Sən nə etməlisən?
50 Həmin gözəl cənnətdə əbədi yaşamaq istəyirsənmi?
Onda Allahın Kəlamı haqqında daha çox öyrən. Müqəddəs Kitabı oxumağı bacarmağa çalış (Yəhya 17:3; Vəhy 1:3).
51 İsa haqqında daha çox bilik əldə et (Təsniyə 18:18, 19; Yəhya 3:16; Həvarilərin işləri 3:19—23).
52 Yalnız yaxşılıq etməyə çalış və Yeqovaya tabe ol (Romalılara 6:17, 18, 22).
53 Yadda saxla: Yeqova deyir ki, biz insanları öldürməməliyik (Çıxış 20:13; 1 Yəhya 3:11, 12).
54 Biz başqalarına məxsus olan şeyləri götürməməliyik (Çıxış 20:15; Efeslilərə 4:28).
55 Kişi öz arvadı olmayan qadınla yaşayıb, onunla bir yataqda olmamalıdır (Çıxış 20:14, 17; 1 Soloniklilərə 4:3).
56 Allah bir ərin neçə arvad saxlamasına icazə verdiyini xatırlayırsanmı? Kişi öz arvadı ilə neçə müddət həyat sürməlidir? (Təkvin 2:22, 24; Matta 19:5, 6; 1 Korinflilərə 7:2, 10, 11).
57 Unutma ki, biz yalnız Yeqovaya ibadət etməliyik (Matta 4:10; 1 Korinflilərə 8:6).
58 Bütlər və şəkillər bizə kömək edə bilmirlər. Nə üçün? (1 Korinflilərə 8:4).
Bütləri əldə etmək yaxşıdırmı? (Təsniyə 27:15; 1 Yəhya 5:21).
59 Göz muncuğu və bu kimi şeyləri saxlamaq və ovsunlardan istifadə etmək nə üçün pisdir? (Təsniyə 18:10—13; Vəhy 21:8).
60 Pis mələklər, yaxud cinlər Allaha qarşı üsyan etdilər. Onlar insanları aldatmaq üçün falçılardan istifadə edirlər (Həvarilərin işləri 16:16).
61 Biz Allaha dua etməliyik. Dua — Allahla danışmaq, Ona xidmət etmək arzusunda olduğumuzu demək və ondan kömək diləmək mə’nasını daşıyır (Filipiylilərə 4:6, 7).
62 Biz İsanın sözlərinə əməl etməli və ona inanmalıyıq (İbranilərə 5:9; Yəhya 3:16).
63 Onu yadda saxla ki, İsa bizi xilas etmək üçün öldü (Romalılara 5:8).
64 Unutma ki, İsa gözəgörünməz Padşahımızdır. Biz ona tabe olmalıyıq (Filipiylilərə 2:9—11; Vəhy 19:16).
65 İsa dedi ki, öyrəndiyin xeyirxah işlər haqqında sən başqalarına danışmalısan və Allaha xidmət etmək istəyənlərin vəftiz olmaları gərəkdir (Matta 28:19, 20; Yəhya 4:7—15).
66 Buna görə sən, bu gözəl işlər haqqında dostlarınla söhbət edə bilərsən (Matta 10:32).
67 Əgər sən yaxşı oxumağı öyrənsən, daha çox biliyə sahib olarsan və başqalarına daha artıq kömək edə bilərsən (2 Timoteyə 2:15).
68 İsa balaca uşaqlara da Allaha tabe olmağı öyrədirdi. O, uşaqlarla söhbət etməyə vaxt ayırırdı (Matta 19:13—15).
69 Valideynlər hər vaxt öz uşaqlarına, Allaha tabe olub və onu sevməyi öyrətməlidirlər (Təsniyə 6:6, 7; Süleymanın məsəlləri 6:20—22; Efeslilərə 6:4).
70 Çoxlu müxtəlif kilsə və məscidlər mövcuddur. Onların tə’limlərindən çoxu Müqəddəs Kitabdan deyil. Yeqova bizə buyurur ki, həqiqəti öyrətməyən dinləri tərk edək (Vəhy 18:4; Yəhya 4:23, 24).
71 Yer üzündə Yeqovanın öz xalqı var. Onlar Allah haqqında daha çox öyrənməyi sənə tə’lim edə bilərlər. Onların kim olduğunu bilirsənmi? (Həvarilərin işləri 15:14; Romalılara 10:14, 15).
72 Onlar — Yeqovanın Şahidləridir. Onlar arasında əmin-amanlıq hökmranlıq edir. Bilirsənmi nə üçün? Ona görə ki, onlar bir-birlərinə məhəbbət göstərirlər (Yeşaya 43:10—12; Yəhya 13:34, 35).
73 Onlar, Yeqovanı sevdikləri üçün vəftiz olublar. Bununla onlar camaat qarşısında göstərirlər ki, özlərinin pis həyat tərzlərinə son qoyub, öz həyatlarını Allaha xidmətlə keçirmək istəyirlər (Həvarilərin işləri 2:41).
74 Yeqovanın Şahidləri çox gözəl olan yeni cənnətdə həyat sürmək ümidini bəsləyirlər (Məzmurlar 37:9—11, 29).
Onlarla bərabər orada yaşamaq üçün sən nə edə bilərsən? (Yaqub 1:22, 25; 2:20—26).
75 Yeqovaya necə xidmət etməyi öyrənmək üçün, onlara qoşul. Onlar, Yeqovanı və İsa Məsihi sevir və onlara itaət edirlər. Sən onları sevirsənmi? İstəyirsənmi ki, başqalarının Allah haqqında bilik almalarına kömək edəsən? (Yəhya 6:45—47).
76 Yeqova ilə Məsih İsa səni sevir və sənin cənnətdə əbədi yaşamağını istəyirlər (Yəhya 3:16).
Bu kitabçada olan şəkillərə baxıb, buradakı mə’lumatları bildikdən sonra, şübhəsiz, səndə yer üzündəki həyatla əbədiyyən sevinməyə istək yaranacaq. Əgər bu haqda daha çox öyrənmək istəyirsənsə, onda biz, sənin yaşadığın yerdə Yeqovanın Şahidlərindən biri ilə söhbət etməyini məsləhət görürük. Bundan əlavə, bu kitabçanın ikinci səhifəsində olan ünvanlar siyahısına əsasən, yaşadığın yerə yaxın filiala məktub yaza bilərsən. Bunu sənin əvəzinə başqasının etməsini də müraciət edə bilərsən.