Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 51
  • Ad günündə qətl

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Ad günündə qətl
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Ad günündə qətl
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Allah bütün şənlikləri bəyənir?
    Böyük Müəllimdən öyrən
  • Vəftizçi Yəhya, doğrudanmı, yaşayıb?
    Əlavə mövzular
İsa Məsihin həyatı və xidməti
gt fəs. 51

Fəsil 51

Ad günündə qətl

ŞAGİRDLƏRİNƏ göstəriş verib qurtardıqdan sonra İsa Məsih onları iki-iki təbliğə göndərir. Yəqin ki, Peterlə qardaşı Andreas gedir, Yaqubla qardaşı Yəhya, Filiplə Bartolomey, Tomasla Matta, Yaqubla Taday, Şimonla Yəhuda İskariot gedir. Bu altı cüt təbliğçi getdikləri bütün yerlərdə Padşahlıq haqqında xoş xəbəri bəyan edir və xəstələrə möcüzə ilə şəfa verirlər.

Vəftizçi Yəhya isə təxminən iki ildir ki, zindanda yatır. Yadınızdadırsa, o, Hirod Antipanı öz qardaşı Filipin arvadı Hirodiadanı aldığına görə açıq-aşkar ittiham etmişdi. Hirod iddia edir ki, Musanın qanunu altında yaşayır, buna görə də Yəhya yerində olaraq bu biabırçı əxlaqsızlığı ifşa edib. Çox güman ki, Hirod Yəhyanı arvadı Hirodiadanın təkidi ilə zindana atmışdı.

Digər tərəfdən, Hirod Yəhyanın saleh bir adam olduğunu başa düşür və hətta onun söhbətlərini məmnuniyyətlə dinləyir. Buna görə də bilmir, Yəhya ilə nə etsin. Hirodiada isə Yəhyaya nifrət bəsləyir və onu aradan götürməyə fürsət axtarır. Nəhayət, onun gözlədiyi məqam yetişir.

Otuz ikinci ilin Pasxa bayramından bir az əvvəl Hirod öz ad günü şərəfinə təmtəraqlı ziyafət qurur. Hirodun bütün əyanları, sərkərdələri və Qalileyanın nüfuzlu adamları bu ziyafətdə iştirak edir. Ziyafət vaxtı gənc Salome (Hirodiadanın qabaqkı əri Filipdən doğulmuş qızı) qonaqlar üçün rəqs etməyə göndərilir. Kişilər onun oynamağına məftun olurlar.

Qızın rəqsi Hirodun o qədər xoşuna gəlir ki, ucadan deyir: «Ürəyin nə istəyir söylə, sənə verəcəyəm». Üstəlik, and içir: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə istəsən, sənə verəcəyəm».

Cavab verməzdən əvvəl qız çıxıb anasından soruşur: «Nə istəyim?»

Nəhayət ki, fürsət yetişdi! Anası gözünü belə qırpmadan: «Vəftizçi Yəhyanın başını», — deyir.

Salome cəld Hirodun yanına qayıdıb istəyini ona bildirir: «Vəftizçi Yəhyanın başını bu saat sinidə mənə ver».

Bunu eşitcək Hirod yaman dilxor olur. Bəs indi nə etsin? Axı o, qonaqların qarşısında söz verib. Günahsız insanın qanı bahasına olsa da belə, sözünü geri götürməyə utanır. Cəllad dərhal zindana göndərilir. Bir azdan o, Vəftizçi Yəhyanın başını bir sinidə qıza gətirir. Qız da anasına verir. Yəhyanın şagirdləri bunu eşidəndə gəlib onun cəsədini aparır və dəfn edirlər. Sonra hadisəni İsaya çatdırırlar.

Bir müddət keçəndən sonra Hirod İsanın adamlara şəfa verdiyini və cinləri qovduğunu eşidəndə bərk qorxur. O, elə bilir ki, İsa dirilmiş Yəhyadır. Buna görə də o, İsanı görmək istəyir. Hirodu İsanın təlimləri yox, şübhəsinin əsaslı olub-olmadığı maraqlandırır. Matta 10:1—5; 11:1; 14:1—12; Mark 6:14—29; Luka 9:7—9.

▪ Yəhya nəyə görə zindandadır və Hirod onu nə üçün öldürməyib?

▪ Hirodiada Yəhyanın ölümünə necə bais olur?

▪ Yəhyanın ölümündən sonra Hirod İsanı nə üçün görmək istəyir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş