Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 22
  • Dörd şagird çağırılır

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Dörd şagird çağırılır
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Şagirdlər balıq əvəzinə adam «ovlayacaq»
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • O, qorxu və şübhə ilə mübarizə aparırdı
    İman örnəkləri
  • İsa Məsih balıqçılara görünür
    Müqəddəs Kitab dünyasına səyahət
  • Сəlilə dənizinin sahilində
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 22

Fəsil 22

Dörd şagird çağırılır

İSA MƏSİH onu öldürmək istədikləri Nazaret şəhərini tərk edib Qalileya gölü tərəfə, Kapernahum şəhərinə gedir. Beləcə, Yeşaya peyğəmbərin yazdığı daha bir peyğəmbərlik yerinə yetir. Həmin peyğəmbərlikdə deyilirdi ki, sahil boyunca yaşayan Qalileya camaatı parlaq işıq görəcək.

Bəli, İsa Məsih insanlara nur, yəni səmavi Padşahlıq haqqında xoş xəbəri gətirib. Bu ərazidə təbliğ edərkən İsa şagirdlərindən dördünü tapır. Qabaqlar onu müşayiət etmiş bu kişilər Yəhudeyadan geri dönəndən sonra yenidən balıqçılıq peşəsinə qayıtmışdılar. İndi İsaya daimi köməkçilər lazımdır ki, başladığı işi özündən sonra davam etdirmək üçün onlara təlim verib bu xidmətə hazırlasın. Yəqin, bu səbəbdən o, həmin şagirdləri axtarıb tapır.

Bir gün İsa Məsih gölün sahili ilə gedərkən Şimon Peter və yoldaşları torları yuyurdular. İsa onlara yaxınlaşır. O, Peterin qayığına minir və xahiş edir ki, qayığı bir qədər sahildən aralasın. Sonra qayıqda əyləşib sahildə toplaşmış camaata təlim verməyə başlayır.

İsa sözünü bitirdikdən sonra Peterə deyir:

— Qayığı bir dərin yerə sürüb torları suya atın.

— Müəllim, bütün gecəni əlləşmişik, amma bir şey tutmamışıq. İndi ki sən deyirsən, baş üstə, torları ataram.

Balıqçılar toru suya atırlar və tora o qədər çox balıq düşür ki, yırtılmağa başlayır. Onlar o biri qayıqdakı yoldaşlarını köməyə çağırıb balıqları qayıqlara doldururlar. Qayıqlar ağzınacan dolur və batmağa başlayır. Peter işi belə görəndə İsanın qabağında diz üstə düşüb deyir:

— Ağa, mən günahlı adamam, məni burax.

— Qorxma! İndən belə diri adam ovlayacaqsan, — deyə İsa ona toxtaqlıq verir.

İsa Məsih Peterin qardaşı Andreası da dəvət edir. Onlara deyir: «Ardımca gəlin. Bundan sonra balıq yox, insan tutacaqsınız». Peter və Andreasla birgə balıqçılıq edən Zebedeyin oğlanları Yaqub və Yəhya da dəvət alırlar. Onlar da tərəddüd etmədən razılaşırlar. Bu dörd kişi balıqçılıq peşəsini buraxıb İsanın daimi şagirdi olurlar. Luka 5:1—11; Matta 4:13—22; Mark 1:16—20; Yeşaya 9:1, 2.

▪ İsa Məsih kimləri ardınca getməyə çağırır və bunu nə üçün edir?

▪ Hansı möcüzə Peteri qorxudur?

▪ İsa Məsih şagirdlərini hansı işə çağırır?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş