Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 6
  • Yaxşı oğul və pis oğul

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yaxşı oğul və pis oğul
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Qardaş qatili
    Müqəddəs Kitab dünyasına səyahət
  • Ölsə də, indiyədək danışır
    İman örnəkləri
  • «Habil ölsə də, imanı sayəsində indiyədək danışır»
    Gözətçi qülləsi 2013
  • Allah onların bəxşişlərindən razı qaldı
    Pak ibadət dirçəlir!
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 6
Qabil becərdiyi bəhrələrdən, Habil isə sürüsündəki qoyunlardan birini Allaha qurban gətirdi

Hekayə 6

Yaxşı oğul və pis oğul

İNDİ isə Qabil ilə Habilə bax. Onların ikisi də artıq böyüyüblər. Qabil əkinçidir. O, taxıl, meyvə-tərəvəz yetişdirir.

Habil isə çobandır. O, qoyun-quzu otarır. Quzular yavaş-yavaş böyüyürlər. Habilin artıq böyük bir sürüsü var.

Bir gün Qabil və Habil Allaha hədiyyə gətirmək istəyirlər. Qabil becərdiyi bəhrələrdən, Habil isə sürüsündə olan ən yaxşı qoyunlardan birini Allaha qurban gətirir. Yehova Habildən və onun gətirdiyi hədiyyədən çox razı qalır. Lakin Qabili və onun hədiyyəsini qəbul etmir. Bilirsən nəyə görə?

Ona görə yox ki, Habilin hədiyyəsi Qabilinkindən yaxşıdır. Sadəcə, Habil yaxşı insandır. O, Yehovanı və qardaşını sevir. Qabil isə pisdir, qardaşını sevmir.

Qabil Habili öldürəndən sonra çölə qaçdı

Bunun üçün Allah Qabilə məsləhət verir ki, qardaşına olan münasibətini dəyişsin. Amma Qabil Allaha qulaq asmır. Allah Habili daha çox bəyəndiyi üçün o, çox qəzəblənir. O, Habilə ‘gəl çölə çıxaq deyir. Orada tək olarkən, Qabil qardaşı Habili vurub öldürür. Qabil necə də pis iş görür!

Habil ölsə də, Allah onu unutmayıb. O, yaxşı insan idi və Yehova belə insanları heç vaxt yadından çıxartmır. Buna görə də, elə bir vaxt gələcək ki, Yehova Allah Habili həyata qaytaracaq. Bundan sonra Habil heç vaxt ölməyəcək. O, burada, yer üzündə əbədi yaşayacaq. Habil kimi insanlarla tanış olmaq necə də gözəl olacaq!

Lakin Allahın Qabil kimi pis insanlardan xoşu gəlmir. Qabil qardaşını öldürdüyünə görə, Allah onu ailəsindən ayırıb, uzaqlara göndərməklə cəzalandırdı. Qabil başqa əraziyə yaşamağa gedərkən, özü ilə bacılarından birini götürdü və onunla evləndi.

Sonra onların uşaqları oldu. Adəmlə Həvvanın qalan uşaqları evləndilər, onların da övladları oldu. Bir müddətdən sonra yer üzündə insanların sayı çoxaldı. Gəl onların bəziləri haqda öyrənək.

Yaradılış 4:2-26; 1 Yəhya 3:11, 12; Yəhya 11:25.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş