Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • bsi07 s. 23—24
  • Müqəddəs Yazıların kitabı nömrə 35 Habaqquq

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Müqəddəs Yazıların kitabı nömrə 35 Habaqquq
  • «Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
  • Başlıqlar
  • Oxşar material
  • BİZƏ FAYDASI
  • Yehovaya etibar et və yaşa!
    Gözətçi qülləsi 2018
  • Peyğəmbərlərdən nümunə götürün — Həbquq
    Müqəddəs ibadətimiz 2015
  • «Nahum», «Habaqquq» və «Sefanya» kitablarından diqqətəlayiq fikirlər
    Gözətçi qülləsi 2007
«Hər Müqəddəs Yazı» doğru və faydalıdır 2007
bsi07 s. 23—24

Müqəddəs Yazıların kitabı nömrə 35 Habaqquq

Yazan: Habaqquq

Yazıldığı yer: Yəhuda

Yazılması başa çatıb: b. e. ə. təx. 628-ci il (?)

HABAQQUQ İbranicə Müqəddəs Yazıların kiçik adlanan peyğəmbərlərindən biridir. Lakin Allahın xalqı Habaqququn görüntülərinə və ilhamlanmış sözlərinə az əhəmiyyətli bir şey kimi yanaşmır. Bu peyğəmbərlik sözləri Allahın sadiq xidmətçilərinə çətin anlarında ümid və güc verirdi. Habaqquq peyğəmbərin kitabında iki möhtəşəm həqiqət vurğulanır: birinci, Yehova Kainatın Hökmdarıdır, ikinci, saleh öz imanı ilə yaşayır. Bundan əlavə, kitab Allahın xidmətçilərini tə’qib edən və Onun xalqından olduğunu irəli sürən ikiüzlülərə xəbərdarlıq edir. O, bütün həmd nəğmələrinə layiq olan Yehova Allaha möhkəm imanın təsvirini yaradır.

2 «Habaqquq» kitabı bu sözlərlə başlayır: «Habaqquq peyğəmbərə görüntü ilə nazil olan xəbərdarlıq» (Hab. 1:1). Adının mə’nası «Hərarətli qucaq» olan Habaqquq peyğəmbər (ibranicə Havaqquq) kim idi? Hansı nəsildən olduğuna, necə yaşadığına və ölümünə dair heç bir mə’lumat yoxdur. Kitabın sonunda «Musiqi rəhbəri üçün: simli alətlərin müşayiəti ilə» sözlərindən görünür ki, o, levi nəslindən, mə’bəd musiqiçisi olmuşdur, ancaq bunu da tam əminliklə demək olmaz.

3 Habaqquq nə vaxt peyğəmbərlik etmişdir? Yuxarıda deyiləndən və «Rəbb müqəddəs mə’bədindədir» sözlərindən görünür ki, həmin dövrdə Yerusəlimdə hələ mə’bəd mövcud idi (2:20). Bu sübutlar və peyğəmbərliyin öz məzmunu göstərir ki, peyğəmbərlik b. e. ə. 607-ci ildə Yerusəlimin dağıdılmasından bir qədər əvvəl deyilmişdir. Bəs nə qədər əvvəl? Çox ehtimal ki, ürəyində Allah qorxusu olan Yoşiyanın hakimiyyətindən sonra (b. e. ə. 659-629-cu illər). Sualın cavabı elə peyğəmbərliyin özündə yerləşir: orada əvvəlcədən bildirilir ki, Yəhudeyada yaşayan xalqa deyilsə də inanmayacaqları bir hadisə baş verəcək. Hansı hadisə? Söhbət Allahın sədaqətsiz Yəhudanı cəzalandırmaq üçün xaldeyliləri (babillilər) onların üzərinə qaldıracağından gedir (1:5, 6). Bu hadisə bütpərəst Yehoyaqimin hakimiyyətinin ilk yarısına, Yəhudeyada imansızlığın və ədalətsizliyin hökm sürdüyü bir dövrə aiddir. Yehoyaqim fir’on Neko tərəfindən taxta çıxarılmış, ölkə isə Misirin hakimiyyəti altına keçmişdi. Belə şəraitdə olan xalq, Babilin ölkəyə soxula biləcəyini heç ağlına belə gətirmirdi. Ancaq b. e. ə. 625-ci ildə Navuxodonosor fir’on Nekonu Karkemişdə məğlub edərək Misirin gücünü sındırdı. Görünür, peyğəmbərlik hələ bu hadisədən əvvəl deyilmişdi. Beləliklə, bütün faktlar bizi Yehoyaqimin hakimiyyətinin başlanğıcına gətirib çıxarır (b. e. ə. 628-ci il). Bu da, Habaqququn Yeremya ilə bir dövrdə yaşadığını göstərir.

4 Kitabın Allah tərəfindən ilhamlandığını necə bilmək olar? «Habaqquq» kitabının kanonik olduğunu İbranicə Müqəddəs Yazıların qədim siyahısı təsdiq edir. Burada kitabın adı çəkilməsə də, onun on iki kiçik peyğəmbərlərə daxil olduğu görünür, çünki Habaqquq olmasa, onlar 12 ola bilməzdi. Həvari Pavel bu peyğəmbərlik kitabını ilhamlanmış Yazıların bir hissəsi olduğunu qəbul edirdi və Habaqquq 1:5 ayəsindən sitat gətirərkən bunun ‘peyğəmbərlərin kitablarında deyildiyini’ söyləmişdir (Həv. iş. 13:40, 41). O öz məktublarında bir neçə dəfə bu kitabdan sitatlar gətirmişdir. Habaqququn Yəhuda və Babil haqqında dediyi peyğəmbərliyin yerinə yetməsi onun, sözsüz ki, Allahın peyğəmbəri olduğunu sübut edir.

5 «Habaqquq» kitabı üç fəsildən ibarətdir. İlk iki fəslidə peyğəmbərin özü ilə Yehova arasında olan dialoq yazılıb. Burada, xaldeylilərin gücündən və heykəllərə ibadət edən və başqalarının hesabına varlanan, öz evi üçün ədalətsizliklə qənimət toplayan və qan tökməklə şəhərlər salan babilliləri gözləyən fəlakətdən bəhs edilir. Üçüncü fəsil, müharibə günündə Yehovanın əzəmətini son dərəcə tə’sirli və dramaturgiyanın canlılığı ilə təsvir edir. Mərsiyə üslubunda yazılmış duadan ibarət olan bu fəsil «ibrani poeziyasının ən gözəl və möhtəşəm nümunələrindən biri» hesab edilira.

BİZƏ FAYDASI

12 Həvari Pavel tə’lim vermək üçün «Habaqquq» kitabının nə qədər faydalı olduğunu dərk edərək, Habaqquq 2:4 ayəsini üç müxtəlif vəziyyətdə sitat gətirmişdir. Hər bir imanlının xilas olması üçün xoş xəbərin Allah köməyi olduğunu vurğulayaraq, Pavel Romada olan məsihçilərə yazmışdır: «Çünki Müjdədə Allahın ədaləti imandan imana kəşf olunur; necə ki, yazılmışdır: “Saleh adam imanla yaşayacaqdır”». Xeyir-dualara iman sayəsində nail oluna biləcəyini qalatiyalara izah edərək, Pavel yazmışdır: «Aydındır ki, heç kim Qanunla Allah qarşısında saleh sayılmır, çünki “Saleh adam imanla yaşayacaqdır”». Bundan başqa, Pavel ibranilərə məktubunda məsihçinin öz həyatını xilas etməsi üçün canlı iman göstərməsinin vacib olduğunu yazaraq yenə də Yehovanın Habaqquqa dediyi sözlərdən sitat gətirmişdir. Lakin Habaqququn «saleh adam imanı ilə yaşayacaq» sözlərinə istinad etdikdən sonra o, yunan Septuaqintasından peyğəmbərin növbəti sözlərini sitat gətirir: «Əgər geri çəkilərsə, canım ondan razı qalmayacaqdır». Sonda isə Pavel nəticə çıxarır: «Biz isə iman edib, canlarının xilasına nail olanlardanıq» (Rom. 1:17; Qalat. 3:11; İbr. 10:38, 39).

13 «Habaqquq» kitabı əlavə köməyə ehtiyac duyan bugünkü məsihçilər üçün də faydalıdır. O, Allaha güvənməyi öyrədir. Kitabın bir faydası da, onun Allahın hökmü barədə xəbərdarlıq etməsidir. Ondan, vacib xəbərdaredici dərs götürürük: Allahın Öz hökmlərini icra etmək üçün çox ləngidiyini düşünmək olmaz; onlar «hökmən gələcək»dir (Hab. 2:3). Yəhudeyanın babillilər tərəfindən işğal ediləcəyi haqqındakı peyğəmbərlik elə deyildiyi kimi də oldu, Babil özü isə əvvəlcədən deyildiyi kimi, b. e. ə. 539-cu ildə midiyalılar və farslar tərəfindən ələ keçirildi. Məgər bu, bizə Allahın sözlərinə inanmağı öyrətmirmi? Həvari Pavel onunla bir dövrdə yaşayan ibraniləri imansızlıqdan çəkindirərək, «Habaqquq» kitabından sitat gətirməyi vacib bildi: «Diqqətli olun ki, peyğəmbərlərin kitablarında deyilmiş olan sizin başınıza gəlməsin: “Baxın, ey təhqir edənlər, çaşın və həlak olun! Çünki sizin günlərinizdə Mən elə bir iş görürəm ki, onu sizə biri bəyan etsə, heç inanmazsınız”» (Həv. iş. 13:40, 41; Hab. 1:5, LXX). İmansız yəhudilər İsanın Yerusəlimin məhv ediləcəyinə dair xəbərdarlığına inanmadıqları kimi, Pavelin də sözlərinə əhəmiyyət vermədilər, nəticədə isə, eramızın 70-ci ilində Roma qoşunu Yerusəlimi işğal edəndə öz imansızlıqlarının bəhrəsini biçdilər (Luka 19:41-44).

14 Öz dövründə olduğu kimi, bu gündə Habaqquq peyğəmbərin sözləri zorakılıqla dolu bir dünyada yaşayan məsihçiləri möhkəm imana sahib olmağa təşviq edir. O, başqalarını öyrətməyə və bütün dünyada insanların verdikləri suallara cavab tapmağa kömək edir: Allah nə vaxtsa pislərin cəzasını verəcəkmi? Bu peyğəmbərlik sözlərinə bir daha diqqət yetirin: «Gözləyin, çünki hökmən gələcək, gecikməyəcək» (Hab. 2:3). Dünyada baş verən istənilən qanunsuzluğa baxmayaraq, Padşahlığın varisləri olan məsh olunmuşların qalığı, Habaqququn Yehovanın mükafatlandırması haqqında dediklərini xatırlayırlar: «Sən Öz xalqının qurtulması üçün, məsh etdiyin millətin xilas olması üçün çıxdın» (3:13). Bəli, Yehova onlar üçün lap qədimdən əsl mə’nada ‘Müqəddəs Olan’ və ‘Qayadır’. O, pislərin üzərində Öz hökmünü icra edəcək və məhəbbətlə əhatə etdiyi insanlara həyat bəxş edəcək. Salehliyi sevən hər bir insan növbəti sözlərə qoşularaq Onun Padşahlığı və hakimiyyəti altında sevinc dada bilər: «Mən yenə Rəbdə sevinc tapacağam. Xilasımın Allahı ilə şadlıqdan coşacağam! Xudavənd Rəbb mənim qüvvətimdir» (1:12; 3:18, 19).

[Haşiyələr]

a E. Henderson «The Book of the Twelve Minor Prophets», 1868, s. 285.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş