Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 29
  • Şənbədə görülən xeyirxah iş

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Şənbədə görülən xeyirxah iş
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Şənbə günündə görülən savab iş
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • O, insanları sevirdi
    Gözətçi qülləsi 2015
  • “Onun saatı hələ çatmamışdı”
    Gözətçi qülləsi 2000
  • Yenidən Kapernahumda
    İsa Məsihin həyatı və xidməti
İsa Məsihin həyatı və xidməti
gt fəs. 29

Fəsil 29

Şənbədə görülən xeyirxah iş

İNDİ eramızın 31-ci ilinin baharıdır. İsa Məsihin Yəhudeyadan Qalileyaya gedərkən quyu başında samariyalı qadınla söhbətindən bir neçə ay keçib.

Bu vaxt ərzində İsa Qalileyada ətraflı surətdə təlim vermişdir, indi isə Yəhudeyaya gedir və orada sinaqoqlarda təbliğ edir. O, Yəhudeyada keçən il də, Pasxa bayramından sonra bir neçə ay xidmət etmişdi. Amma onun burada həmin iki səfər ərzində etdiyi xidmət Qalileyadakı xidmətinə nisbətən İncildə az işıqlandırılır. Görünür ki, Qalileyadan fərqli olaraq, Yəhudeyada onun təbliğinə az adam hay vermişdir.

Bir azdan İsa Pasxa bayramını (söhbət 31-ci ildən gedir) qeyd etmək üçün Yəhudeyanın baş şəhəri olan Yerusəlimə gedir. Yerusəlimdə, «Qoyun Qapısı» yaxınlığında Betzata adlanan bir hovuz var. Buraya çoxlu xəstə, kor, şikəst adam gəlir. Onlarda belə inanc var ki, hovuzun suyu çalxalananda hovuza girsələr, sağalacaqlar.

Bir şənbəa günü İsa həmin hovuzun yanında xəstə bir adam görür. Otuz səkkiz ildir ki, o xəstədir. Bundan agah olan İsa ona müraciət edir: «Sağalmaq istəyirsən?»

Xəstə adam dərdini söyləyir: «Ağa, bir adamım yoxdur ki, su çalxalananda məni hovuza salsın. Mən çatanacan başqası məndən əvvəl suya girir».

İsa ona deyir: «Dur, döşəyini də götür, get». O, dərhal sağalır, döşəyini götürüb gəzməyə başlayır.

Dindar yəhudilər bu kişini görəndə deyirlər: «Bu gün şənbə günüdür, qanuna görə döşək aparmaq olmaz».

Sağalmış adam cavab verir: «Məni sağaldan belə dedi: “Döşəyini götür, get”».

Onlar soruşurlar: «Bu sözü sənə kim dedi?» İsa camaata qarışaraq gözdən itib, sağalmış adam isə onun adını bilmir. Bir qədər sonra sağalmış adam İsanı məbəddə görür və onu sağaldanın kim olduğunu öyrənir.

O, həmin yəhudiləri axtarıb tapır və onu sağaldan adamın İsa olduğunu onlara deyir. Yəhudilər cəld İsanın yanına gedirlər. Nə üçün? Bəlkə onlar İsanın necə möcüzə göstərdiyini bilmək istəyirlər? Xeyr, onlar İsa Məsihi şənbədə gördüyü xeyirxah işləri üçün günahlandırmaq istəyirlər və onu təqib etməyə başlayırlar. Luka 4:44; Yəhya 5:1—16.

[Haşiyə]

a Allahın Musaya verdiyi qanunun tələbinə əsasən, yəhudilər şənbə günü heç bir iş görməməli idilər. Onlar həftənin bu gününü Yehova Allaha ibadət üçün həsr etməli və dincəlməli idilər (Çıxış 20:8—11). İsanın günlərində yəhudilərin din rəhbərləri bu göstərişə özlərindən çoxlu izahat və qaydalar əlavə etmişdilər. Beləcə, Allahın qayğısından doğan şənbə haqqında göstəriş, insanları ruhani cəhətdən təravətləndirmək əvəzinə, onlar üçün ağır bir yük olmuşdu.

▪ İsanın Yəhudeyaya axırıncı səfərindən təxminən nə qədər vaxt keçib?

▪ Betzata hovuzu nə ilə məşhurdur?

▪ Hovuzun yanında İsa hansı möcüzəni göstərir və yəhudilər buna necə münasibət göstərirlər?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş