Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • my hekayə 105
  • Yerusəlimdə gözləyərkən

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yerusəlimdə gözləyərkən
  • Müqəddəs Kitab hekayələri
  • Oxşar material
  • Şagirdlər müqəddəs ruh alır
    Müqəddəs Kitab dünyasına səyahət
  • Məsihi yüzlərlə adam görür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Sonuncu görüşlər və Əllinci gün bayramı
    İsa Məsihin həyatı və xidməti
  • Ata, Oğul və müqəddəs ruh ismilə vəftiz olunmağın vacibliyi
    Gözətçi qülləsi 2010
Əlavə
Müqəddəs Kitab hekayələri
my hekayə 105
Şagirdlərin başı üzərində alov dilləri peyda olur

Hekayə 105

Yerusəlimdə gözləyərkən

BU ADAMLAR İsanın davamçılarıdır. Onlar İsanın sözünə qulaq asıb Yerusəlimdən getmədilər. Bir gün bu şagirdlər bir yerə yığışarkən güclü küləyin səsinə oxşayan səs bütün evi bürüyür. Sonra şagirdlərdən hər birinin başı üzərində alov dilləri görünür. Şəkildə alov dillərini görürsən? Bütün bunlar nə deməkdir?

Bu bir möcüzədir! İsa göydə Atasının yanındadır və öz davamçılarının üzərinə Allahın müqəddəs ruhunu tökür. Bilirsən müqəddəs ruhun köməyilə onlar nə edirlər? Şagirdlər cürbəcür dillərdə danışmağa başlayır.

Yerusəlimdə yaşayan adamların çoxu bu səsi eşidib, şagirdlərin yığışdığı evin qabağına gəlirlər. Onlardan bəziləri israillilərin Pentikost adlanan bayramında iştirak etmək üçün uzaq ölkələrdən gələn adamlardır. Bu qonaqlar çox təəccüblənirlər! Onlar doğma dillərində həvarilərin Allahın gözəl işləri haqqında danışdıqlarını eşidirlər.

‘Axı bu adamların hamısı Qalileyalıdır, necə olur ki, onlar bizim ana dilimizdə danışırlar?’, deyə onlar soruşurlar.

Peter baş verənləri xalqa izah etmək üçün qabağa çıxır. O, yüksək səslə xalqa İsanın öldürülməsi və sonra Yehovanın onu diriltməsi haqqında danışır. O deyir: ‘İndi İsa göydə Allahın sağında oturub və söz verdiyi müqəddəs ruhu da üzərimizə töküb. Buna görə də bu möcüzələri görüb eşidirsiniz’.

Peterin bu sözlərindən sonra bir çoxları İsaya qarşı edilən haqsızlıqlara görə peşman olur. Onlar soruşurlar: ‘Bəs biz nə edək?’ Peter cavab verir: ‘Siz həyat yolunuzu dəyişib vəftiz olunmalısınız’. Elə həmin gün 3 000 adam vəftiz olunub İsanın davamçısı olur.

Həvarilərin işləri 2:1-47.

Suallar

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş