Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • jy fəs. 64 s. 152—s. 153 abz. 2
  • Bağışlamağın vacibliyi

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Bağışlamağın vacibliyi
  • İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Oxşar material
  • Bağışlamaq dərsi
    İsa Məsihin həyatı və xidməti
  • Nəyə görə bağışlamaq lazımdır?
    Böyük Müəllimdən öyrən
  • «Sadiq və ağıllı nökər görəsən, kimdir?»
    Gözətçi qülləsi 2013
  • Onlar ‘Quzunun ardınca gedirlər’
    Gözətçi qülləsi 2009
Əlavə
İsa peyğəmbər. Yol, həqiqət, həyat
jy fəs. 64 s. 152—s. 153 abz. 2
Bir nökər öz yoldaşını tutub boğur

FƏSİL 64

Bağışlamağın vacibliyi

MƏTTA 18:21—35

  • YEDDİ DƏFƏ BAĞIŞLAMAQ LAZIMDIR?

  • RƏHMSİZ NÖKƏR MƏSƏLİ

İsa peyğəmbər məsləhət verdi ki, qardaşlar aralarında anlaşılmazlıq yaranarkən məsələni tet-a-tet həll etməyə çalışsınlar. Bu məsləhəti Butrus da eşidib. Amma görünür, Butrus konkret bilmək istəyir, neçə dəfə barışmağa cəhd etməlidir.

Butrus soruşur: «Ağa, kimsə mənə qarşı günah iş görəndə onu neçə dəfə bağışlamalıyam? Yeddi dəfə?» Bəzi din xadimləri öyrədirlər ki, cəmi üç dəfə bağışlamaq lazımdır. Yəqin, Butrus fikirləşir ki, yeddi dəfə bağışlamaqla alicənablıq etmiş olacaq (Mətta 18:21).

Amma insana qarşı edilən səhvlərin hesabını tutmaq İsa peyğəmbərin öyrətdiyi ilə düz gəlmir. O, Butrusun yanlış düşüncəsini düzəldir: «Yeddi dəfə yox, lazım gəlsə, lap yetmiş yeddi dəfə bağışlamalısan» (Mətta 18:22). Yəni saysız-hesabsız qədər bağışlamaq lazımdır. İsa peyğəmbər göstərir ki, qardaşını bağışlamaq üçün Butrus konkret rəqəm qoymamalıdır.

Padşah ona borcu olan nökərini bağışlayır

Bağışlamağın zəruriliyini Butrusun və digər şagirdlərinin beynində həkk eləmək üçün İsa Məsih bir məsəl danışır. Bu məsəl mərhəmətli ağasından örnək almayan nökər haqdadır. Padşah nökərləri ilə haqq-hesablaşmaq istəyir. Nökərlərindən biri ona çox məbləğdə, 10 000 talant [60 000 000 dinar] pul borclu idi. Nökər bu məbləği heç cür qaytara bilməyəcəkdi. Beləcə, padşah əmr edir ki, nökərin özü və arvad-uşağı satılsın və borc geri qaytarılsın. Onda nökər ağasının ayağına düşüb yalvar-yaxar edir: «Ağa, bir az səbir elə, hamısını qaytaracağam» (Mətta 18:26).

Bir nökər öz yoldaşını zindana atır

Padşahın nökərə rəhmi gəlir və onun böyük borcunu ləğv edir. Borcunun bağışlandığını görən nökər dərhal gedib ona cəmi 100 dinar borcu olan bir nökər yoldaşını axtarıb tapır. Onu tutub: «Borcumu qaytar», — deyərək boğmağa başlayır. Bu zaman nökər onun ayağına düşüb yalvar-yaxar edir: «Bir az səbir elə, hamısını qaytaracağam» (Mətta 18:28, 29). Lakin bu nökər ona mərhəmət edən padşahın davrandığı kimi davranmır. O, ona cüzi borcu olan yoldaşını zindana atır ki, borcunu ödəyənə qədər zindanda qalsın.

Padşah qəddar nökərini dustaqxanaya atır

İsa peyğəmbər qeyd edir ki, bu nökərin hərəkətini başqa nökərlər görürlər və gedib əhvalatı padşaha danışırlar. Onda padşah bərk qəzəblənir və həmin nökəri çağırtdırıb deyir: «Ey yaramaz nökər! Sən mənə yalvaranda mən bütün borcunu bağışladım. Məgər mən sənə rəhm etdiyim kimi, sən də nökər yoldaşına rəhm etməli deyildin?» Qəzəbli padşah rəhmsiz nökərini dustaqxana gözətçilərinə verir ki, borcunu son qəpiyinə kimi ödəyənə qədər dustaqxanada qalsın. Peyğəmbər sözünə belə yekun vurur: «Əgər siz də başqalarını ürəkdən bağışlamasanız, göydəki Atam da sizinlə belə davranacaq» (Mətta 18:32—35).

Bu məsəl bağışlamağın zəruriliyini parlaq şəkildə nümayiş etdirir! Allah günahlarımızdan toplanan böyük borcu bizə bağışlayıb. Bunun yanında iman bacı-qardaşlarımızın səhvləri heç nədir. Yehova bizi bir dəfə yox, min dəfələrlə bağışlayıb. Bəs biz? Şikayət üçün əsasımız olsa da, bizə qarşı günah işləmiş qardaşımızı bir neçə dəfə bağışlaya bilmərik? İsa Məsih Dağüstü vəzində öyrətdiyi kimi, Yehova Allah günahlarımızı bağışlayacaq, «necə ki özümüz də bizə qarşı günah işləyənləri bağışlamışıq» (Mətta 6:12).

  • Qardaşını bağışlamaq barədə soruşmağa Butrusu nə təşviq edir və yeddi dəfə bağışlamaq təklifini nə üçün o, alicənablıq hesab edir?

  • Padşah öz nökərinin yalvarışına necə yanaşır və həmin nökər ağasından fərqli olaraq, yoldaşı ilə necə rəftar edir?

  • İsa peyğəmbərin bu məsəlindən nə öyrənirik?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş