Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 84
  • Mələk Məryəmin yanına gəlir

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Mələk Məryəmin yanına gəlir
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Cəbrayıl mələk Məryəmə görünür
    Müqəddəs Kitab dünyasına səyahət
  • «Mən Yehovanın quluyam!»
    İman örnəkləri
  • Doğulmazdan əvvəl ona ehtiram göstərildi
    İsa Məsihin həyatı və xidməti
  • O doğulmazdan öncə ehtiram görür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 84
Məryəm Cəbrayıl mələyə qulaq asır

Hekayə 84

Mələk Məryəmin yanına gəlir

BU QƏŞƏNG qız Məryəmdir. O, Nazaret şəhərində yaşayan israilli qızdır. Allah onun çox yaxşı insan olduğunu bilir. Buna görə də, onunla danışmaq üçün Cəbrayıl adlı mələyini göndərir. Bilirsən Cəbrayıl Məryəmə nə deyir? Gəl öyrənək.

‘Salam, ey nemətli qız!’ deyə Cəbrayıl ona müraciət edir. ‘Yehova səninlədir!’ Məryəm onu ilk dəfədir görür. O, mələyin dediklərini başa düşmür, buna görə də çox nigarandır. Amma Cəbrayıl dərhal onu sakitləşdirir.

‘Qorxma, Məryəm. Yehova Allah səndən çox razıdır. Elə buna görə də sənə gözəl bir hədiyyə verəcək. Tezliklə oğlun olacaq, adını da İsa qoyacaqsan’.

Cəbrayıl davam edir: ‘Bu uşaq böyük olacaq və Haqq-Taala Allahın oğlu adlanacaq. Yehova Allah onu Davud kimi padşah edəcək. Amma İsa əbədiyyən padşah olacaq və onun padşahlığının sonu olmayacaq!’

‘Axı bu necə ola bilər?’ deyə Məryəm soruşur. ‘Mən hələ ərdə deyiləm. Heç vaxt kişi ilə yaşamamışam. Mənim uşağım necə ola bilər?’

Cəbrayıl cavab verir: ‘Allahın qüvvəsi üzərinə gələcək, buna görə də doğacağın uşaq Allahın Oğlu adlanacaq’. O davam edir: ‘Qohumun Elizaveti yadına sal. Hamı deyirdi ki, uşaq doğmaq üçün artıq o çox yaşlıdır. Amma bir azdan onun da oğlu olacaq. Gördüyün kimi, Allah üçün mümkün olmayan şey yoxdur’.

Məryəm deyir: ‘Mən Yehovanın quluyam, qoy mənə dediyin kimi olsun’. Bundan sonra mələk onu tərk edir.

Məryəm tələsik Elizaveti görməyə gedir. Elizavet Məryəmin səsini eşidən kimi qarnındakı uşaq sevincindən tərpənməyə başlayır. Elizavet Allahın müqəddəs ruhunun təsiri ilə Məryəmə deyir: ‘Qadınlar arasında nə xoşbəxtsən!’ Məryəm Elizavetin yanında üç aya yaxın qalır. Sonra evinə, Nazaretə qayıdır.

Məryəm Yusif adlı bir kişiyə nişanlıdır. Yusif Məryəmin hamilə olduğunu biləndə onunla evlənmək istəmir. Amma Allahın mələyi ona deyir: ‘Məryəmlə evlənməkdən qorxma. Çünki doğacağı uşaq Allahdandır’. Beləliklə, Yusif və Məryəm evlənib, İsanın doğulmasını gözləyirlər.

Luka 1:26-56; Matta 1:18-25.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş