Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 60
  • Aviqail və Davud

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Aviqail və Davud
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • O, ağılla hərəkət etdi
    İman örnəkləri
  • Ağılsız kişinin ağıllı arvadı
    Gözətçi qülləsi 2017
  • Bə’zilərini necə insan kimi xatırlayırlar?
    Gözətçi qülləsi 2003
  • Yehovanın ürəyini sevindirən qadınlar
    Gözətçi qülləsi 2004
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 60
Aviqail Davud və onun adamlarına ərzaq gətirir

Hekayə 60

Aviqail və Davud

BİLİRSƏN Davudu qarşılamağa çıxan bu qəşəng qadın kimdir? Onun adı Aviqaildir. O çox ağıllı qadındır və Davudu bir pis işdən saxlayır. Amma gəl görək bundan əvvəl Davudun başına hansı işlər gəlmişdi.

Davud Şauldan qaçıb mağarada gizlənir. Qardaşları və digər qohumları onun yanına gəlirlər. Təxminən 400 adam ona qoşulur və Davud onların başçısı olur. Sonra o, Moav padşahının yanına gedib deyir: ‘Xahiş edirəm, başıma nə gələcəyini bilənə qədər qoy atamla anam sənin yanında qalsın’. Davud öz adamları ilə təpələrdə gizlənməyə davam edir.

Bu ərəfədə Davud Aviqail ilə rastlaşır. Aviqailin əri Naval çox varlı adamdır. Onun 3 000 qoyunu və 1 000 keçisi var. Bununla belə, Naval çox xəsis adamdır. Arvadı Aviqail isə ağıllı və gözəl qadındır. O hətta bir dəfə ailəsini də ölümdən xilas edir. Gəl görək bu hadisə necə olmuşdu.

Davud və onun adamları Navala xeyirxahlıq edirlər. Onun çobanlarına qoyunlarını qorumaqda kömək edirlər. Bir gün Davudun Navala işi düşür və adamlarını onun yanına göndərir. Onlar gələndə Naval adamları ilə qoyun qırxırdı. Bayram vaxtı idi. Navalın evində müxtəlif cür dadlı yeməklər hazırlanmışdı. Davudun adamları deyir: ‘Sənə xeyirxahlıq etmişik. Bir qoyununa da əl dəyməmişik, əksinə, onları qorumuşuq. Xahiş edirik, bizə bir az yemək ver’.

Naval deyir: ‘Çörəyimi sizin kimi adamlara vermərəm’. O çox kobud danışır və Davudu pisləyir. Davud bundan xəbər tutanda bərk hirslənib adamlarına deyir: ‘Qılınclarınızı götürün!’ Onlar Navalı və adamlarını öldürmək üçün yola düşürlər.

Navalın kobudluğunu görən qulluqçularından biri gəlib bunu Aviqailə xəbər verir. Aviqail dərhal bir qədər ərzaq götürür, onları eşşəklərə yükləyib yola çıxır. Davudu görəndə eşşəkdən düşür və ona baş əyib deyir: ‘Nə olar, ağam, ərim Navalın sözlərinə fikir vermə. Özü axmaq olduğu kimi, hərəkətləri də axmaqdır. Budur, sənə pay gətirmişəm. Xahiş edirəm, bunları götür və baş verənlərə görə bizi bağışla’.

Davud cavab verir: ‘Sən nə ağıllı qadınsan! Sən olmasaydın, Navalı xəsisliyinə görə öldürəcəkdim. Evinə sağ-salamat qayıt’. Bir müddətdən sonra Naval ölür. Aviqail da Davudun arvadı olur.

1 Şamuel 22:1-4; 25:1-43.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş