Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 23 s. 60—s. 61 abz. 5
  • Kəfərnahumdakı möcüzələr

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Kəfərnahumdakı möcüzələr
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Kapernahumda digər möcüzələr
    İsa Məsihin həyatı və xidməti
  • Sinaqoq. İsanın və şagirdlərinin təbliğ etdiyi yer
    Gözətçi qülləsi 2010
  • Müjdə Cəlilədə vüsət alır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Peyğəmbər içinə cin girmiş oğlanı sağaldır
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 23 s. 60—s. 61 abz. 5
Xəstələr Butrusun evinə gəlir və İsa Məsih onları sağaldır

FƏSİL 23

Kəfərnahumdakı möcüzələr

MƏTTA 8:14—17 MARK 1:21—34 LUKA 4:31—41

  • İSA PEYĞƏMBƏR CİNLƏRİ QOVUR

  • BUTRUSUN QAYINANASI SAĞALIR

İsa Məsih Butrusu, Andreası, Yaqubu və Yəhyanı adam «ovlamağa» dəvət edib. Bu gün şənbə günü olduğu üçün onlar birlikdə Kəfərnahumdakı sinaqoqa gedirlər və İsa orada təlim verir. Camaat bu dəfə də onun müəllimlik qabiliyyətinə heyran qalır, çünki İsa onların mirzələri kimi yox, ixtiyar sahibi kimi danışır.

Həmin vaxt sinaqoqda cinə tutulmuş bir adam olur. Birdən o qışqırır: «Ey nəsrani İsa! Bizdən nə istəyirsən? Bizi məhv etməyə gəlmisən? Sənin kim olduğunu yaxşı bilirəm, sən Allahın Müqəddəsisən». Lakin İsa peyğəmbər cinə zəhmlə: «Səsini kəs, ondan çıx», — deyir (Mark 1:24, 25).

Bu an cin o adamı qıc edib yerə sərir və bağırıb xətər yetirmədən ondan çıxır (Luka 4:35). Hamı heyrətdən donub qalır. Sonra bir-birindən: «Bu nədir belə?» — soruşurlar. «Bu adam hətta murdar ruhlara hökm edir, onlar da itaət edirlər!» (Mark 1:27). Şübhəsiz, bu xəbər bütün Cəliləyə yayılır.

Sinaqoqdan çıxandan sonra İsa şagirdlərlə birgə Şimon Butrusun evinə gedir. Bu vaxt Butrusun qayınanası qızdırmadan yanır. İsadan xahiş edirlər ki, qadına yardım göstərsin. İsa onu əlindən tutub qaldırır. Qadın o saat sağalır, durub onlara qulluq etməyə başlayır və ehtimal ki, onlar üçün yemək bişirir.

Axşam düşəndə bütün ərazilərdən adamlar gəlir və öz xəstələrini Butrusun evinə gətirirlər. Tezliklə demək olar ki, bütün şəhər əhli qapının ağzında toplaşır. Hamı şəfa tapmaq istəyir. Nəticədə hamının nə qədər xəstəsi var idisə, hamısını onun yanına gətirir və İsa əllərini hər birinin üzərinə qoyaraq onları sağaldır (Luka 4:40). Peyğəmbərlik edildiyi kimi, İsa Məsih onlarda nə xəstəlik varsa, hamısına şəfa verir (Əşiya 53:4). Hətta cinə tutulmuş adamları azad edir. Onun qovduğu cinlər adamlardan çıxanda qışqırıb: «Sən Allahın Oğlusan!» — deyirlər (Luka 4:41). Amma İsa onlara hökm edərək danışmağı qəti qadağan edir. Çünki cinlər onun Məsih olduğunu bilirlər. Amma İsa istəmir ki, camaat onların Allaha qulluq etdiyini düşünsün.

İNSANIN İÇİNƏ GİRƏN CİN

Cin və ya cinlər kiminsə içinə girəndə həmin adama çoxlu əzablar verə bilirlər (Mətta 17:14—18). Lakin cin çıxanda adamın bədəni və düşüncələri əvvəlki normal vəziyyətinə qayıdır. İsa peyğəmbər Allahın müqəddəs ruhu vasitəsilə dəfələrlə cinləri qovmağa qadir olduğunu göstərmişdi (Luka 8:39; 11:20).

  • Şənbə günü Kəfərnahumdakı sinaqoqda nə baş verir?

  • İsa peyğəmbər sinaqoqdan çıxıb hara gedir və orada nə edir?

  • Şəhər əhli İsa peyğəmbərin etdiklərinə necə münasibət göstərir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş