu azaltdıq. Həmçinin ucuz ərzaqlar almağa başladıq» (Qift).

BÜDCƏ YARADIN

Qadın kalkulyatordan istifadə edir və qəbzə baxıb qeydlər aparır.

Büdcə yaradın

Müqəddəs Kitabda deyilir: «Çalışqanın niyyəti uğur gətirər, tələskən ehtiyaca yuvarlanar» (Məsəllər 21:5). Büdcə qursanız, xərclərinizi nəzarətdə saxlaya biləcəksiniz və gəlirinizi aşmayacaqsınız.

  • Əvvəlcə aylıq gəlirinizi yazın.

  • Sonra ay ərzində nələrə pul xərclədiyinizi qeyd edin.

  • Daha sonra gəlirinizlə xərclərinizi müqayisə edin. Görün gəlirinizi aşmamaq üçün hansı xərcləri azaltmaq, yaxud nələrdən imtina etmək lazımdır.

«Hər ay gəlirimizin və xərclərimizin siyahısını tuturuq. Çalışırıq həm dar gün üçün, həm də gələcəkdə nəsə almaq üçün kənara pul qoyaq. Bunun sayəsində çox narahat olmuruq, çünki bilirik ki, gəlirimizi necə xərcləyəcəyik» (Karlos).

BORCA GİRMƏYİN / KƏNARA PUL QOYUN

  • Ana qızına bankaya pul atmağa kömək edir.

    Borca girməyin / kənara pul qoyun

    Borcu qaytarmaq üçün tədbir görün. Əgər mümkündürsə, ümumiyyətlə borca girməyin. Nəsə almaq istəyirsinizsə, çalışın pul yığıb alasınız.

  • Gözlənilməyən, yaxud planlaşdırdığınız xərclər üçün hər ay kənara bir az pul qoyun.

ZƏHMƏTKEŞ OLUN / İŞSİZ QALMAYIN

Müqəddəs Kitabda deyilir: «Hər zəhmətdə fayda var» (Məsəllər 14:23).

  • Dülgər çəkiclə mismarı taxtaya vurur.

    Zəhmətkeş olun / işsiz qalmayın

    İşinizə müsbət yanaşın. Hətta işiniz ürəyinizcə olmasa belə, onun sayəsində çörəkpulu qazanırsınız.

  • Zəhmətkeş, etibarlı işçi olun. Bunun sayəsində işinizi itirməyəcəksiniz, yaxud, ən azından, başqa iş tapmaq sizə asan olacaq.

«Mən nə iş oldu işləyirəm, hətta işin özü, yaxud maaşı ürəyimcə olmasa belə, işdən imtina etmirəm. İşimi vicdanla, canla-başla görürəm» (Dmitri).

İş axtarırsınızsa,..

  • Hərəkət eləyin. Hətta vakansiya elan etməyən iş yerləri ilə də əlaqə saxlayın. Dostlarınıza, doğmalarınıza iş axtardığınızı bildirin.

  • Çox da tələbkar olmayın. Tam ürəyinizcə olan işi çətin ki tapasınız.

Valideynlər övladları həyətdə oynayarkən xərclərini müzakirə edirlər.

ƏTRAFLI MƏLUMAT. «Daha az pulla necə dolanmaq olar?» adlı məqaləni oxuyun.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş