Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 26
  • Yenidən Kapernahumda

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Yenidən Kapernahumda
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • «Günahların bağışlandı»
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • İnsanlar nəyə görə xəstələnir?
    Böyük Müəllimdən öyrən
  • Görəsən Allah günahlarımı bağışlayacaq?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Şənbədə görülən xeyirxah iş
    İsa Məsihin həyatı və xidməti
İsa Məsihin həyatı və xidməti
gt fəs. 26

Fəsil 26

Yenidən Kapernahumda

BƏLİ, İsa Məsih artıq məşhurlaşıb, hər yandan adamlar axışıb onun qaldığı ucqar yerlərə gəlirlər. Bir müddətdən sonra İsa Qalileya gölü sahilində olan Kapernahum şəhərinə gedir. Şəhər əhli dərhal onun gəlişindən xəbər tutur və onun qaldığı evə yığışır. Hətta uzaq Yerusəlimdən nüfuzlu din xadimləri olan fəriseylər və qanun müəllimləri də onun yanına gəliblər.

Bura o qədər adam toplaşıb ki, hətta qapının ağzında da yer qalmayıb, içəri girmək heç cür mümkün deyil. İndi burada qeyri-adi bir hadisə baş verəcək. Bu əlamətdar bir hadisə olacaq və sübut edəcək ki, İsa Məsih insanların əzab-əziyyətlərinin kökünü yox etməyə və istədiyi adamları sağlam etməyə qadirdir!

İsa təlim verir. Bu vaxt dörd kişi bir iflic adamı sağaltmaq üçün yatağın üstündə İsanın yanına gətirir. Lakin basabas olduğundan onlar içəri girə bilmirlər. Bəs indi necə olsun? Kişilər ruhdan düşmürlər. Onlar vəziyyəti belə görəndə evin yastı damına çıxıb, orada böyük deşik açırlar. Xəstəni yatağın içindəcə aşağı salladıb İsanın qabağına qoyurlar.

Bəs İsa buna necə baxır? Axı bu kişilər ona mane olublar. İsa heç də hirslənmir! Əksinə, onların böyük imanını görüb iflic adama deyir: «Sənin günahların bağışlandı». Bəs İsa günahları bağışlaya bilər? Oradakı din xadimləri belə düşünmürlər və ürəklərində: «Bu adam nə deyir? O, küfr danışır. Məgər Allahdan savayı kimsə günahları bağışlaya bilər?» — deyirlər.

Onların nə düşündüklərini bilən İsa soruşur: «Niyə ürəyinizdə belə fikirləşirsiniz? Bu iflic olmuş adama: “Günahların bağışlandı”, — demək asandır, yoxsa: “Qalx, yatağını da götür, get?”»

Sonra İsa bütün oradakılara, əleyhdarları da daxil olmaqla, sübut edir ki, yer üzündə günahları bağışlamağa ixtiyarı var. İsa iflic adama deyir: «Dur, yatağını da götür, evinə get». Kişi hamının gözü qabağında ayağa qalxır və yatağını götürüb çölə çıxır. Camaat heyrət içindədir. Onlar Allahı mədh edərək deyirlər: «Biz hələ belə şey görməmişik».

Fikir verdinizsə, İsa günah və xəstəliklər arasında bağlılıq olduğunu göstərdi və insanın tam sağlam olması üçün günahların bağışlanmasının lazım olduğunu vurğuladı. Müqəddəs Kitabda izah olunur ki, ulu əcdadımız olan Adəm günah işləyib və günah hamımıza sirayət edib. Günahın nəticəsi olan xəstəlik və ölüm bizə miras qalıb. Lakin İsa Məsih Allahı sevən və Ona xidmət edənlərin günahlarını bağışlayacaq və bütün xəstəlikləri yox edəcək. Bu gözəl dövran Allahın Padşahlığının hakimiyyəti altında olacaq. Mark 2:1—12; Luka 5:17—26; Matta 9:1—8; Romalılara 5:12, 17—19.

▪ İsanın Kapernahuma gəldiyini eşidən camaat nə edir?

▪ İflic adamı İsanın yanına necə gətirib çıxarırlar?

▪ Nə üçün biz hamımız günahlıyıq? İsa günahların bağışlanmasının və kamil sağlamlığın mümkün olacağını necə göstərdi?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş