Allah pis insanları yenə məhv edəcəkmi?
22 Bu gün də, insanlar çox pisdirlər. Burada hansı pis işlər edilir?
23 Bir çoxları başqa insanları öldürürlər. Allah deyir ki, sən bunu etməli deyilsən (Çıxış 20:13; 1 Yəhya 3:11, 12).
24 Bə’ziləri oğurluq edirlər. Allah deyir ki, sən oğurlamamalısan (Çıxış 20:15; Efeslilərə 4:28).
25 Bə’ziləri bir neçə qadınla evlənirlər. Başqaları iki və daha artıq qadınla ayrı–ayrı evlərdə yaşayırlar. Bə’zi ər-arvad bərabər yaşayır, amma nikahda olmayırlar. Belə hərəkətlərin hamısı Müqəddəs Kitabın sözlərinə ziddirlər (Matta 19:4—6; 1 Korinflilərə 7:1—4; 1 Timoteyə 3:1, 2).
26 Sənin yadındadırmı ki, Allah Adəmə yalnız bir arvad verdi? (Təkvin 2:22, 24).
27 İnsanların çoxu bütlərə baş əyirlər. Allah buyurur ki, sən ibadətdə bütlər və şəkillərdən istifadə etməli deyilsən (Çıxış 20:4, 5; Yeşaya 44:9—17; 1 Yəhya 5:21).
28 Düzgün yolu seçməyən pis insanları Yeqova məhv edəcək (Məzmurlar 37:9, 10; Luka 13:5; 1 Korinflilərə 6:9, 10).