Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 64
  • Bağışlamaq dərsi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bağışlamaq dərsi
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Bağışlamağın vacibliyi
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Nəyə görə bağışlamaq lazımdır?
    Böyük Müəllimdən öyrən
  • «Sadiq və ağıllı nökər görəsən, kimdir?»
    Gözətçi qülləsi 2013
  • Onlar ‘Quzunun ardınca gedirlər’
    Gözətçi qülləsi 2009
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 64

Fəsil 64

Bağışlamaq dərsi

GÖRÜNÜR, İsa Məsih şagirdləri ilə birgə hələ də Kapernahumdakı evdədir. O, qardaşlar arasında anlaşılmazlıq yarananda onu necə yoluna qoymağı izah edib qurtarır. Buna görə də Peter soruşur: «Ağa, qardaşım mənə qarşı günah iş görəndə mən onu neçə dəfə bağışlamalıyam?» Yəhudi din xadimləri öyrədirlər ki, cəmi üç dəfə bağışlamaq olar. Peter soruşur: «Yeddi dəfə?» Yəqin, o, bunu alicənablıq hesab edir.

Bu məsələdə hesab tutmağın özü düzgün deyil. İsa Peterin yanlış düşüncəsini düzəldir: «Yeddi dəfə yox, lazım gəlsə, yetmiş yeddi dəfəyə qədər bağışlamalısan». Bununla İsa göstərir ki, qardaşını bağışlamaq üçün Peter hədd təyin etməməlidir.

Bağışlamağın zəruriliyini şagirdlərinin beynində həkk eləmək üçün İsa bir məsəl danışır. Bu məsəldə söhbət öz nökərlərindən borclarını toplamaq istəyən bir padşahdan gedir. Onun yanına bir nökər gətirirlər. Həmin nökər ağasına çox böyük məbləğdə, «on min talant pul borclu idi» (10 000 talant 60 000 000 dinara bərabər idi). Nökər bu məbləği heç cür qaytara bilməyəcəkdi. Padşah əmr edir ki, nökərin özü, arvad-uşağı və hər nəyi varsa, hamısı satılsın və borc geri qaytarılsın.

Onda nökər ağasının ayağına yıxılıb yalvar-yaxar edir: «Ağa, bir az səbir elə, hamısını qaytaracağam».

Padşahın nökərə rəhmi gəlir və onun böyük borcunu ləğv edir. İsa məsəlin ardını danışaraq deyir ki, borcu ləğv edilən nökər dərhal gedib ona cəmi 100 dinar borcu olan bir nökər yoldaşını axtarıb tapır. Onu tutub boğmağa başlayır və deyir: «Borcumu son qəpiyinə kimi qaytar».

Lakin o biri nökərin pulu yoxdur. O, yoldaşının ayağına yıxılıb yalvarmağa başlayır: «Bir az səbir elə, hamısını qaytaracağam». Amma yoldaşı öz ağasından fərqli olaraq, mərhəmət göstərmir, əksinə, borclu yoldaşını zindana atır.

İsa qeyd edir ki, bu nökərin hərəkətini başqa nökərlər görürlər və gedib əhvalatı padşaha danışırlar. Onda padşah bərk qəzəblənir və həmin nökəri çağırtdırıb deyir: «Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?» Hiddətlənmiş padşah nökəri zindan rəislərinə verir ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər zindanda qalsın.

İsa sözünə belə yekun vurur: «Bunu bilin ki, əgər hər biriniz qardaşınızı ürəkdən bağışlamasanız, səmavi Atam da sizinlə beləcə davranacaq».

Bu məsəl bağışlamağın zəruriliyini parlaq şəkildə nümayiş etdirir. Allah günahlarımızdan toplanan böyük borcu bizə bağışlayır. Bunun yanında məsihçi bacı-qardaşlarımızın səhvləri heç nədir. Bundan əlavə, Yehova Allah bizi min dəfələrlə bağışlayıb. Ona qarşı işlədiyimiz günahların çoxundan heç xəbərimiz olmur. Bəs biz? Şikayət üçün əsas olsa da, bizə qarşı günah işləmiş qardaşımızı bağışlaya bilmərik? İsa Dağüstü təbliğində öyrətdiyi kimi, Yehova Allah günahlarımızı bağışlayacaq, «necə ki, özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq». Matta 18:21—35; 6:12; Koloslulara 3:13.

▪ Qardaşını bağışlamaq barədə soruşmağa Peteri nə təşviq edir və yeddi dəfə bağışlamaq təklifini nə üçün o, alicənablıq hesab edir?

▪ Padşah öz nökərinin yalvarışına necə yanaşır və həmin nökər ağasından fərqli olaraq, yoldaşı ilə necə rəftar edir?

▪ İsanın bu məsəlindən hansı ibrət götürürük?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş