Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • mrt məqalə 14
  • Vəftizçi Yəhya, doğrudanmı, yaşayıb?

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Vəftizçi Yəhya, doğrudanmı, yaşayıb?
  • Əlavə mövzular
  • Oxşar material
  • Ad günündə qətl
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Vəftizçi Yəhya kim olub?
    Müqəddəs Kitaba aid suallara cavab
  • Ad günündə qətl
    İsa Məsihin həyatı və xidməti
  • Yəhya kiçilir, Məsih böyüyür
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə mövzular
mrt məqalə 14
Vəftizçi Yəhya camaatı vəftiz edir

Vəftizçi Yəhya, doğrudanmı, yaşayıb?

Müjdələrdə Vəftizçi Yəhyanın adı çəkilir. Onun Yəhudiyyədə Allahın Padşahlığı barədə təbliğ etdiyi deyilir. Bəs, görəsən, Müqəddəs Kitabda bu adam haqqında yazılanlar həqiqətdir? Gəlin baxaq.

  • Müqəddəs Kitabda deyilir: «Vəftizçi Yəhya Yəhudiyyə çöllüyündə təbliğ etməyə başladı. O deyirdi: “Tövbə edin, çünki səmavi Padşahlıq yaxınlaşır”» (Mətta 3:1, 2). Bu fikri dünyəvi mənbələr də təsdiqləyir? Bəli.

    Birinci əsrdə yaşamış tarixçi İosif Flavi «“Vəftizçi” ləqəbli Yəhya» barədə yazmışdı. Yəhya «yəhudiləri saleh həyat sürməyə, Allahın mömin bəndəsi olmağa və vəftiz olunmağa səsləyirdi» («Yəhudi arxeologiyası», XVIII kitab).

  • Müqəddəs Kitabda deyilir ki, Yəhya Cəlilə və Pereya bölgələrinin hakimi Hirod Antipanı məzəmmət edirdi. Hirod Tövratın tələbləri ilə yaşayan yəhudi olduğunu iddia edirdi. Yəhya Hirodu ögey qardaşının arvadı Hirodiadayla evləndiyinə görə tənqid edirdi (Mark 6:18). Bu fikir Müqəddəs Kitabdan kənar mənbələrdə də öz təsdiqini tapır.

    Tarixçi İosif deyir ki, Antipa «Hirodiadanı sevirdi» və «utanıb-çəkinmədən ona evlənməyi təklif etmişdi». Hirodiada onun təklifini qəbul etmiş və Antipaya ərə getmək üçün ərindən ayrılmışdı.

  • Müqəddəs Kitabda deyilir ki, «Yerusəlim, bütün Yəhudiyyə və İordan ətrafı bölgələrin camaatı onun [Yəhyanın] yanına axışırdı... Yəhya da onları İordan çayında vəftiz edirdi» (Mətta 3:5, 6).

    İosif də bu faktı dəstəkləyərək yazırdı ki, camaat Yəhyanı görməyə axışır və «onun vəzlərindən vəcdə gəlirdi».

Bəli, birinci əsr tarixçisi İosif Vəftizçi Yəhyanı gerçək şəxs kimi qəbul edirdi. Biz də onun, doğrudan da, yaşadığına əmin ola bilərik.

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş