Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 72
  • Allah Xizqiya padşaha kömək edir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Allah Xizqiya padşaha kömək edir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?
    Gözətçi qülləsi 2013
  • Yehovanın mələyi Hizqiyyəni qoruyur
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Ey Yehova, Sənə güvənirəm»
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Müqəddəs Kitab hekayələri
my hekayə 72
Xizqiya padşah Aşşur padşahından aldığı məktubları yerə qoyub Yehovanın qurbangahının önündə diz çökərək dua edir

Hekayə 72

Allah Xizqiya padşaha kömək edir

BU KİŞİNİN Yehova Allaha nə üçün dua etdiyini bilirsən? Bəs görəsən bu məktubları niyə Yehovanın qurbangahı qarşısına qoyub? Bu adamın adı Xizqiyadır. O, İsrailin cənubdakı iki qəbiləsinin padşahıdır. İndi o, böyük çətinliyə düşüb. Gəl bunun səbəbini öyrənək.

Aşşur ordusu artıq 10 qəbiləli şimal padşahlığını işğal edib. Yehova Allah buna xalqın pis əməllərinə görə yol verib. İndi isə bu ordu ikiqəbiləli padşahlığa qarşı döyüşə çıxıb.

Xizqiya elə indicə Aşşur padşahından məktub alıb. Şəkildə gördüyün kimi, Xizqiya həmin bu məktubları Allahın qarşısına qoyub. Məktubda Yehova Allaha istehza edilir və Xizqiyaya təslim olmaq təklif olunur. Buna görə Xizqiya Allaha yalvarır: ‘Ey Yehova, bizi Aşşur padşahının əlindən qurtar. Onda bütün millətlər yalnız Sənin Allah olduğunu biləcək’. Necə düşünürsən, Yehova onun duasına cavab verirmi?

Xizqiya yaxşı padşahdır. O, 10 qəbiləli İsrail padşahlığının padşahları və atası Axaz kimi pis işlər etmir, əksinə Yehovanın bütün qanunlarını dəqiqliklə yerinə yetirir. Ona görə də Xizqiya duasını qurtarandan sonra Yehova peyğəmbəri Yeşayanın vasitəsilə ona bu sözləri çatdırır: ‘Aşşur padşahı Yerusəlimə girməyəcək. Əsgərlərindən heç biri şəhərə yaxın gəlməyəcək. Onlar şəhərə bir ox belə atmayacaqlar’.

Aşşur ordusunun düşərgəsinin yanında ölü əsgərlər yerə sərilib

Bu səhifədəki şəklə bax. Bilirsən bu ölü əsgərlər kimlərdir? Onlar Aşşur ordusunun əsgərləridir. Yehova bir mələk göndərir və bu mələk bir gecənin içində 185 000 düşmən əsgəri öldürür. Beləliklə, Aşşur padşahı məğlub olub ölkəsinə qayıdır.

İkiqəbiləli padşahlıq xilas olur və xalq bir müddət sülh içində yaşayır. Xizqiya öləndən sonra onun oğlu Menaşşe padşah olur. Həm Menaşşe, həm də ondan sonra gələn oğlu Amon pis padşah olurlar. Ölkə yenidən cinayət və zorakılıqla dolur. Amonu öz xidmətçiləri öldürürlər və ikiqəbiləli padşahlığı onun oğlu Yoşiya idarə etməyə başlayır.

2 Padşahlar 18:1-36; 19:1-37; 21:1-25.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş