Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 74
  • Mərd adam

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mərd adam
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Ərəmya Yehova haqda danışmaqdan vaz keçmədi
    Övladlarımızı öyrədək
  • Yehova Ərəmya peyğəmbəri təbliğ etməyə göndərir
    Müqəddəs Kitab dünyasına səyahət
  • Müqəddəs Yazıların kitabı nömrə 24 Yeremya
    «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • «Yeremya» kitabından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 74
Yeremya peyğəmbər israillilərə mərdliklə xəbərdarlıq edir, lakin onlar ona gülürlər

Hekayə 74

Mərd adam

GÖRÜRSƏN, camaat bu cavanı lağa qoyur. Heç bilirsən o kimdir? O, Yehova Allahın görkəmli peyğəmbəri Yeremyadır.

Yoşiya padşah ölkədəki bütləri sındırmağa başladıqdan az sonra, Yehova Yeremyanı peyğəmbər təyin edir. Yeremyaya isə elə gəlir ki, peyğəmbər olmaq üçün o hələ çox gəncdir. Amma Yehova Allah ona kömək edəcəyini bildirir.

Yeremya israilliləri pis əməllərindən əl çəkməyə çağırır: ‘Xalqların ibadət etdikləri allahlar saxtadır!’ Amma israillilərin çoxu bütlərə sitayiş etməyi həqiqi Allah Yehovaya ibadət etməkdən üstün tuturlar. Yeremya Yehovanın onları pis əməllərinə görə cəzalandıracağını söyləyəndə hamı ona gülür.

İllər ötür və Yoşiya ölür. Üç aydan sonra onun oğlu Yehoyakin padşah olur. Yeremya xalqı yenə xəbərdar edir: ‘Əməllərinizdən əl çəkməsəniz Yerusəlim məhv ediləcək’. Kahinlər qəzəblə: ‘Belə şeylər dediyin üçün sən ölməlisən!’ deyib Yeremyanı tuturlar. Sonra İsrail rəislərinin yanına gəlib deyirlər: ‘Yeremya şəhərimizə qarşı danışdığı üçün öldürülməlidir’.

Səncə, indi Yeremya nə edəcək? O heç qorxmur! Ona qarşı çıxanlara deyir: ‘Yehova Allah məni göndərib ki, bütün bunları sizə çatdırım. Əgər tutduğunuz bu pis yoldan dönməsəniz, Yehova Yerusəlimi məhv edəcək. Amma bir şeyi bilin: məni öldürsəniz, günahsız adamın qanını tökmüş olacaqsınız’.

Rəislər Yeremyanı öldürmürlər, amma israillilər də pis əməllərindən əl çəkmirlər. Bir müddətdən sonra Babilin padşahı Navuxodonosor Yerusəlimə hücum edir və israilliləri özünə qul edir. Sonra minlərlə adamı Babilə əsir aparır. Tanımadığın adamların səni öz evindən çıxarıb yad bir ölkəyə aparmalarının nə demək olduğunu bir təsəvvür et!

Yeremya 1:1-8; 10:1-5; 26:1-16; 2 Padşahlar 24:1-17.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş