Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 55 s. 132—133
  • Yehovanın mələyi Hizqiyyəni qoruyur

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yehovanın mələyi Hizqiyyəni qoruyur
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • Allah Xizqiya padşaha kömək edir
    Müqəddəs Kitab hekayələri
  • Başçılar bizim üçün hansı əhəmiyyəti daşıyır?
    Gözətçi qülləsi 2013
  • «Qorxma, sənə kömək edəcəyəm»
    Gözətçi qülləsi 2010
  • Hizqiyyə imanına görə mükafat aldı
    Məsihi həyatı və ibadəti iş dəftəri 2017
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 55 s. 132—133
Mələk Aşşur düşərgəsinə hücum edir

DƏRS 55

Yehovanın mələyi Hizqiyyəni qoruyur

Aşşur imperiyası onqəbiləli İsrail padşahlığını zəbt edib. İndi isə Aşşur padşahı Sinaxerib ikiqəbiləli Yəhuda padşahlığını ələ keçirmək istəyir. O, Yəhuda şəhərlərini bir-bir işğal etməyə başlayır. Sinaxeribin əsas məqsədi Yerusəlimi zəbt etməkdir. Lakin o bilmir ki, Yerusəlimi müdafiə edən Yehovadır.

Yəhuda padşahı Hizqiyyə Sinaxeribə çoxlu xərac verir ki, Yerusəlimə hücum etməsin. Sinaxerib xəracı götürsə də, Yerusəlimə hücum etmək fikrindən daşınmır. Aşşurlular yaxınlaşdıqca şəhər camaatının canına daha da qorxu düşür. Bunu görən Hizqiyyə onlara deyir: «Qorxmayın. Aşşurlular güclü olsalar da, bizim arxamızda Allahımız Yehova durub».

Sinaxerib elçisini, rəbsaqı Yerusəlim camaatına hədə-qorxu gəlməyə göndərir. Rəbsaq şəhərin çölündə durub qışqırır: «Yehova sizə kömək etməyəcək. Hizqiyyənin yalanlarına uymayın. Heç bir allah indiyə qədər xalqını bizim əlimizdən qurtara bilməyib».

Hizqiyyə Yehovaya yalvarır ki, ona çıxış yolu göstərsin. Yehova onun duasına belə cavab verir: «Rəbsaqın sözlərindən qorxmayın. Sinaxerib Yerusəlimi işğal edə bilməyəcək». Sonra Sinaxerib Hizqiyyəyə ard-arda məktublar göndərir. Məktublarda yazılır: «Dərhal təslim ol. Yehova sizi xilas edə bilməyəcək». Hizqiyyə dua edir: «Nə olar, Yehova, bizi xilas et. Qoy hamı bilsin ki, bir tək Sən həqiqi Allahsan». Yehova ona deyir: «Aşşur padşahı Yerusəlimə girməyəcək. Mən şəhəri qoruyacağam».

Sinaxerib əmindir ki, tezliklə Yerusəlimi işğal edəcək. Ancaq bir gecə Yehova mələyini döyüşçülərin düşərgəsinə göndərir. Mələk bir gecədə 185 000 döyüşçünü qırır! Padşah Sinaxerib güclü döyüşçülərini itirir. Onun ölkəsinə qayıtmaqdan başqa əlacı qalmır. O məğlub olur. Yehova, söz verdiyi kimi, Hizqiyyəni və Yerusəlimi qoruyur. Əgər həmin vaxt sən də Yerusəlimdə olsaydın, Yehovaya güvənərdin?

«Yehovanın mələyi Ondan qorxanların ətrafında düşərgə qurur, onları xilas edir» (Zəbur 34:7)

Suallar: Yehova Yerusəlimi necə qoruyur? Səncə, Yehova səni də qoruyacaq?

2 Padşahlar 17:1—6; 18:13—37; 19:1—37; 2 Salnamələr 32:1—23

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş