Hissə 2
Daşqından Misir qurtuluşunadək
Daşqından yalnız səkkiz nəfər xilas olur, bir müddətdən sonra isə yer üzündə adamların sayı bir neçə minə çatır. Daşqından 352 il sonra İbrahim doğulur. Bu hissədə Allahın İbrahimə İshaq adlı oğlu olacağı vədinin necə yerinə yetdiyini öyrənəcəyik. Həmçinin İshaqın iki oğlundan birinin — Yaqubun, Allah tərəfindən seçildiyini görəcəyik.
Yaqubun ailəsi böyük idi. Onun 12 oğlu və bir neçə qızı vardı. Yaqubun 10 oğlu kiçik qardaşları Yusifə nifrət etdikləri üçün onu Misirə qul kimi satırlar. Sonradan Yusif Misirin nüfuzlu rəhbərlərindən biri olur. Güclü aclıq olanda, o, qardaşlarının dəyişib-dəyişmədiyini öyrənmək məqsədilə onları sınayır. Sonda Yaqubun bütün ailəsi, yəni israillilər Misirə köçür. Bütün bunlar İbrahimin doğulmasından 290 il sonra baş verir.
Növbəti 215 il ərzində israillilər Misirdə yaşayırlar. Yusif öləndən sonra misirlilər onları qul edirlər. Vaxt keçir və Musa doğulur. Allah onun vasitəsilə israilliləri Misirdən azad edir. Ümumilikdə İKİNCİ HİSSƏDƏ 857 illik dövr əhatə olunur.