Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • lfb d. 72 s. 170—171
  • Yeniyetmə İsa

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yeniyetmə İsa
  • Müqəddəs Kitab dünyasına səyahət
  • Oxşar material
  • O, yaxşı ər, yaxşı ata idi
    İman örnəkləri
  • Peyğəmbər nasirədə böyüyür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İsa itaətkar olmağı öyrəndi
    Gözətçi qülləsi 2010
  • İsanın uşaqlığı
    İsa Məsihin həyatı və xidməti
Əlavə
Müqəddəs Kitab dünyasına səyahət
lfb d. 72 s. 170—171
On iki yaşlı İsa məbəddə müəllimlərin arasında oturub

DƏRS 72

Yeniyetmə İsa

Yusif və Məryəm uşaqları ilə birgə Nasirədə yaşayır. Yusif dülgərlik edib ailəsini dolandırır. O, həmçinin ailəsinə Yehova və Onun qanunları haqda öyrədir. Yusif həmişə ailəsi ilə birgə sinaqoqa ibadət etməyə gedir. Onlar hər il Pasxa bayramını qeyd etmək üçün Yerusəlimə gedirlər.

İsanın 12 yaşı olanda onun ailəsi, həmişəki kimi, Yerusəlimə uzun səfərə yola düşür. Şəhər Pasxa bayramını keçirməyə gəlmiş insanlarla dolu olur. Bayram qurtarandan sonra Yusif və Məryəm geri, Nasirəyə yola düşürlər. Onlar fikirləşirlər ki, İsa Nasirəyə qayıdan camaatın içindədir. Amma qohumları arasında onu axtarıb tapa bilmirlər.

Onlar İsanı tapmaq üçün Yerusəlimə qayıtmalı olurlar. Yusiflə Məryəm üç gün İsanı axtarırlar. Axırda onu məbəddə tapırlar. Həmin vaxt İsa məbəddə müəllimlərin arasında oturub diqqətlə onlara qulaq asır və maraqlı suallar verir. Müəllimlər o qədər təəccüblənirlər ki, İsaya sual verməyə başlayırlar. Onlar İsanın verdiyi cavablara heyran qalırlar. Müəllimlər görürlər ki, İsa Yehovanın qanunlarını başa düşür.

Yusif və Məryəm İsaya görə çox narahat olmuşdular. Onlar İsanı tapanda Məryəm deyir: «Bala, hər yerdə səni axtarmışıq! Harada idin?» İsa cavab verir: «Bilmirsiniz ki, mən burada, Atamın evində olmalıyam?»

İsa valideynləri ilə Nasirəyə evlərinə qayıdır. Bir müddət sonra Yusif İsaya dülgərliyi öyrədir. Səncə, İsa necə yeniyetmə idi? O, böyüdükcə daha da müdriklik qazanır və həm insanların, həm də Allahın gözündə ucalır.

Yusiflə Məryəm İsa və digər uşaqları ilə birgə masa arxasında oturublar

«Ey Allahım, istəyini yerinə yetirməkdən həzz alıram, qanunun qəlbimdədir» (Zəbur 40:8)

Suallar: Yusif və Məryəm İsanı harada tapır? İsa nəyə görə orada olur?

Mətta 13:55, 56; Mark 6:3; Luka 2:40—52; 4:16; Qanunun təkrarı 16:15, 16

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş