Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 23
  • Kapernahumda digər möcüzələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kapernahumda digər möcüzələr
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Kəfərnahumdakı möcüzələr
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Müjdə Cəlilədə vüsət alır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer
    Gözətçi qülləsi 2010
  • İsa yenidən Nazaretə gedir
    İsa Məsihin həyatı və xidməti
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 23

Fəsil 23

Kapernahumda digər möcüzələr

BƏLİ, İsa Məsih Peteri, Andreası, Yaqubu və Yəhyanı şagirdliyə çağırır; növbəti şənbə onlar birlikdə Kapernahumdakı sinaqoqa gedirlər. Orada İsa təlim verir, camaat onun öyrətmək tərzinə heyran qalır, çünki İsa din xadimləri kimi yox, hakimiyyət sahibi kimi öyrədir.

Həmin vaxt orada cinə tutulmuş bir adam olur. Birdən o qışqırır: «Ey nazaretli İsa! Bizdən nə istəyirsən? Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən».

Bu adamdakı cin Şeytanın tabeliyində olan cin mələklərindən biridir. İsa Məsih həmin cinə zəhmlə deyir: «Səsini kəs və ondan çıx».

Bu an cin həmin adamı qıc edir və bağırıb ondan çıxır. Lakin o adama heç bir xətər dəymir. Hamı heyrətdən donub qalır. Sonra bir-birindən: «Bu nədir belə? — deyə soruşurlar. — Bu adam hətta murdar ruhlara hökm edir, onlar da itaət edirlər!» Onun sorağı tez bir zamanda bütün ətrafa yayılır.

Sinaqoqdan çıxandan sonra İsa şagirdlərlə birgə Şimon Peterin evinə gedir. Bu vaxt Peterin qayınanası qızdırma içində yatır. İsadan xahiş edirlər ki, qadına yardım göstərsin. İsa onu əlindən tutub qaldırır. Qadın o saat sağalır və durub onlara qulluq etməyə başlayır.

Axşam düşəndə adamlar hər yerdən öz xəstələrini Peterin evinə gətirirlər. Tezliklə bütün şəhər ora toplaşır. İsa hər cür xəstəliyi sağaldır, hətta cinə tutulmuş adamları azad edir. Onun qovduğu cinlər adamlardan çıxanda qışqırırlar: «Sən Allahın Oğlusan!» Amma İsa onlara danışmağı qəti qadağan edir, çünki cinlər onun Məsih olduğunu bilirlər. Mark 1:21—34; Luka 4:31—41; Matta 8:14—17.

▪ İsa Məsih şənbə günü sinaqoqda olanda nə edir?

▪ İsa sinaqoqdan çıxandan sonra hara gedir və orada hansı möcüzəni göstərir?

▪ Həmin axşam daha nələr olur?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş