Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • ijwbq məqalə 127
  • Qabil kiminlə evlənmişdi?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Qabil kiminlə evlənmişdi?
  • Müqəddəs Kitaba aid suallara cavab
  • Başlıqlar
  • Oxşar material
  • Müqəddəs Yazıların cavabı
  • Qardaş qatili
    Müqəddəs Kitab dünyasına səyahət
  • Yaxşı oğul və pis oğul
    Müqəddəs Kitab hekayələri
  • Bizim bacı-qardaşlarımız kimlərdir?
    Böyük Müəllimdən öyrən
  • Allah onların bəxşişlərindən razı qaldı
    Pak ibadət dirçəlir!
Müqəddəs Kitaba aid suallara cavab
ijwbq məqalə 127
Qabil və arvadı

Qabil kiminlə evlənmişdi?

Müqəddəs Yazıların cavabı

Adəmlə Həvvanın ilk övladı Qabil ya bacılarından, ya da yaxın qohumlarından biri ilə evlənmişdi. Müqəddəs Kitabda Qabil və ailəsi barədə yazılan məlumatdan bu qənaətə gəlmək olar.

Qabillə ailəsi haqda məlumat

  • Bütün insanlar Adəmlə Həvvadan törəyib. Allah «bütün yer üzündə məskunlaşması üçün bir insandan hər xalqı yaratdı» (Həvarilərin işləri 17:26). Adəmin arvadı Həvva Müqəddəs Kitabda «yer üzündə yaşayanların hamısının anası» adlanır (Yaradılış 3:20). Buna görə də, çox yəqin ki, Qabil Adəmlə Həvvadan törəyən bir nəfərlə evlənmişdi.

  • Qabillə Habil Adəmlə Həvvanın ilk övladları idilər (Yaradılış 4:1, 2). Qabil qardaşı Habili öldürdüyünə görə cəza alanda demişdi: «Kimin rastına çıxsam, məni tutub öldürəcək» (Yaradılış 4:14). Qabil kimləri nəzərdə tuturdu? Müqəddəs Kitabın Yaradılış bölməsində deyilir ki, Adəmin «başqa oğul və qızları da oldu» (Yaradılış 5:4). Bu ayədən belə nəticəyə gəlmək olar ki, Qabilin qorxduğu kəslər Adəmlə Həvvanın başqa övladları ola bilərdi.

  • Bəşər tarixinin ilkin dövründə yaxın qohumla ailə qurmaq qəbahət deyildi. Məsələn, İbrahim peyğəmbər ögey bacısı ilə evlənmişdi (Yaradılış 20:12). Yaxın qohumla ailə qurmaq qadağası ilk dəfə Tövratda yazılıb. Bu isə Qabilin yaşadığı dövrdən əsrlər sonraya təsadüf edir (Lavililər 18:9, 12, 13). Görünür, o vaxt yaxın qohumla ailə quranların övladları bugünkü kimi qüsurlu doğulmurdu.

  • Müqəddəs Kitabda Adəmlə Həvva və övladları haqda yazılanlar əfsanə deyil. Adəmin bütün nəsil şəcərəsi təkcə Musa peyğəmbərin qələmə aldığı Yaradılış bölməsində yox, Üzeyir peyğəmbərin və həzrəti İsanın davamçısı Lukanın yazılarında da öz əksini tapır (Yaradılış 5:3—5; 1 Salnamələr 1:1—4; Luka 3:38). Müqəddəs Kitab yazarları dəfələrlə Qabilin əhvalatına istinad etmişlər. Bu da həmin əhvalatın gerçək olduğuna bir sübutdur (İbranilərə 11:4; 1 Yəhya 3:12; Yəhuda 11).

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş