Gözətçi qülləsinin ONLAYN KİTABXANASI
Gözətçi qülləsinin
ONLAYN KİTABXANASI
Azərbaycan
Ə
  • Ç
  • ç
  • Ə
  • ə
  • Ğ
  • ğ
  • İ
  • ı
  • Ö
  • ö
  • Ş
  • ş
  • Ü
  • ü
  • MÜQƏDDƏS KİTAB
  • NƏŞRLƏR
  • İBADƏT GÖRÜŞLƏRİ
  • gt fəs. 66
  • Çardaqlar bayramında

Bu seçim üçün video mövcud deyil.

Təəssüf edirik, videonu yükləmək mümkün olmadı.

  • Çardaqlar bayramında
  • İsa Məsihin həyatı və xidməti
  • Oxşar material
  • Yerusəlimdə Çardaqlar bayramında
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • “Onun saatı hələ çatmamışdı”
    Gözətçi qülləsi 2000
  • «Ömrümüzdə bu cür danışan adam görməmişik»
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
  • Peyğəmbərin yol boyu verdiyi təlimlər
    İsa peyğəmbər. Yol, həqiqət, həyat
Əlavə
İsa Məsihin həyatı və xidməti
gt fəs. 66

Fəsil 66

Çardaqlar bayramında

İSA MƏSİHİN vəftiz olmasından təxminən üç il keçib və bu vaxt ərzində o çox məşhurlaşıb. Minlərlə adam onun möcüzələrini görmüş və onun işlərinin sorağı bütün ölkəyə yayılmışdır. İndi Yerusəlimə, Çardaqlar bayramına gəlmiş camaat onu axtarır. Onlar bilmək istəyirlər: «O haradadır?»

İsa barədə hərə bir fikirdədir. Bəziləri: «O, yaxşı adamdır», — deyir, digərləri isə tərsinə deyir ki: «Yox, o, camaatı yoldan çıxarır». Bayramın ilk günlərində buna bənzər çoxlu söz-söhbət olur. Amma yəhudi rəhbərlərinin qorxusundan heç kəs İsanın lehinə açıq-aşkar söz deməyə cürət etmir.

İsa bayramın yarısından sonra gəlib çıxır. O, məbədə gedib təlim verir. Camaat onun müəllimlik məharətinə heyran qalır. İsa heç vaxt ravvin məktəblərində oxumayıb. Buna görə də yəhudilər təəccüblənirlər: «Bu adam bütün bunları haradan bilir, axı o, dini məktəblərdə təhsil almayıb?»

İsa: «Verdiyim təlim mənim deyil, məni göndərənindir, — deyə izah edir. — Allahın iradəsini yerinə yetirmək istəyən adam bu təlimin Allahdan olduğunu, yaxud mənim özümdən danışdığımı ayırd edəcək». İsanın təlimləri Allahın Qanunu ilə sıx bağlıdır. Deməli, hər kəsə məlum olmalıdır ki, o, özünü yox, Allahı şöhrətləndirir. «Məgər Qanunu sizə Musa verməyib? — deyə o maraqlanır və məzəmmətlə əlavə edir: — Aranızda heç kəs Qanuna əməl etmir».

Sonra İsa soruşur: «Məni nəyə görə öldürmək istəyirsiniz?»

Burada toplaşanlar, görünür, başqa yerlərdən bayrama gəlmiş adamlardır və ona qarşı qəsdlərdən xəbərsizdirlər. Bu cür gözəl bir müəllimi öldürmək fikri onlar üçün ağlasığmazdır. Buna görə də onlar düşünürlər ki, İsaya nəsə olub. Onlar deyirlər: «Səndə cin var. Kim səni öldürmək istəyir?»

Camaatın xəbəri yoxdur ki, yəhudi rəhbərləri İsanı öldürmək istəyirlər. İl yarım bundan əvvəl bu rəhbərlər İsanı şənbə günü bir adamı sağaldanda öldürməyə cəhd etmişdilər. İndi İsa onların düşüncələrinin məntiqsiz olduğunu üzə çıxarır: «Əgər Musanın verdiyi qanunu pozmamaq üçün şənbə günü sünnət etmək olarsa, bəs onda nə üçün şənbə günü insanı sapsağlam etdiyimə hirslənmisiniz? Bəsdirin zahiri şeylərə görə mühakimə etdiniz, ədalətlə mühakimə edin».

İşin nə yerdə olduğunu bilən Yerusəlim əhli indi deyir: «Bu, onların öldürmək istədikləri həmin adam deyil? Bir baxın, o, açıq-aşkar danışır və ona bir söz deyən yoxdur. Yoxsa bizim rəhbərlər onun Məsih olduğuna əmin olublar?» Bu yerusəlimlilər İsanın Məsih olduğuna inanmırlar və bunu belə izah edirlər: «Biz bu adamın haralı olduğunu bilirik, ancaq Məsih zühur edəndə heç kəs onun haradan gəldiyini bilməyəcək».

İsa cavab verir: «Siz məni tanıyırsınız və mənim haradan gəldiyimi bilirsiniz. Ancaq mən özbaşına gəlməmişəm. Məni göndərən var, lakin siz Onu tanımırsınız. Onu mən tanıyıram, çünki mən Onun nümayəndəsiyəm, məni O göndərib». Bu sözlərdən sonra onlar İsanı yaxalamaq üçün yol axtarırlar. Yəqin, onu zindana atmaq və ya öldürmək istəyirlər. Lakin cəhdləri boşa çıxır, «çünki onun vaxtı hələ yetişməmişdi».

Buna baxmayaraq, çoxları İsaya iman gətirir və bu heç də əsassız deyil. İsa Məsih suyun üzəri ilə getmiş, küləyi və göldə fırtınaları ram etmiş, möcüzə göstərib bir neçə çörək və balıqla minlərlə adamı yedizdirmiş, xəstələrə şəfa vermiş, axsaq və cüzamlı adamları sağaltmış, korlara nur vermiş, hətta ölmüş adamları diriltmişdi. Buna görə də adamlar soruşurlar: «Məgər Məsih gəlib bu adamın göstərdiyi möcüzələrdən artığını göstərəcək?»

Fəriseylər bu söhbətləri eşidəndə böyük kahinlərlə əlbir olub İsanı tutmaq üçün keşikçiləri göndərirlər. Yəhya 7:11—32.

▪ İsa bayrama nə vaxt gəlir və camaat onun barəsində nə danışır?

▪ Nə üçün bəziləri İsada «cin var» deyirlər?

▪ Yerusəlim əhli İsa barəsində hansı fikirdədir?

▪ Nəyə görə çoxları İsaya iman gətirir?

    Azərbaycan nəşrləri (1992-2025)
    Çıxış
    Daxil ol
    • Azərbaycan
    • Paylaş
    • Parametrlər
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • İstifadə şərtləri
    • Məxfilik qaydaları
    • Настройки конфиденциальности
    • JW.ORG
    • Daxil ol
    Paylaş