Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 9
  • İsanın uşaqlığı

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • İsanın uşaqlığı
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Peyğəmbər nasirədə böyüyür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • O, yaxşı ər, yaxşı ata idi
    İman örnəkləri
  • Yeniyetmə İsa
    Müqəddəs Kitab dünyasına səyahət
  • Ərdə olmayan qız hamilədir
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 9

Fəsil 9

İsanın uşaqlığı

İSA Nazaretdə — balaca bir şəhərdə böyüyür. Bu şəhər Qalileya adlanan dağlıq bölgədə, füsunkar İzreel vadisinin yaxınlığında yerləşir.

Yusiflə Məryəm Misirdən qayıdanda İsanın təxminən iki yaşı var idi və görünür, həmin vaxt o, Məryəmin yeganə uşağı idi. Lakin bir azdan Yusiflə Məryəmin Yaqub, Yusif, Şimon və Yəhuda adlı oğlanları doğulur. Onların həmçinin qızları da olur. Beləliklə, İsanın yaşca ondan kiçik, ən azından altı bacı-qardaşı var.

İsanın başqa qohumları da var. Biz artıq bilirik ki, uzaq Yəhudeyada İsanın ondan bir az böyük olan qohumu Yəhya yaşayır. Bundan əlavə, görünür, Məryəmin doğma bacısı da var. Onun adı Salomedir və o, əri Zebedey, oğulları Yaqub və Yəhya ilə birgə burada, Qalileyada yaşayır. Bu uşaqlar İsaya xalaoğlu gəlir. Onların uşaqlıqda bir-birilərinə nə qədər yaxın olduqlarını biz bilmirik, amma sonralar yaxın dost olurlar.

Yusif get-gedə böyüyən ailəsini dolandırmaq üçün çox işləyir. O, dülgərdir. Yusif İsanı doğma oğlu kimi böyüdür, buna görə də İsaya «dülgər oğlu» deyirlər. Yusif İsaya dülgərlik peşəsini öyrədir. İsa bu sənətə yaxşı yiyələnir, belə ki, sonralar adamlar onun haqqında: «Bu dülgərdir», — deyirlər.

Yehova Allaha ibadət Yusifin ailəsində başlıca yer tutur. Yusif və Məryəm Allahın Qanununa müvafiq olaraq uşaqlarına «oturanda, yol gedəndə, yatanda, duranda» ruhani tərbiyə verirlər. Nazaret şəhərində sinaqoq var və şübhəsiz, Yusif ailəsi ilə birlikdə müntəzəm şəkildə ora ibadətə gedir. Lakin əminliklə demək olar ki, hər il Yehovanın Yerusəlimdəki məbədinə ziyarət onlara misilsiz sevinc gətirir. Matta 13:55, 56; 27:56; Mark 15:40; 6:3; Qanunun təkrarı 6:6—9.

▪ İsanın ən azı neçə bacı-qardaşı var və onun qardaşlarının adı nədir?

▪ İsanın üç məşhur oğlan qohumu kimlərdir?

▪ İsa hansı sənətə yiyələnir və nəyə görə?

▪ Yusif ailəsinin ruhani tələbatlarının qayğısına necə qalır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş