Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 4 s. 16—17
  • Qardaş qatili

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qardaş qatili
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Yaxşı oğul və pis oğul
    Müqəddəs Kitab hekayələri
  • Qabil kiminlə evlənmişdi?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Ölsə də, indiyədək danışır
    İman örnəkləri
  • «Habil ölsə də, imanı sayəsində indiyədək danışır»
    Gözətçi qülləsi 2013
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 4 s. 16—17
Habil Yehovaya qurban gətirəndə Qabil qəzəblənir

DƏRS 4

Qardaş qatili

Ədən bağından qovulandan sonra Adəmlə Həvvanın çoxlu uşaqları olur. Birinci oğulları Qabil əkinçiliklə məşğul olur, ikinci oğulları Habil isə çobanlıq edir.

Bir gün Qabillə Habil Yehovaya qurban gətirirlər. Bilirsən, onlar nə qurban gətirirlər? Onlar Yehovaya xüsusi hədiyyələr təqdim edirlər. Yehova Habilin qurbanından razı qalır, Qabilin qurbanından isə razı qalmır. Buna görə Qabil çox qəzəblənir. Yehova onu xəbərdar edir ki, qəzəbini boğmasa, günah işləyə bilər. Ancaq Qabil Yehovaya qulaq asmır.

Bir gün Qabil Habilə deyir: «Gəl çölə gedək». Onlar çöldə olanda Qabil qardaşını vurub öldürür. Bəs Yehova Allah nə edir? O, Qabili ailəsindən ayırıb uzaqlara göndərməklə onu cəzalandırır. Qabil bir daha geri qayıda bilmir.

Qabil çöllükdə Habilə yaxınlaşır

Biz bu hadisədən nə ibrət götürə bilərik? İşlərimiz yolunda getməyəndə qəzəblənə bilərik. İçimizdə qəzəb yarandığını hiss etsək və ya kimsə qəzəbləndiyimizi görüb bizi xəbərdar etsə, biz dərhal özümüzü ələ almalı və sakitləşməliyik.

Habil Yehovanı sevdiyi və düzgün davrandığı üçün hər zaman Yehovanın yaddaşındadır. O, yer üzünü cənnətə çevirəndə Habili dirildəcək.

«Əvvəlcə get [qardaşınla] barış, sonra gəl bəxşişini təqdim et» (Mətta 5:24)

Suallar: Adəmlə Həvvanın ilk uşaqlarının adları nədir? Qabil qardaşını niyə öldürür?

Yaradılış 4:1—12; İbranilərə 11:4; 1 Yəhya 3:11, 12

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş