Hissə 3
Misir qurtuluşundan İsrailin ilk padşahınadək
Musa israilliləri Misirdən Sina dağına gətirir. Orada Allah xalqına Öz qanunlarını verir. Sonra Musa Kənan torpağını nəzərdən keçirmək üçün 12 kəşfiyyatçı göndərir. Onlardan 10 nəfəri o diyar haqqında pis məlumat gətirir. Bu məlumatdan sonra xalq Misirə qayıtmaq istəyir. İsraillilər imansız olduqları üçün Allah onları cəzalandırır. Onlar 40 il səhrada dolaşmalı olurlar.
Yehova xalqını Kənan torpağına aparmaq üçün Yeşuanı başçı təyin edir. Torpağı ələ keçirmək üçün Yehova xalqına möcüzələr vasitəsilə kömək edir. Məsələn, İordan çayının suları dayanır, Yerixo şəhərinin divarları uçur, bütün günü günəş batmır. İsraillilər altı ildən sonra torpağı kənanlılardan alırlar.
İsraili Yeşuadan başlayaraq 356 il ərzində hakimlər idarə etmişdi. Biz onlardan bir çoxları — Baraq, Gideon, İftah, Şimşon və Şamuel haqqında oxuyacağıq. Bu hissədə həmçinin bir çox qadınlar — Raxav, Devora, Yael, Rut, Naomi və Delila haqqında da öyrənəcəyik. Ümumilikdə, ÜÇÜNCÜ HİSSƏ 396 ili əhatə edir.